Ana səhifə

Prezidentdən fərman: Azərbaycanda bu qurumun səlahiyyətləri artırıldı

    Tarix: 16-02-2018 17:13   
Prezidentdən fərman: Azərbaycanda bu qurumun səlahiyyətləri artırıldı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni səlahiyyətlər verilib.

A24.Az xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin 15 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” fərmanında əksini tapıb.

Dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsinə və Qafqaz Müsəlmanları İdarəsinin müraciəti əsasında xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarının islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxılması üçün razılıq verilməsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətində olacaq.

A24.Azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net