Ana səhifə

Türkiyə - Suriya müharibəsinin başlamasına saatlar qaldı - "Heç kim qabağımızda dura bilməz"

    Tarix: 19-02-2018 15:41   
Türkiyə - Suriya müharibəsinin başlamasına saatlar qaldı - "Heç kim qabağımızda dura bilməz"
Suriya Dövlət Televiziyası rejim qüvvələrinin bir neçə saat ərzində Afrinə girəcəyini açıqladı.

A24.az xəbər verir ki, hökumət qüvvələri bu gün axşam saat 18:00 radələrində Afrinə girməsi gözlənilir. Rejim qüvvələri bir həftə ərzində 52 kritik nöqtədə, bu gün və sabah isə 4 nöqtədə yerləşdirilməsi gözlənilir. Dəməşqin şərtinə görə, PYD terror təşkilatı ağır silahları rejim qüvvələrinə təhvil verməlidir.

Ekspertlərə görə, rejim qüvvələrinin Afrinə girməsi onların Türkiyə ordusu ilə qarşı-qarşıya gəlməsinə səbəb ola bilər.

Terrorçu PKK qruplaşmasının Suriyadakı qollarından biri olan YPG-nin yaraqlıları Afrin şəhərində (Hələbdən 65 km məsafədə) və Türkiyə ilə sərhəd rayonlarında bir neçə mövqeni Suriya ordusuna təhvil verəcək.

Kürdlərin “Firat” informasiya agentliyi bildirir ki, hökumətin qoşun bölmələri yaxın 48 saat ərzində Afrinə yeridilə bilər. Bu barədə razılaşma Hələbdə tərəflər arasında aparılan danışıqların yekununda əldə olunub.

Kürd terrorçuları Dəməşqdən həmçinin Türkiyənin hava və qurudan anti-terror əməliyyatları apardığı Afrin şəhərinin hava hücumundan müdafiəsini təmin etməsini istəyib.

Suriya rejiminin Afrinə girmək qərarına reaksiya göstərən ilk şəxs Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu Suriya rejiminin Afrinə daxil olmağa hazır olduğunu açıqlayaraq “Heç kim qabağımızda dayana bilməz” – deyib.

A24.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net