Ana səhifə

Rusiya muzdlu ordusunu qırğına Kim aparıb... KEÇMİŞ DEPUTAT İTKİLƏRİ AÇIQLADI-334 NƏFƏR

    Tarix: 19-02-2018 18:15   
Rusiya muzdlu ordusunu qırğına Kim aparıb... KEÇMİŞ DEPUTAT İTKİLƏRİ AÇIQLADI-334 NƏFƏR

Rusiya Dövlət Dumasının keçmiş deputatı Viktor Alksins fevralın 7-də Suriyanın Deyr əz-Zor əyalətində Amerika aviasiyasının endirdiyi zərbələr nəticəsində 334 rusiyalı muzdlunun həlak olduğunu açıqlayıb. O, “Dojd” telekanalının efirində bildirib ki, həmin rəqəm Suriyada döyüşənlərin ailələrindən alınan məlumatlara və son hadisələrin iştirakçıları ilə söhbətlərə əsaslanır.

Alksinis deyib ki, həlak olanlardan 217-i beşinci hücum dəstəsinə, 10-u ikinci hücum dəstəsinə, 94-ü “Vesna” hücum dəstəsinə və qalan 13-ü artilleriya diviziyonunun tərkibinə daxil olub. Keçmiş deputatın sözlərinə görə, bu rəqəm hələ yekun deyil və arta bilər.



Alksinis deyib ki, fevralın 7-də Deyr əz-Zorda neft-qaz emalı zavoduna hücumda “Vaqnerin ordusu”nun muzdluları ilə yanaşı Müdafiə Nazirliyinin xüsusi əməliyyatlar Qüvvələrinin hərbçiləri də iştirak ediblər. Lakin xüsusi təyinatlıların arasında itkilər və yaralananlar haqda informasiya yoxdur.



Bu arada internet mənbələrində axtarışlar aparan beynəlxalq kəşfiyyat şəbəkəsi “İnformNapalm” Deyr əz-Zor vilayətinin Hişam rayonunda neft-qaz emalı zavoduna Rusiya muzdlularının darmadağın edilməsi ilə nəticələnən hücumu kimin təşkil etdiyini üzə çıxarıb. Qrup bildirir ki, bu hücumu hazırlayan və ona cavabdeh olan birinci şəxs 1978-ci il iyuln 23-də anadan olmuş Rusiya vətəndaşı, Sankt-Peterburqda qeydiyyatda olan Sergey Borisoviç Kimdir. Kim “Vaqner” özəl hərbi şirkətində qərargah rəisinin müavini-operativ şöbənin rəisidir.



Qrupda təmsil olunan jurnalistlər müəyyən ediblər ki, məhz Sergey Kim əməliyyatı planlaşdırıb və Suriyadakı Rusiya hərbi kontingentinin rəhbərliyi ilə koordinasiya edib, habelə amerikalıların xəbərdarlıqlarına məhəl qoymayıb. Bundan əvvəl Sergey Kim Donbassda “Vaqnerin ordusu”nun Ukrayna ordusuna qarşı hücumlarına rəhbərlik edib.

Virtualaz.orgшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net