Ana səhifə

“Karqo Şamil”in obyektlərində əməliyyat - saxlananlar var

    Tarix: 19-02-2018 08:58   
“Karqo Şamil”in obyektlərində əməliyyat - saxlananlar var

Gömrükdə əsas monopolistlərdən biri olan Şamil Heydərovun "Binə” və "Sədərək” ticarət mərkəzlərindəki karqo daşımalarına əl qoyulub. AzEuroNews.com xəbər verir ki, bu barədə fevralın 17-də sosial şəbəkələrdə məlumat yayılıb.
Hər iki bazardan Ş.Heydərovun adamları aparılıb. Onların hansı dövlət strukturu tərəfindən saxlanması haqda yazılmayıb. Şərhlərdə deyilir ki, buna səbəb karqoda qiymətlərin qaldırılması olub. Ona görə də Heydərovun obyektlərinə basqın edilib. 2013-cü ildə "Klassik-2” şirkətinin prezidenti olmuş Ş.Heydərov polisə müraciət edərək "Sədərək” ticarət mərkəzində yerləşən özünə məxsus obyektdən 210 min dollar və 10 min manat oğurlandığını bildirmişdi. Aylar sonra oğurluqda şübhəli bilinən Astara sakini həbs olunmuşdu.
Ş.Heydərovun kimliyinə gəlincə, "Karqo Şamil” kimi tanınan bu şəxs Çindən, Türkiyədən və MDB ölkələrindən gələn malların karqo daşımalarını həyata keçirir və gömrük sisteminin ən qaranlıq şəxslərindən biri kimi tanınr. Hazırda isə Azərbaycanın gömrük sistemində külli-ixtiyar sahibidir və onun icazəsi olmadan ölkəyə heç kim mal gətirə bilməz.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net