Ana səhifə

Atatürk şilləsi: Bakı barbar Paşinyanın təhqirinə aprel cavabı verməsə...

    Tarix: 11-05-2018 08:30   
 

1930-cu illərdə İtaliyanın faşist diktatoru Benito Mussolini gözünü Türkiyəyə dikir və Ankaranı hədələməyə başlayır. Atatürkün cavabı lakonik olur:
“Elə eləməsin ki, o ayaqqabını (xəritədə İtaliya ayaqqabıya oxşayır) ayağıma geyinim”. Bundan sonra Mussolini Türkiyəni hədələməkdən vaz keçir.
Anaxeber.Az yazır ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyanın “Tarixdə Azərbaycan kimi qorxaq dövlət olmayıb” sözünə cavab da rəsmi Bakıdan bu ritorikada olmalıydı.
Ancaq xarici işlər naziri müavini Xələf Xələfov “üzünə ələk tutub” elə mədəni şəkildə nota göndərir ki, “bişmiş toyuğun gülməyi gələr”.
XİN rəsmisi Paşinyanın təhqirinə “Ermənistan qeyri-konstruktiv yoldan çəkinməlidir” deməklə işini bitmiş sayır.
Əlbəttə ki, X.Xələfov Atatürk deyil, amma Paşinyan da Mussolini olmadığı üçün bu halda erməni liderinə cavab kifayət qədər sərrast verilməliydi.
Doğrudur, sonra Paşinyanın belə bir söz işlətmədiyi, sosial şəbəkələrdə hansısa gizli əllər tərəfindən tirajlandığı ortaya çıxdı.
Yəni, Qarabağa mövzusunu belə virtualda lağlağıya çevirirlər. Amma Paşinyan həmin ifadəni işlətməsə belə, çıxışında Azərbaycana qarşı aşağılayıcı ifadələr vardı.
Bu açıqlamalar erməni auditoriyasına işlənən tipik kütlə psixologiyasına hesablanmışdı. Azərbaycana qorxaq demək, onun zəif olduğunu söyləmək Paşinyanın Sərkiyandan ultra-millətçi, şovinist biri olduğunu üzə çıxardı.
Və deyəsən, yeni baş nazir aprel hadisələrini unudub. Qorxaq dediyi Azərbaycanın ordusu Mazagirdə, Cəbrayıla qədər irəliləmişdi, əməliyyatlar davam etsəydi Xankəndi belə götürüləcəkdi.
Aprel döyüşlərində tir-tir əsən və ordumuzun şanlı zəfəri qarşısında açan erməni əsgərlərini həmişə olduğu kimi Kreml xilas etdi.
Moskva siyasi təzyiqlərə başlamasaydı, Bakı ilə İrəvan arasında atəşkəs olmayacaqdı. Paşinyan onu da unudur ki, aprel hadisələri zaman ölən erməni əsgərlərinin valideynləri ayağa qalxaraq hakimiyyətə etiraz edirdilər.
Onlar övladlarının boş yerə, özlərinə aid olmayan Qarabağ torpaqlarında ölməsini istəmirdilər. Haqlı idilər. Çünki Qarabağda ürəklə döyüşən Azərbaycan əsgəridir.
Bu torpaqlar azərbaycanlı əsgərin vətəni olduğuna görə uğrunda ölməyə hazır olur, şəhidliyə ucalır, valideynləri aksiya keçirib Azərbaycan hökumətinə etiraz etmirlər.
Paşinyan Azərbaycanı təhqir edəndə bu hadisələri və prosesləri gözünün önündən bir anlıq keçirməliydi.
O zaman aprel döyüşlərində hansı ordunun əsgərlərinin səngərlərdən qaçdığını, hansının qorxaq dövlət olduğunu, hansının rusun əlaltısına çevrilib, onun diktəsi ilə oturub-durduğunu xatırlayacaqdı.
Anaxeber.Az yazır ki, Paşinyanın məlum açıqlamalarına ən yaxşı cavab döyüş meydanıdır. Ordumuz aprel qələbəsini artıqlaması ilə təkrarlaya bilər.
Azərbaycan erməni baş nazirə növbəti dəfə kimin qorxaq, kimin cəsarətli olduğunu nümayiş etdirməli, anti-terror əməliyyatlarına başlayaraq Qarabağdakı separatçı rejimin torpaqlarımızdan təmizlənməsi üçün hərəkətə keçməlidir.
Eyni zamanda Ermənistandakı siyasi böhran, kataklizmlər, davam etməkdə olan mitinqlər bir fürsət yaradır ki, ordumuz torpaqların işğaldan azad olunması üçün hərəkətə keçməlidir.
Təkrar olaraq haşiyəni qeyd etmək yerinə düşər ki, heç bir informasiya mənbələrində, erməni mətbuatında Paşinyanın bizə qorxaq dediyinə dair açıqlama yoxdur.
Bu dezinformasiyanı tirajlayanların məqsədi də anlaşılmır. Dilavər Əzimli adlı bir tarixçi söhbəti körükləyib.
Ancaq politoloq Elxan Şahinoğlunun paylaşdığı xəbərdə Paşinyanın Azərbaycan haqda 1-2 aşağılayıcı sözlərini görmək olar.
Məsələn, xarici jurnalistin sualına cavabında Paşinyan Azərbaycan silahlı qüvvələrini barbar adlandırır.
Əlavə edib ki, Qarabağ münaqişəsinin başlama səbəbi Qarabağ xalqının bu barbarlardan qorumaq istəyərkən yaranıb.
Paşinyan tipik erməni sifətini açıb və xislətini gizlətməyib. Ancaq barbar ordunun hansı olduğunu səhv salıb. Azərbaycan əsgəri heç zaman erməni qocasını, körpəsini, qadınını öldürməyib, zorlamayıb, işgəncə verməyib, süngüyə keçirməyib, gözünü çıxarmayıb, qarnını deşməyib. Erməni ordusu isə bunu Xocalıda həyata keçirib. İndi barbar qoşun kim olduğunu yaxşı xatırlaya bilər.
Digər tərəfdən, Ermənistanda 10 dənə prezident və baş nazir dəyişsə də seçildikdən sonra hər birinin ilk səfər trayektoriyası eyni olacaq: birinci Xankəndinə gələcək, sonra Moskvaya ağalarının yanına uçacaq.
Təəssüf ki, bu trayektoriyanı poza biləcək siyasətçi yoxdur Ermənistanda. Ancaq bunu bilə-bilə biz də əllərimizi sallayıb Ermənistan rəsmilərinin işğal altındakı torpaqlara səfərlərinə seyrçi qalmalı deyilik.
XİN-nin hadisə baş verəndən sonrakı bəyanatları ilə uzağa gedə bilməyəcəyik, başqa addımlar lazımdır.
Ermənistan rəsmilərindən hər hansı birinin torpaqlarımıza qeyri-qanuni səfəri cəbhə bölgəsində gərginliyə səbəb olmalıdır. Bu səbəbi biz yaratmalıyıq.
Gələn də bilməlidir ki, onun hər səfəri 5-10 erməninin ölümünə səbəb olur. Bundan sonra "bu qədər ölümə görə Qarabağa getməyə dəyərmi" sualı üzərində qara-qara düşünməlidir...
Anaxeber.Az
 Turanшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net