Ana səhifə

Milli Məclisdə iki qanun layihəsi müzakirə edilir

    Tarix: 14-02-2018 12:44   
Milli Məclisdə iki qanun layihəsi müzakirə edilir

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin fevralın 14-də növbəti iclası keçirilir.

Oxu.Az-ın xəbərinə görə, iclasın gündəliyinə doqquz məsələ daxil edilib.

Həmin məsələlər arasında iki yeni qanun layihəsi – “Texniki tənzimləmə haqqında” və “Standartlaşdırma haqqında” qanun layihələri də var.

Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bir müddət öncə mətbuata açıqlamasında da “Texniki tənzimləmə haqqında” qanun layihəsi üzərində işlər getdiyini və onun parlamentin müzakirələrinə təqdim olunacağını bildirmişdi.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net