Ana səhifə

Əsəd Afrinə hücuma keçir, Türkiyə ordusu... – Rusiyadan qanlı döyüş XƏBƏRDARLIĞI

    Tarix: 16-02-2018 19:27   
Əsəd Afrinə hücuma keçir, Türkiyə ordusu... – Rusiyadan qanlı döyüş XƏBƏRDARLIĞI

Rusiyalı ekspertlər Türkiyənin Afrin əməliyyatını dəyərləndirib.

Publika.az xəbər verir ki, Dumanın Müdafiə komitəsinin rəhbəri Vladimir Şamanov Türkiyənin Afrindəki maraqlarının nəzərə alınmasının vacibliyini qeyd edib: “Türkiyənin burada maraqlarının olduğu məlumdur. Buna görə də anlaşmaq lazımdır. Türkiyə, Rusiya və İran masaya əyləşməli və mexanizmlər hazırlanmalıdır”.

Rusiyalı politoloq Maksim Jarov isə kürdlər və Əsəd rejiminin Suriya ordusunun Afrinə girməsi ilə bağlı razılığa gəlməsini şərh edib.

“Bu, əhəmiyyətli hadisədir. Əgər bu baş tutarsa, Əsəd hökumətinin mövqeyi güclənəcək. Suriyada baş verən son hadisələr təsir dairələrinin qeyri-rəsmi şəkildə bölünməsi ilə bağlıdır. Baş verənlər ABŞ-ı narahat edir. Fikrimcə, PYD artıq ABŞ-dan kömək gözləməkdən bezdi. Buna görə də Əsədlə razılaşdı. Lakin bu PYD-nin müstəqilik istəyindən imtina etməsi demək deyil”, - deyə Jarov qeyd edib.

Rusiya Elmlər Akademiyasının Yaxın Şərq İnstitutun əməkdaşı Sergey Demidenko isə Suriya ordusunun Afrinə girmə ehtimalının az olduğunu hesab edir: “Suriya ordusu Türkiyə ilə döyüşə girməz. Həm də Suriya ordusu PYD üçün yaxşı seçim deyil”.

Asifшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net