Ana səhifə

Ölkədə total “Vyetnam qırğını”: hökumət “pambıqla baş kəsir” yoxsa təxribat?

    Tarix: 21-06-2018 01:03   
  


Ölkə boyunca total “Vyetnam qırğınıdır”. Anaxeber.Az-ın verdiyi məlumata görə, ötən gecə İmişlinin ardınca Yevlaxda pambıq tarlasında 16 nəfər zəhərlənib.
Daha əvvəl Tərtər, Saatlıda kütləvi zəhərlənmələr olmuşdu. Bu, bəlkə də müəmmalı təxribat izidir.
Belə xəbərlər var ki, sahələrdə ziyanvericilərlə mübarizə məqsədilə istifadə edilmiş herbisid olan fitotoksikant “Agent Orange” adlı hərbi vasitəyə bənzərdir.
Sonuncudan Vyetnam partizanlarına qarşı istifadə olunub. Bu maddə sahəyə vurulandan yalnız 5 gün sonra pambıq yığımına getmək olar, ertəsi gün yox.
Azərbaycanda silsilə yanğınlar, partlayışlar, zəhərlənmələr zaman-zaman olub. O baxımdan provokasiya versiyaları dərhal gündəmə gəlib.
Pambıq tarlalarında ardıcıl kütləvi zəhərlənmələr və ekspertlərin rəyinə görə, herbisid istifadəsi təxribat amilini istisna etmir.
Hakimiyyətin pambıqçılıq siyasəti postneft dövründən başlanıb. Manatın devalvasiyası hökuməti qeyri-neft sektorunu inkişaf etdirmək üçün silkələmişdi.
Prezident Saatlıda, Bərdədə pambıq müşavirələri keçirir, məhsuldarlığın artırılmasının vacibliyindən danışır, statistikada geri qalan rayonların adlarını çəkirdi.
Lakin bu zaman ərzində pambıq yığımına gedənlərin olduğu avtobuslar aşıb, ağır qəzalar olub, müəllimlər, həkimlər, büdcə təşkilatlarının işçiləri yığıma cəlb olunublar.
Bu da öz növbəsində hökumətin pambıq siyasətinin iflasa uğraması və özünü rüsvay etməkdən ibarətdir. Hökumətin yanlış siyasəti faktiki olaraq “pambıqla baş kəsir”, “Vyetnam qırğını” törədir.
Hər kəsin öz öhdəliyi və xidmət sahəsi olduğu halda müəllimləri, tibb işçilərini pambıq sahələrində işlətməklə aqrar sektorun inkişafı nonsensdir.
İnam Kərimovun kənd təsərrüfatı naziri təyin olunması, aqrar sahədə innovativ addımlar atılacağı haqda vədləri də nəyisə dəyişməyib.
Hökumət sovet dövründən daha betər idarəçilik modeli seçərək pambıqla inkişaf olacağını güman edir. Halbuki, indi pambığı əllə yığmaq zamanı deyil.
İndi iqtiasdi cəhətdən inkişaf etmiş dövlətiksə, deməli pambığı yığmağa texnikamız da olmalıdır. Əslində texnika nəzərdə tutulub, sadəcə olaraq həmin texnikanın pulu ciblərə gedərək yeyilib.
Təəssüf ki, bu gün 1980-ci il deyil, 40 il keçib, ölkəyə neftdən 150 milyard dollardan çox vəsait daxil olub.
Amma müəllim, həkim pambığa aparılır, dərman səpməyə avadanlıq belə yoxdur. Bu Qafqazın ən qüdrətli ölkəsinin adına gülünc bir şeydir.
Anaxeber.Az-ın verdiyi məlumata görə, otlaq sahələrinin çoxunda pambıq əkilib. İnsanlar yem dərdindən heyvanlarını satmalı olur.
Boş qalan çox az sahənin icarə haqqı isə qalxıb. Bir sözlə, pambıq siyasəti kəndlilərin evin yıxıb. Sahələrin çoxunda dövlət pambıq əkdirir. Nəticədə heyvanlara otlaq sahəsi, əkinçilik üçünsə yer qalmır.
Pambıqdan gələn gəlir isə qəpik-quruşdur deyirlər. Nəticədə kəndliyə əkin-biçin, heyvandarlıq, bir sözlə, kənd təsərrüfatı ilə məşğul olmaq sərf etmir.
Nəticədə insanlar heyvana verməli olduğu yemi pulla alırlar. Buna da hamının imkanı çatmır. Odur ki, heyvanı satmalı olurlar.
Bununla da, həm heyvandarlıq məhv olub gedir, həm də gələcəkdə ətin qiyməti qalxa bilər. Məsələn, 3 hektar torpağı olanın cəmi 1 hektar yeri qalıb. Onunla da heyvan saxlaya bilmir.
Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən il 207 min ton, 2016-cı ildə 89 min ton, 2015-ci ildə isə 35 min ton pambıq yığıldığını söyləyib:
“Yəni iki il ərzində pambıq istehsalı demək olar ki, səkkiz dəfə artıb və 200 minə yaxın insan pambıqçılıq sahəsində çalışır, pul qazanır”.
2016-cı ildən başlayaraq pambıqçılığın inkişaf etdirilməsi hökumətin əsas diqqət ayırdığı sahələrdən birinə çevrilib.
Hökumət bu sahəni inkişaf etdirməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkəyə valyuta axınını artırmağı düşündüyünü bəyan edib.
Rəsmi məlumatlara görə, 2016-ci ildə Azərbaycanda 52 min 57 ha sahədə pambıq əkilib. Bu, 2015-ci ilin anoloji dövrünə nisbətən 33 min 373 hektar çox olub. 2017-ci ildə isə rəqəm bir az da artıb. 136 min 413,2 hektar pambıq əkilib.
Anaxeber.Az
Turanшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net