Ana səhifə

Trampın yevangelist projesi: Bakı Qüdsə niyə susdu? - Gizlinlər...

    Tarix: 18-05-2018 08:12   
 


Dünya qaynayır. Ətrafımız “qan gölü”nə çevrilib. Yaxın Şərq isə “barıt çəlləyi”dir.
Ərəblər və yəhudilər yola getmirlər. Semit tayfalarında iki əmioğulları ərlərdir bir-birinin qanını tökürlər.
Bu problem dünyanın ən mürəkkəb münaqişəsidir. Çünki burada dini, etnik, müxtəlif dünya güclərinin korporativ maraqları dərin kök salıb.
Anaxeber.Az-ın Təhlil Qrupu əvvəlcə qısa şəkildə xronoloji arayış hazırlayıb və ədavətin səbəblərinə toxunub:
Yəhudilər Yerusəlimin qədim yəhudi dövlətinin paytaxtı olduğunu bəyan edir, buna görə də şəhərin onlara məxsus olduğunu deyirlər.
Ərəblər isə faktik olaraq bu gün mövcud olan vəziyyətin 1000 il əvvələ dəxli olmadığını deyərək bu iddianı rədd edirlər. Odur ki, heç cür razılıq əldə olunmur.
BMT özünün qətnamələrində Yerusəlimin Fələstinlə İsrail arasında iki hissəyə bölünməsini tələb edir. İsrail bunu qəbul etmir.
BMT isə İsrailin 1980-ci ildə qəbul etdiyi “Yerusəlim haqqında qanun”u tanımır. Bu qanuna görə Yerusəlim İsrailin paytaxtı kimi təsdiq edilib.
Avropa dövlətləri BMT-nin qərarını tanıyırlar. Ərəb dünyası 1994-cü ilə qədər Fələstin torpaqlarında İsrail dövlətinin mövcudluğnu qəbul etmirdi.
ABŞ-ın vasitəçiliyi ilə aparılmış Oslo görüşündən sonra baş nazir İshaq Rabin və FAT rəhbəri Yasir Ərəfat razılığa gələ bildilər.
FAT İsrailin mövcudluğunu, İsrail isə Fələstin Muxtar Administirasiyasını tanıdı. Amma yenə Yerusəlimi bölə bilmədilər.
Mövcud vəziyyət necədir? Rəsmi statistikaya görə, Yerusəlimdə 865 min adam yaşayır. Onlardan 574 mini yəhudi, 285 mini müsəlman ərəblərdir.
Davudun məbədi, müsəlmanların müqqədəs Əl-Əqsa məscidi, İsa Məsihin qəbri və çarmıxa çəkildiyi yer ordadır. Tramp isə məlum qərarı ilə (Qüdsdə səfirlik açmaqla) yenə bu qaysaq bağlamamaş yaranı qanatdı.
Bundan sonra necə olacaq? Bu indi cavabı olmayan sualdır. Cavabı yəqin ki, böyük güclərin yeni geopolitik prioritetlərində axtarmaq lazım gələcək.
Çünki münaqişəyə Türkiyə də qarışıb, səfirlər geri çağırılıb, Tel Əvivlə münasibətlər yenə düşmənçilik həddinə çatıb. Ərdoğan açıq şəkildə Fələstinə dəstək verir.
Anaxeber.Az yazır ki, rəsmi Bakı bu hadisələrdə neytral mövqedə dayanıb. Azərbaycan Qəzza zolağında öldürülən fələstinlilər barədə münasibət bildirməyib.
Yalnız Qafqazın Şeyxi qısa şəkildə müsəlmanların öldürülməsini pisləyib. Rəsmi Bakının bu məsələdə susqunluğu anlaşılandır. Azərbaycan hər iki ölkə ilə yaxşı münasibətlərə malikdir.
Bakı Fələstinə hər zaman humanitar dəstəyini verib. Baxmayaraq ki, Fələstin ermənipərəst mövqeyi ilə “təşəkkür” etmiş olub.
İsrail isə Bakının çox yaxın dostudur. Azərbaycanla İsrail arasında silah ticarətində əməkdaşlıq ilbəil genişlənir. Yəhudilər ermənilərin işğalçı siyasətini pisləyir.
Digər tərəfdən, siyasi münasibətlər yüksək səviyyədədir. Prezident İlham Əliyevə ABŞ yəhudi komitəsi tərəfindən ciddi dəstək və mehribanlıq göstərilir.
MOSSAD ölkəmizdəki forumların, beynəlxalq yarışların təşkili zamanı təhlükəsizlik tədbirlərində aparıcı mövqeyə malikdir.
Son seçkidə baş nazir Netanyahu Əliyevi təbrik etməklə münasibətlərin fazasını nümayiş etdirdi.
Eləcə də Qarabağa qanunsuz səfərlərinə görə həbs edilmiş Aleksandr Lapşinin İsrailə təhvil verilməsi də Tel-Əvivlə əlaqələrin səviyyəsindən xəbər verir.
Yəni, rəsmi Bakının Qüds hadisələrinə və Qəzzadakı ölümlərə ciddi təpki verməməsi məhz strateji baxımdan doğru seçimdir.
Anaxeber.Az-ın Təhlil Qrupu yazır ki, Trampın hakimiyyətə gəlməsindən bir az öncə neokonların qurduğu və əsas məqsədi İsrailin maraqlarını müdafiə etmək olan “Foundation for Defense of Democracies” (“Demokratiyanı Müdafiə Fondu”) (FDD) fondu elektoratdan aldığı güc və daxilində olan güclü insanları ilə Vaşinqtonu ələ keçirməyə başladı.
FDD-nin yüksəlişi eyni zamanda ABŞ “dərin dövlət”inin daxilində də mübarizənin başlamasına səbəb oldu.
Köhnə ənənəvi “dərin dövlət”in elementləri bu “döyüşçü” və ya “qırğı” kimi tanınan şəxslərin “dərin dövlət” mexanizmlərini ələ keçirmələrinə qarşı dirənməyə çalışdılar.
Lakin bacara bilmədilər və Trampın da prezident seçilməsilə birlikdə FDD öz hakimiyyətini təminat altına aldı.
Gina Haspelin MKİ direktoru, Mayk Pompeonun da Xarici işlər naziri vəzifəsinə təyin olunacağının açıqlandığı gün Ağ Evin çox yaxınlığında olan FDD mərkəzində bayram axşamı vardı.
FDD-nin aktiv üzvləri arasında ABŞ-ın Türkiyədəki sabiq səfiri və Türkiyə əleyhdarı olan Erik Edelman, Türkiyəyə qarşı sərt siyasət aparılmasını istəyən Frenk Qaffni, Trampın sabiq müşaviri, Türkiyədə ələ keçirdiyi yevangelist agentləri istifadə edən Sebastian Qorka, Ərdoğana qarşı olan keçmiş strateq Stiv Bennon, Türkiyəyə qarşı olan siyasətləri dəstəkləyən indiki Milli təhlükəsizlik müşaviri Con Bolton və Netanyahunun dostu olan milyarder Şeldon Adelson da vardır.
Yəni, “kələfin ucu” görünməkdədir. Trampın hakimiyyətə gəlişindən sonra Qüdsün paytaxt kimi tanınması projesinin hansı siyasi mərkəzlərdə hazırlandığı aydınlaşır.
Trampın Qüdsü-Yerusəlimi İsrailin paytaxtı kimi tanımaq qərarının daxili siyasi səbəblərdən qaynaqlandığı məlumdur, “digər prezidentlərdən fərqli olaraq, mən vədimi yerinə yetirdim” deməklə onun özü də bunu təsdiqlədi. Amma bu məsələni bir az açmağa ehtiyac var.
Seçkiqabağı vədlərini yerinə yetirdiyini öz seçici kütləsinə nümayiş etdirmək Tramp üçün bu dəqiqə 1 saylı vəzifədir.
Onun öz elektoratına və bu elektoratla qarşılıqlı münasibətlərinə kliyentelist yanaşması var, yəni mən sizin istəklərinizi, sifarişlərinizi yerinə yetirirəm, əvəzində məni dəstəkləyin.
Bəs bu kütlə kimlərdən ibarətdir və onların Qüds-Yerusəlim məsələsinə nə aidiyyəti var? Trampın (ümumilikdə respublikaçıların) seçici kütləsinin nüvəsini yevangelistlər təşkil edir.
WASP (White Anglo-Saxon Protestant) adlandırılan ağ anqlo-sakson porotestantlar da bura daxildir. Onların kökü Şimali Amerikada, müasir ABŞ-da ilk məskunlaşmağa başlayan puritanlara – ingilis protestantlarına gedib çıxır.
Yevangelist dini dünyagörüşündə yəhudilərə özəl münasibət var, onları seçilmiş xalq sayırlar və bu səbəblə onlara dəstək verməyi Yaradana xidmət kimi qəbul edirlər.
İnanırlar ki, İisus Xristosun 2-ci gəlişi (yəqin Mehdinin zühuru inanışını xatırladınız) o vaxt gerçəkləşəcək ki, bütün yəhudilər İsrail Torpağına (Erets İzrael) yığışsın və Tanrı tərəfindən onlara tapşırılmış şəkildə həyat yaşasınlar. Bu məqam “İncil”də öz əksini tapıb.
Erets İzrael, yəni yəhudilərin tarixi torpaqları sayılan ərazilər çaydan çaya - Nildən Fərata qədər olan əraziləri əhatə edir. Bu inancı bölüşən yevangelistlərə “xristian sionistlər” də deyilir.
Anaxeber.Az
Turanшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net