Ana səhifə

Ostap Bender gəlməyəcək...Qərb Əliyevlə niyə işləyir? – Pərdəarxası

    Tarix: 04-05-2018 10:54   
 
Ostap Benderin məşhur sözüdür: Qərb bizi xilas edəcək. Sarkazmla deyilmiş bu ifadə illərdir ki, nicatı Avropadan gözləyən xalqlara və müxalifətlərə ironiyadır. Yəni, Qərbin gəlib bizi istibdaddan xilas edəcəyinə inananlar aldanırlar.
Və Benderin bu sözü Azərbaycanın siyasi laborotoriyasında dəfələrlə sınaqdan çıxmış teoremdir.
Anaxeber.Az yazır ki, 2003, 2005, 2013 seçkilərində Qərbin bizi xilas edəcəyinə ümid edənlər yanıldılar. Qərb bizi heç vaxt xilas etmədi.
Bu illər ərzində ətrafımızda müxtəlif siyasi səyişikliklər oldu: Gürcüstan, Qırğızıstan, Ukrayna, Monqolustan, ərəb dünyası və ən nəhayət, Ermənistanda yeni iqtidarlar gəldi.
Təkcə dünyanın beş böyük gücünün liderinin - Trampın, Tereza Meyin, Netanyahunun, Putinin, Ərdoğanın seçkidən sonra təbrik və əməkdaşlıq mesajları göstərdi ki, mövcud iqtidar onları qane edir.
ATƏT-in mənfi seçki hesabatı isə heç bir siyasi təsirə malik deyil və seçki nəticələrinin legitimliyini şübhə altına ala bilməz.
Bəs, niyə Qərb bizi xilas etmədi? Nə üçün Azərbaycanda eyni hakimiyyətlə işləmək istədilər?
Analitiklər tez-tez bu arqumenti irəli sürürlər ki, Azərbaycan Qərbin enerji maraqlarını təmin edir. Eləcə də Rusiya, İran və İsrail münasibətlərində balansı qoruya bilir.
Ekspertlərin fikrincə, Qərbin Azərbaycanda insan haqları, siyasi məhbus, demokratiya və seçki məsələlərini arxa plana keçirib enerji siyasətini prioritet olaraq görməsi iqtidarın ömrünün uzanmasına gətirib çıxarıb.
Lakin bu arqumentlərin əsassız olduğu göz qabağındadır. Çünki hakimiyyətə gələcək istənilən qüvvə Qərb və Rusiya ilə hesablaşmalıdır, enerji layihələri həyata keçirilməlidir.
Məgər hansı iqtidar Kremlə və yaxud “Ağ ev”ə buynuz göstərə bilər? İstərsə liberallar, istərsə mühafizəkarlar hakimiyyətə gəlsin, onlar beynəlxaq güclərlə işləyəcək, enerji projeləri reallaşacaq, yenə də bp Bakı neftinin böyük payına sahib çıxacaq, Moskva ilə qonşuluq siyasətində ehtiyat gözlənəcək, İran və İsrail münasibətləri relsdən çıxmayacaq. Deməli, Azərbaycanda mövcud hakimiyyətin uzunömürlüyünün başqa faktorları var.
Anaxeber.Az yazır ki, Qərbin Azərbaycana baxışının və münasibətinin fövqündə İlham Əliyev amili dayanır.
İ.Əliyev hələ SOCAR-da vitse-prezident vəzifəsində işləyərkən böyük strateji təcrübə toplamışdı, əcnəbilərlə görüşlərə birbaşa, tərcüməçisiz təmasa keçirdi, neft-qaz siyasətində peşəkar diplomata çevrilmişdi.
Hakimiyyətə gəlişindən sonra bu siyasi praktika, Qərb liderləri ilə təkbətək görüşlərdə tərcüməçisiz danışıqlar aparması, onları inandırması böyük rol oynayıb.
İ.Əliyev dünyəvidir, sekulyardır, Rusiyanı qıcıqlandırmamaq üçün Moskva ilə ehtiyatla hərəkət etməsinə baxmayaraq, Qərbpərəstdir, Avroatlantik məkana inteqrasiya tərəfdarıdır, I vitze-prezident Fransanın fəxri legionudur.
İ.Əliyev Qərb liderləri ilə görüşlərdə onları inandırmaq qabiliyyətinə malikdir, xüsusən də son dəyişikliklərlə islahatçı olduğunu dünyaya ismarıc verdi.
Bir sözlə, fərdi keyfiyyətlər, şəxsi fonda olan diplomatik “at gedişi” hər dəfə Qərbin Azərbaycanla bağlı planlarını dəyişməz saxlayır.
Bundan əlavə, Əfqanıstanda terrorla mübarizədə Azərbaycanın ABŞ-ın yanında olması, TAP, TANAP kimi enerji layihələrinin Avropa-Bakı nəqliyyatından kənara çıxmaması, Moskvanın neft-qaz layihələrindən kənarda saxlanması Əliyevin Qərbdə böyük siyasi lider kimi nüfuz qazanmasına səbəb olub.
Faktiki olaraq, İ.Əliyev seçkidən sonra Türkiyəyə və ardınca Böyük Britaniyaya səfər edir, Moskvaya yox.
Bu, onun strateji seçimidir və Qərbin Azərbaycan prezidentinə münasibəti də məhz bu siyasi ampluadan qaynaqlanır.
İ.Əliyev Azərbaycanı Kremlin boz və aqressiv siyasətindən qorumağa çalışsa da, Qərbyönümlü olduğunu gizlətmir.
İkinci bir məsələ Qərb aristokratik və siyasi elitada olan ailədən hakimiyyətə varisin olmasına pis baxmır.
İki dəfə dünya müharibələrinə səhnə olan Avropa qitəsi darmadağın dağılmış və dünya üzərindəki hegemonluğunu ABŞ-a buraxmaq ərəfəsində idi.
Dünyanın ən böyük gücünə çevrilmək yolunda ABŞ-a isə qətiyyətli addımlar ata biləcək və ciddi siyasi təcrübəyə malik lider lazım idi.
Bütün bu kriteriyalara isə Ruzvelt cavab verirdi. Təkcə ona görə yox ki, o, 1932-ci ildən bəri ABŞ-ı idarə edirdi.
Həm də ona görə ki, Ruzvelt də İlham Əliyev kimi aristokrat ailədən gəlirdi. O, 1901-ci ildən 1909-ci ilə qədər ABŞ-ı idarə edən Teodor Ruzveltin qohumu və qardaşı qızının həyat yoldaşı idi.
Dolayısıyla dövlət idarəçiliyi qaydalarını hələ gənc yaşlarından mənimsəmişdi. İ.Əliyev də gənc yaşlarından siyasi idarəçiliyi öyrənmişdi, SOCAR-da püxtələşmişdi.
Üstəlik, heç bir Avropa dövləti tam dövlətləşmə prosesi keçirmədən indiki islahatlara getməyib və gedə də bilməzdi. Əks halda dövlət kimi yox olardı.
Anaxeber.Az
 Turanшаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
scott plank imdb
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net