Ana səhifə

NAZİRLİKDƏ İKİ ŞÖBƏ BİRLƏŞDİRİLDİ – Yeni təyinat

    Tarix: 16-02-2018 19:20   
NAZİRLİKDƏ İKİ ŞÖBƏ BİRLƏŞDİRİLDİ – Yeni təyinat

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) daha bir yeni təyinat olub.

Məlumata görə, Nazirliyin iki şöbəsi birləşdirilib.

Belə ki, NRYTN-in Elm, texnologiya və informasiya cəmiyyətinin inkişafı və Elektron idarəçiliyin inkişafı şöbəsi bir yerdə fəaliyyət göstərəcək.

Bu şöbəyə isə Rəşad Əzizov müdir təyin olunub.

Qeyd edək ki, Rəşad Əzizov əvvəllər Milli Məclis aparatında çalışıb. O, həmçinin İKT sahəsində elmi araşdırmalarla da məşğul olub.
R.Əzizov hüquq elmləri doktorudur.

Mütəxəssis “”Elektron hüquqa giriş” kitabının da müəllifidir.

İndiyə qədər Elm, texnologiya və informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri vəzifəsini icra edən İsfəndiyar Əliyev isə yeni şöbəyə müdir müavini təyin edilib.

Bir müddət öncə Elektron idarəçiliyin inkişafı şöbəsinin müdiri Elnur Aslanov vəzifəsindən azad edilib. /xeberler.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net