Ana səhifə

Əliyev niyə məhz 15 il sonra komandanı “təmizlədi” ? - Gizlinlər...

    Tarix: 03-05-2018 08:37   
 

Prezident İlham Əliyev 15 il sonra kütləvi kadr dəyişikliklərinə başladı. 2003 və 2005 dönəmində İ.Əliyev komandaya demək olar ki, toxunmamışdı.
Anaxeber.Az xatırladır ki, Fərhad Əliyevlə Əli İnsanovun həbsini istisna etsək, Nazirlər Kabineti olduğu kimi saxlanmışdı. 2008-ci ildə isə iqtisadi inkişaf sektoruna yüngülvari “əl gəzdirdi”.
Heydər Babayevlə yollar ayrıldı və 2013-cü ilə qədər hakimiyyətin vitrini dəyişməz olaraq qalırdı.
Yalnız köklü kadr dəyişiklərinə 5 il əvvəlki seçkidən start verildi. Füzuli Ələkbərov İsmayıllıdakı qiyamın qurbanı oldu. Səfər Əbiyevin isə əsgər ölümlərinə görə “poqonları söküldü”.
Misir Mərdanov isə mədəni şəkildə yola salındı. 2015-də isə daha böyük başlar getdi - Eldar Mahmudov, Əli Abbasov...
Və nəhayət, 2017-dən Ziya Məmmədov, Fazil Məmmədov kimi azman daşlar yerindən tərpədildi.
2018-ci il erkən seçkisi isə 15 il sonra ilk kütləvi kadr əvəzləmələri ilə yadda qaldı - Artur Rasizadə, Elçin Əfəndiyev, Abid Şərifov, İsmət Abbasov, Səlim Müslümov, Nazim İbrahimov, Heydər Əsədov, Firudin Nəbiyev, Əli Həsənov, Hacıbala Abutalıbov bir dalğada getdilər.
İ.Əliyev ilk dəfə 10 iri fiquru vəzifəsindən kənarlaşdırdı. Bu qədər dəyişiklik nə mərhum Heydər Əliyevin, nə də özünün hakimiyyəti illərində olmayıb.
Bəs, niyə məhz 15 il sonra prezident komandanı asanlıqla “təmizləyə” bildi? İndi cəmiyyət bu sual üzərində “baş sındırır”.
Anaxeber.Az-ın Analitik Qrupu təhlil edib ki, İ.Əliyevin son təyinatlarının həm daxili, həm xarici auditoriyaya hesablanmış mesajları var.
Əslində, prezident vəzifədən çıxardığı nazirlərlə regiondakı mürəkkəb siyasi vəziyyəti və daxildəki sosial gərginliyi nəzərə alaraq, kataklizmlərə gətirib çıxara biləcək təhlükələri sovuşdurdu.
Məmurların Azərbaycanı “barıt çəlləyi”nə döndərməsi, vətəndaşların incidilməsi və süründürülməsi xalq etirazlarının başlanmasına vüsət verə bilərdi.
Qərbdə yerləşən fondlar və “inqilab keşikçiləri” regionlarda ssenarilər cızırlar, xalqların vəziyyətini öyrənərək ona uyğun taktik hazırlıqlar görürlər.
İ.Əliyev və hakimiyyətdəki texnoloqlar bu təhlükələti hesablayaraq həm seçkini 6 ay irəli çəkdilər ki, Qərbdəki dairələrin planlarını pozsunlar, həm də sosial şəraitin ağırlşaması, məmur-vətəndaş qarşıdurmasının dərinləşməsi nəzərə alınaraq sosial bloklarda məmurlar işindən çıxarıldı.
Baxın, əmək və sosial müdafiə sistemi, miqrasiya xidməti, aqrar sektorda nazirlər yeniləndi, o cümlədən də illərlə görməkdən gözləri yoran qocalmış kadrlarla vidalaşdı.
Bütün bunlar təyinatların siyasi-sosial faktorlarıydı. Saraydaxili amillərə gəlincə, İ.Əliyev hakimiyyətinin ilk illərində komandanı kökündən dəyişə bilməzdi.
Elə iqtidarın qorunub saxlanması, möhkəmlənməsi siyasətində həmin kadrların əvəzolunmaz xidmətləri vardı.
Bu baxımdan onları işdən çıxarmaq və Saakaşvili kimi islahatlara getmək böyük bir məmur ordusunu özünə qarşı qoymaq olacaqdı.
Bu gün isə İ.Əliyev kifayət qədər oturuşmuş, müstəqil qərarlar verən, siyasi təcrübəyə malik, ətrafdakıların fikirləri ilə deyil, öz istəkləri ilə addımlar atan dövlət lideridir. Ona görə də nazirləri işdən azad etməkdə hər hansı təhlükə yoxdur.
Anaxeber.Az yazır ki, zaman-zaman məmurlar prezidenti siyasi şantaj etməyə çalışıblar.
Əsasən də “5-ci kolon” şəbəkəsi onun Qərb siyasətini tormozlamaq üçün, Avropa ilə gərginlik yaratmaq məqsədi ilə siyasi həbslərə gediblər, müxalif qüvvələri fəallaşdırıblar, mitinqlərə “idarə olunan xaos” nəzəriyyəsinə uyğun  şərait yaradıblar.
Bununla İ.Əliyevi şantaj eləmək istəyirdilər ki, iqtidar laxlayır, biz olmasaq hakimiyyət əldən gedə bilər. Bu avantürüst siyasi cəhdlər puça çıxmağa, fiaskoya uğramağa başladı.
Prezident “heç bir kənar qüvvə bizə təsir edə bilməz, kimlərinsə sözü ilə oturub-durmaq fikrimiz yoxdur” kimi bəyanatları tez-tez verməyə başlamışdı.
Bu ismarıclar həm daxili, həm xarici auditoriyaya ünvanlanırdı. Hərə öz payını götürürdü.
Bu 15 illik iqtidar, həbslər və qərarlar sübut etdi ki, İ.Əliyevə təzyiq etmək mümkün deyil. Əksinə, ondan xahiş etmək olar. Necə ki, Leyla Yunus və digərləri etmişdi.
Avropa Şurasının işçisi olan İlqar Məmmədov isə azadlığa buraxılmır. Hətta AŞ öz işçisini də həbsdən çıxara bilmir. Çünki Əliyevlə təzyiq, təhdid leksikonunda danışmaq nonsensdir.
Beləliklə, seçkilərin önə çəkilməsi, Nazirlər Kabinetinin sökülüb-yığılması həm Yaxın Şərq təlatümlərindən özümüzü qorumaq idisə, həm də bu təyinatlar İ.Əliyevin artıq hakimiyyətdə heç bir kənar təsirin diktəsi ilə oturub-durmadığının isbatıdır...
Anaxeber.Az
 Turanшаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net