Ana səhifə

Türkiyə üçün risklər və Əsədin Ankaraya mesajı - ŞƏRHLƏR

    Tarix: 19-02-2018 18:42   
Türkiyə üçün risklər və Əsədin Ankaraya mesajı - ŞƏRHLƏR
Bu gün Suriya dövlət televiziyası ölkənin hökumət güclərinin bir neçə saat içində Afrin bölgəsinə girəcəyini xəbər verdi. Hökumət güclərinin bu gün axşam saat 18:00 radələrində Afrinə girməsi gözlənilir. Onların bir həftə ərzində 52, bu gün və sabah isə 4 nöqtədə yerləşdirilməsi gözlənilir. Dəməşqin şərtinə görə, PYD terror təşkilatı ağır silahları rejim qüvvələrinə təhvil verməlidir.

Dəməşqdən xəbərlə bağlı hər hansı şərh verilməsə də, ekspertlərə görə, rejim qüvvələrinin Afrinə girməsi onların Türkiyə ordusu ilə qarşı-qarşıya gəlməsinə səbəb ola bilər.

Publika.az xəbər verir ki, Nihat Ali Özcanın sözlərinə görə, bu informasiya Suriyadakı tarazlıqların necə dəyişdiyini göstərir.

O qeyd edib ki, Bəşər Əsəd rejiminin bunu Rusiya və İranın icazəsi olmadan etməsi mümkün deyil:

“Rusiya və İranın bu mövzuda razılaşdığını düşünürəm. Bu vəziyyət Türkiyənin əməliyyatdakı hərbi hədəflərini məhdudlaşdıra bilər. Çünki, Türkiyə bu hərəkatın PKK və PYD-yə qarşı olduğunu söylədi. Yəni, Əsəd rejimi ilə birbaşa qarşıdurmaya getməyi istəməyəcək. Bu, həmçinin Dəməşqin PYD-ni təhdid olaraq görmədiyini göstərir. Türkiyə böyük ehtimalla Afrin şəhərini mühasirəyə alacaq. Hökumət gücləri də şəhər ətrafındakı ərazilərdə olmayacaq. Son xəbər Türkiyə-ABŞ danışıqlarının PKK-PYD tərəfindən necə şərh olunduğuna dair də bir ipucu ola bilər”.

Professor Həsən Köni hesab edir ki, burada ən önəmli məsələ Rusiyanın mövqeyidir.

“Hava sahəsinin açılması və bağlanması məsələsi onların səlahiyyətindədir. Hava sahəsi çox vacibdir. Bizim əməliyyatımız “qanuni özünümüdafiə” idi və terror qrupuna qarşı aparılırdı. Əməliyyat müharibə hüququna daxil deyildi. İndi Suriyanın hökumət qüvvələri Afrinə girərsə, müharibə hüququ dövriyyəyə girir. Beynəlxalq hüquq baxımından müharibə vəziyyəti yaranır. Suriya həqiqətən ora əsgər daxil edərsə, bölgədə müharibəyə girəcəyik. İkincisi, İranın mövqeyi də vacibdir. İranmeylli qüvvələr Afrinə girəcəkmi? Bu vacibdir. Daha əvvəl planlaşdırılan İstanbul konfransı ilə yanaşı, Rusiya-İran-Türkiyə arasında Suriya ilə danışıqların dərhal keçirilməsi lazımdır. ABŞ dövlət katibinin Türkiyəyə etdiyi son səfərin də bu vəziyyətdə təsirli ola biləcəyini düşünürəm”, - o bildirib.

Təhlükəsizlik üzrə mütəxəssis Abdullah Ağar da hesab edir ki, Dəməşqin bu hərəkətləri Rusiyadan xəbərsiz ola bilməz. O qeyd edib ki, Bəşər Əsədin tarazlığa necə olacağına və rejim qüvvələrinin bölgədə nə edəcəyinə diqqət yetirmək vacibdir. Mütəxəssisin sözlərinə görə, Dəməşq PYD-ni qoruyarsa, riskli bir vəziyyət yarana bilər.

Ehtiyatda olan general Naim Babüroğlunun fikrincə, bu, PKK-PYD kartını tamamilə ABŞ-a güzəştə getməmək üçün Rusiyanın atdığı addımdır. General qeyd edir ki, ABŞ-ın Türkiyə ilə son danışıqları və buzların əriməsi görüntüsü Rusiyanın bu istiqamətdə addım atmasına gətirib çıxar bilər.

“Suriya ordusunun cənubdan Afrinə girməsi Afrin ilə İdlib arasındakı əlaqəni çətinləşdirir. Bu, Türkiyənin İdlibdəki güclərlə əlaqəsinin kəsilməsinə gətirib çıxarar. “Zeytun budağı” əməliyyatına dair planlarımız yenilənə bilər, bəlkə də mahal mərkəzinə daxil olmağa ehtiyac qalmaya bilər”, - o vurğulayıb.

Professor Həsən Basri Yalçın qeyd edib ki, Rusiya və Türkiyə arasında Afrinlə bağlı bir razılaşma var idi və Suriya güclərinin Afrinə daxil olmaqı bu razılaşmanın pozulması anlamına gəlir: “Həqiqətən, belə bir şey olsa, deməli Türkiyə üçün ox yaydan çıxıb. Rusiya ilə razılaşma pozularsa, Suriyanın bütün şəklinə yenidən baxmaq lazımdır”.

Dosent Savaş Biçer isə vurğulayıb ki, Suriya ordusunun Afrinə girəcəyini düşünmür: “Çünki bura döyüş meydanıdır. Bir razılaşma təmin edilmədən şəhər mərkəzinə girmək istəyi Türkiyə ilə rejim gücləri arasında qarşıdurmaya səbəb ola bilər. Bu, arzuolunmaz bir vəziyyətdir. Amma düşünürəm ki, onlar Tel-Rifata daxil olacaqlar”.

Ehtiyatda olan general Əhməd Yavuz isə bu fikirdədir ki, bu hərəkət Əsədin Türkiyə ilə danışmaq istəməsinin göstəricisidir.

Ömər Dağlıшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net