Ana səhifə

XARABAZARIN «LEGİTİM» PREZİDENTİ: BƏŞƏR ƏSƏD! – ABŞ dostu kürdlər onu köməyə çağırırlar…

    Tarix: 19-02-2018 18:32   
XARABAZARIN «LEGİTİM» PREZİDENTİ: BƏŞƏR ƏSƏD! – ABŞ dostu kürdlər onu köməyə çağırırlar…

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Afrindəki kürd «Xalq özünümüdafiə qüvvələri» adlı hərbiləşdirilmiş dəstələr (YPG) «Afrin rayonu sərhədini Türkiyə hərbçilərindən qorumaq» üçün Suriya ordusunu vəziyyətə müdaxilə etməyə çağırıb. Bu barədə YPG nümayəndəsi Nuri Mahmud bəyan edib.

Məlum olduğu kimi, Afrindəki silahlı kürd qruplaşmalarına qarşı Türkiyənin «Zeytun budağı» hərbi əməliyyatı yanvar ayından davam edir. Türkiyə tərəfi ötən müddət ərzində 1,5 mindən artıq terrorçunun məhv edildiyini bildirir. Ankara bu sıraya həm kürd terrorçularını, həm də «İslam dövləti» qruplaşmasının üzvlərini daxil edir.

Məlumatlı məbənin Rusiya KİV-nə verdiyi bilgiyə görə, Dəməşq ilə kürd terrorçuları arasında, Suriyanın Afrin bölgəsinin Türkiyə ilə sərhədinə yaxın günlərdə Suriya ordusunun yeridilməsi barədə razılıq əldə olunub. Bundan əvvəl isə Rusiya KİV-l’ri xəbər yaymışdılar ki, Tükiyə tərəfin «Zeytun budağı» əməliyyatına başlamasından əvvəl Rusiya, Afrin rayonunun Suriya hakimiyyətinə təhvil verilməsini kürdlərə təklif edibmiş.
«Biz, Suriya ordusunu ölkənin Türkiyə ilə sərhədlərini qorumağa çağırırıq. Afrin Suriyanın bir parçasıdır. Ona görə də biz, ordunu sərhədləri qorumağa çağırırıq» – deyə, Mahmud acizanə şəkildə bəyan edib. Onun sözlərinə görə Suriya hərbçiləri hələlik Afrin rayonuna gəlməyib.

Mahmud qeyd edib ki, Suriyanın müdafiəsi məsələsi kürdlər üçün birinci dərəcəli məsələdir, onların istəyi olan «ölkənin federallaşması» isə sonralar müzakirə oluna bilər.

Göründüyü kimi, indi Suriyada xeyli maraqlı (o qədər də məkrli!) bir situasiya yaranıb. Belə ki, Afrin rayonu xeyli müddətdir ki, Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qolu olan YPG kürd silaşlı qruplaşmalarının nəzarəti altındadır və Əsəd buralara ayaq basa bilmir.

Kürdlər Türkiyə sərhədi ilə İraqa qədər uzanan zolaq boyu müstəqil kürd dövləti yaratmaq istəyindədirlər. Bu məqsədlə onlar Türkiyə ərazisinin bir hissəsinə də iddia edirlər. Həm də sözügedən ərazilərdən Türkiyə ərazisinə raket-artilleriya zərbələri endirilir, dinc əhali təhdidi altına alınır.

Başqa tərəfdən, nə qədər qəribə olsa da, Amerika Birləşmiş Ştatlarının (ABŞ) başçılıq etdiyi koalisiya guya, Suriyada (həm də İraqda) terrorçulara («İD» qruplaşmasına) qarşı vuruşur. Türkiyə və Rusiya da bölgədə terrorçulara qarşı hərbi əməliyyatlar aparır. Bu zaman Türkiyə, sözügedən ərazidəki kürd silahlı qruplarını terrorçu elan etdiyi bir vaxtda, özünü Türkiyənin müttəfiqi adlandıran NATO üzvü ABŞ və Rusiya həmin terrorçu dəstələrlə əməkdaşlıq edir və onlara hər cür silah-sursat və maliyyə verir. Təsadüfi deyil ki, bu günlərdə Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan etdi ki, Afrində (və digər bölgələrdə) kürd terrorçular Türkiyə ordusuna qarşı Rusiya və ABŞ silahları ilə döyüşürlər. Həm də onlar terrorçulara havadan dəstək verirlər…

esed

Bəşər Əsədin mövqeyi də təəccüb və rəzil hisslər doğurur! Kürdlər və ABŞ onun ölkəsini dağıdır və bölmək cəhdləri göstərirlər, Əsəd isə PYG ilə əməkdaşlığa meyllənir – əcəb Prezidentdir bu, necə deyərlər, «prezident-zimbala». Doğrudur, hələ lap çoxdan Bəşər ibn-Hafiz ölkəsinin şimalında hərbi düşərgə qurub, təlim keçmək üçün PKK-ya hər cür şərait yaratmışdı. Sonradan, ölkədə münbit şərait yaranan kimi, elə həmin kürdlər silaha sarılaraq, Suriyanın şimalında müstəqil kürd dövləti yaratmaq uğrunda savaşa başladılar. Bunun birbaşa və dolayı nəticəsidir ki, indi həmin kürdlər ABŞ-ın yaxından dəstəyi ilə Suriyanın şimalında «at oynadırlar», Əsəd isə oralara ayaq basa bilməsə də, yeri gəldikcə, «Suriyanın olmayan suverenliyindən, ərazi bütövlüyündən» dəm vurur. Onun belə davranışı lap ikrah doğurur…

Görünən odur ki: Birincisi, əvvəllər ekspertlərin bildirdiyi kimi, ABŞ üçün Yaxın Şərqdə kimin qalib, kimin məğlub olmasının heç bir əhəmiyyəti yoxdur – təki bölgədə müharibələr davam etsin, sabitlik olmasın.

İkincisi, bu məqsəd uğrunda ABŞ itlə də, qurdla da «müttəfiq» olur və ya yalan-palan danışmaqdan heç utanıb- çəkinmir.

Üçüncüsü, Əsəd ibn-Hafizin mövqeyi anlaşılan deyil – onu ölkə və xalq maraqları düşündürmür, təki hakimiyyəti sürsün. Məhz bu məqsədlə də o, ABŞ-ın dəstəklədiyi kürd silahlı qruplaşmaları ilə işbirliyinə gedir.

İndi isə diqqət yetirin: ABŞ Suriya Prezidenti Bəşər Əsədə qarşıdır və ölkənin gələcəyində Əsədə yer görmür – onun hakimiyyətdən getməsinə çalışır. Eyni zamanda, ABŞ Suriyanın şimalındakı kürd silahlı dəstələrini (PYG) dəstəkləyir, onları silahlandırır və maliyyələşdirir. Bununla eyni vaxtda, Əsəd də kürdləri dəstəkləyir və öz əməli ilə bir növ, deyir: «Düşmənimin dostu… mənim düşmənim deyil!» Əsədin belə davranışı hər cür məntiqdən kənar bir XƏYANƏTdir.

Məhz Bəşər Əsədin xəyanətlərinin birbaşa və dolayı nəticəsidir ki, hazırda 3 milyondan artıq Suriya vətəndaşı qaçqın olaraq Türkiyə dövlətinə sığınıb -Türkiyə dövləti onların hər cür təminatını öz üzərinə götürüb. Bunu bütün dünya etiraf edir…

İndi də Türkiyə Afrin rayonu ərazilərini terrorçulardan təmizləyir ki, həmin 3 milyon suriyalı qaçqını öz vətəninə qaytarsın. Kürdləri başa düşmək olar – onlar ərazidə demoqrafik durumun dəyişməsini istəmirlər və bu amacla da Türkiyə ordusuna qarşı vuruşurlar. Bəs, Əsəd – o, nə üçün suriyalı qaçqınların vətənə dönməsinə qarşı çıxış edir? Bu ki, gerçək bayquş xislətidir – «qoy, yerim geniş olsun» mənasına gəlir…

İndi gerçəkdən də Suriya bayquşların ulaşdığı xarabalığa çevrilib ki, onun da «legitim» prezidenti Bəşər Əsəddir!

Mirzə AĞ
AzPolitika.infoшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net