Ana səhifə

Putindən Ərdoğana TƏMİNAT - Danışıqların detalları ortaya çıxdı

    Tarix: 20-02-2018 11:44   
Putindən Ərdoğana TƏMİNAT - Danışıqların detalları ortaya çıxdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında dünən baş tutan telefon tanışıqlarının yeni detalları ortaya çıxıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Rusiya lideri Ərdoğana Afrin mövzusunda təminat verib.

Xəbərə görə, Ərdoğan Suriya ordusunun Afrinə girəcəyi halda, bunun ağır nəticələrinin olacağını bildirməsindən sonra, Putin “belə bir şey olmayacaq” şəklində cavab verib.

Qeyd edək ki, dünən Suriyanın dövlət televiziyası hökumət güclərinin axşam saatlarına kimi Afrin bölgəsinə girəcəyini xəbər verib.

Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ isə Ankarada keçirilən mətbuat konfransında rejim qüvvələrinin Afrinə daxil olacağı barədə xəbərlərin əsassız olduğunu deyib.

“Biz bütün istiqamətlər üzrə bu xəbərləri izləyirik. Rejim qüvvələrinin Afrinə daxil olacağına dair xəbərlər əsassızdır. Əgər Suriya kürdləri PYD/YPG terrorçularından qorumaq üçün Afrinə qoşun yeritsə, bu, fəlakətə səbəb olacaq. Bu hücum həmçinin Suriyanın parçalanmasına gətirib çıxaracaq", - deyə Bozdağ bildirib.

Ekspertlərə görə, rejim qüvvələrinin Afrinə girməsi onların Türkiyə ordusu ilə qarşı-qarşıya gəlməsinə səbəb ola bilər.

Ömər Dağlıшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net