Ana səhifə

Putinlə Ərdoğan yenə görüşəcək –Türkiyədə

    Tarix: 20-02-2018 09:30   
Putinlə Ərdoğan yenə görüşəcək –Türkiyədə

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşü aprelin əvvəlində Türkiyədə keçirilə bilər.

"RİA "Novosti" xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ deyib.

"Türkiyə, Rusiya və İran arasında Suriyadakı problemin nizamlanması ilə bağlı danışıqlar davam edir. Martın 14-də Moskvada bizim xarici işlər nazirlərinin iştirakı ilə görüş keçiriləcək. Martın 16-da Astanada İranın iştirakı ilə üçtərəfli görüş olacaq", – deyə Bozdağ bildirib.

O əlavə edib ki, Putin və Ərdoğan arasında görüşün dəqiq tarixi hazırda müəyyən edilməyib, lakin aprelin əvvəlinə planlaşdırılır. Görüşdən sonra Suriya ilə bağlı Rusiya-Türkiyə-İran sammitinin keçirilməsi nəzərdə tutulur/Report.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net