Ana səhifə

Rusların PKK-nı Qarabağa gətirməsinin SƏBƏBİ ÜZƏ ÇIXDI: Türkiyə bombalayacaq və... - ŞOK PLAN

    Tarix: 16-02-2018 17:04   
Rusların PKK-nı Qarabağa gətirməsinin SƏBƏBİ ÜZƏ ÇIXDI: Türkiyə bombalayacaq və... - ŞOK PLAN

Ermənistanın “Jamanak” qəzeti bu günlərdə PKK terror təşkilatı üzvlərinin Azərbaycanın işğal edilmiş ərazilərinə yerləşdirildiyi və İrəvan rejiminin terrorçulardan Bakı və Ankaraya qarşı istifadə etmək niyyəti haqda yazdı. Bu, Azərbaycan və Türkiyənin illərdir dilə gətirdiyi faktların Ermənistan mediasında təsdiqi deməkdir. Qəzet yazır ki, PKK üzvləri yavaş-yavaş Ermənistanda məskən salırlar. Bu xəbəri Ermənistan ictimaiyyəti sevinclə qarşıladı, lakin PKK-çıların gəlişini qəbul etməyənlər də var.

Publika.az xəbər verir ki, erməni ekspert Samvel Ohanesyan PKK-çıları Ermənistana Rusiyanın göndərdiyi iddiası ilə çıxış edib.

Erməni ekspert iddia edir ki, Suriyada münaqişə başlayandan sonra bir çox erməni Ermənistana gəlmək istəsə də onlara icazə verilməyib: “Lakin Ermənistan sərhədini qoruyan rus sərhədçilər PKK üzvlərini buraxırlar. Onlar hətta bizdən soruşmurlar ki, bunları qəbul etmək istəyirik, ya yox. Rusiya sadəcə olaraq, PKK üzvlərini Ermənistan hökumətinə təhvil verir və onları bizim hökumətin “yedizdirməsini” istəyir. Halbuki, bu, Ermənistanı atəş altına atmaq deməkdir. Çünki Türkiyə PKK ilə mübarizəni genişləndirdikcə, bir gün mütləq Ermənistanı da bombalaya bilər. Suriyada baş verənlər dünyanın heç bir gücünün Ankaranın qarşısında dayana bilmədiyini göstərdi. Bəs, sabah eyni ssenari bizə qarşı tətbiq olunsa, Ermənistanı kim qoruyacaq?! Ankaranın “Ermənistan terrorçulara dəstək verir” fikrini gündəmə gətirəcəyi də şübhəsizdir”.

Samvel Ohanesyan iddialarını davam etdirərək, qeyd edir ki, əslində Rusiya PKK-nı Ermənistanda yerləşdirməklə gələcəkdə Türkiyəyə qarşı müharibəyə hazırlaşır.

“İndi Rusiya-Türkiyə münasibətləri yaxşıdır, lakin bu, onların regionda maraqlarının toqquşduğu və əzəli rəqib olduğu fikrini dəyişdirmir. Hətta ekspertlər Balkanlarda, Cənubi Qafqazda, Qara dənizdə rus-türk müharibəsinin ola biləcəyini istisna etmirlər. Kremlin strategiyasına görə, PKK-nın qərargahı Ermənistan olmalıdır. Bu, rusların marağındadır, bəlkə də PKK də bununla razılaşacaq. Lakin hədəfdə ermənilər olacaq”, - deyə o etiraz edib.

Asifшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net