Ana səhifə

Paytaxt sakinləri yenə paslı sudan şikayətçidir

    Tarix: 16-02-2018 13:18   
Paytaxt sakinləri yenə paslı sudan şikayətçidir

Ölkədə əhalinin su təchizatı ilə bağlı məsələləri həll olunmur ki, olunmur. Paytaxt sakinlərinin “Azərsu” ilə bağlı mütləq şəkildə gündəlik problemləri var.

İndi də Xətai rayonu Məhəmməd Hadi 63 ünvanında yaşayan sakinlər şikayət edərək, sabah saat 9.00-dan suların sapsarı pas şəklində gəldiyini bildiriblər. Sakinlərin məlumatına görə saatlardır su bu şəkildə gəldiyinə görə, “Azərsu”ya zəng edib problemin səbəbini öyrənməyə çalışıblar.

Qurumun operatoru problemi aydınlaşdırmaq üçün sakinləri “Qaynar xətt”-955 ünvünına yönəldib. Orada problemin detalları və məlum ərazi qeydiyyata alınıb. Sakinlərə tezliklə qurum nümayəndələrinin gəlib problemlə tanış olacaqları, sudan nümunə götürəcəkləri deyilib. Amma bu saatlar ərzində onlarla maraqlanan da olmayıb. Sakinlər bu sualın “Azərsu”ya çatdırılmasını xahiş edirlər: “Biz susuz oturub nə qədər yolunuzu gözləyəcəyik?”

azadliq.info
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net