Ana səhifə

İlham Əliyev parlamentlə də vidalaşa bilər – “Fahişələr, kürü və milyonlar” - Skandal!!!

    Tarix: 30-04-2018 09:05   
 

2014-cü il. İspaniyanın baş naziri Mariano Raxoy xalqından üzr istəyir: “Onları layiq olmadıqları işə təyin etdiyimə görə parlament və xalqdan üzr istəyirəm”.
Raxoyun iqtidarı olan Xalq Partiyasından da bir neçə üzv daxil olmaqla rüşvətxorluqda ittiham olunan 51 dövlət məmuru və biznesmen həbs olunmuşdu.
Sözügedən partiya mənsubları qanunsuz tikinti müqavilələrini reallaşdırmaq üçün rüşvət almışdılar.
Təsəvvür edirsinizmi, baş nazir xalqından üzr istəyir və kübar siyasi mədəniyyəti onun öz millətinə olan hörmətinin aliliyidir.
Azərbaycanda 25 ildə nəinki baş nazir, nazir, deputat, heç bələdiyyə sədri aldığı rüşvətə görə həbs ediləndə yaxud vəzifəsindən kənarlaşdırılanda xalqdan üzr istəməyib.
Yalnız azərbaycanlıları təhqir edəndə (otxod və s. - red) xalqın qəzəbi ilə üzləşdiklərini hiss edən bəzi deputatlar mətbuat vasitəsi ilə üzrxahlıq ediblər. O ki qala rüşvətə görə...
Anaxeber.Az yazır ki, ölkə və beynəlxalq aləmin gündəminə bomba kimi düşən AŞPA korrupsiyası ifşa ediləndən sonra nümayəndə heyətimiz dərhal istefaya getməli, rəhbəri Səməd Seyidov xalqdan üzr istəməli, Milli Məclis buraxılaraq növbəti seçkiyə gedilməliydi. İdi...
Ancaq S.Seyidov Azərbaycanın Avropa ailəsindən ayrılmasını vecinə almayaraq ən həyasız şəkildə bəyan edir ki, “mənə Avropa Şurası lazım deyil”. Sənə lazım deyil, Azərbaycana lazımdır. Sən Azərbaycan deyilsən, axı?!
AŞPA-dakı nümayəndə heyətindən Asim Mollazadə, Rafael Hüseynov, Qənirə Paşayeva, Sahibə Qafarova və digərlərinin isə səsi də çıxmır. Ayıblarına kor olurlar.
Azərbaycanın adını batıran, Avropada biabır edən, skandala səbəb olan AŞPA nümayəndə heyətimizin yarıtmaz fəaliyyəti indi bizi qoca qitənin gündəminə çevirib.
Pedro Aqramunt və digər avropalı deputatlara seçkilər vaxtı zinət əşya, kürü, pul və ən axırda fahişə xidmətindən istifadə təklifi ölkəni dünyanın qabağında rüsvay etdi.
Karl Marks yazırdı ki, “ermənilər sağ qalmaq üçün qadınlarını başqa xalqlara təklif edən ilk millətdir”.
Ancaq Avropa Şurasında erməni kimi dılğırların qabağında Azərbaycanı biabır edən siyasi sütnyorlar qeyd-şərtsiz istefaya getməliydi.
Və ümumilikdə bu rəzalət və siyasi skandal Milli Məclisin buraxılmasını zəruri edir. Hər halda cəmiyyətdən gəlnə siyasi sifariş bundan ibarətdir.
Digər tərəfdən, prezidentin siyasi reputasiyasını zədələyən bu qalmaqaldan qurtuluşun yolu ispan baş nazir kimi həmin deputatların da mandatına xitam verilməsidir.
Anaxeber.Az yazır ki, seçkidən sonra prezident komandaya ciddi şəkildə əl gəzdirdi. Nazirlər Kabineti gəncləşdirildi, əksər qoca və korrupsiyaya bulaşmış nazirlər yola salındı.
Onları əvəzləyən gənc nazirlərə olan ümid Milli Məclisin də tərkibinin yenidən və cavanlardan formalaşdırılmasını zəruri edir.
Necə ki, 4 gənc deputata (Fuad Muradov, Vüsal Hüseynov, Rövşən Rzayev, Muxtar Babayev) etimad göstərərək onları yüksək vəzifələrə təyin etdi, eləcə də parlamentin yeniçərilərdən təşəkkül tapması mümkündür.
Azərbaycanda kifayət qədər xarici təhsilli, iqtisadi-siyasi bilikləri olan, səriştəli gənclər var ki deputat mandatına layiqdirlər.
Nəinki Hadı Rəcəbli, Hacı Madər, Əsabil Qasımov kimi biznesə başı qarışan, Hüseynbala Mirələmov və digərləri kimi seçici ilə maraqlanmayan, Səməd Seyidov kimi avropalı deputatlarla danışıqları üz-gözünə bulaşdıranlarla işləmək xeyir gətirir.
O baxımdan növbədənkənar prezident seçkiləri keçirməklə bir çox nazirlərin yola salınması kimi, növbədənkənar parlament seçkiləri təyin etmək də yerinə düşər.
Bu Milli Məclisdən xilas olmaq lazımdır. Bu tərkibin böyük əksəriyyəti növbəti çağırışda xalqın məclisində oturmamalıdır.
Baxın, adı rüşvətə, özbaşınalığa, biznesə, vətəndaşlara qarşı qanunsuzluğa qarışan nə qədər mandat sahibləri var:
Nəriman Əliyev, Elmira Axundova, Rüfət Quliyev, Mirzəcan Xəlilov, Rafael Cəbrayılov, Madər Musayev, Ağalar Vəliyev, Hacı Salayev, Xanlar Fətiyev və siyahını kifayət qədər uzatmaq olar.
Artıq o tarixi zərurət yetişib ki, prezident xalqın gənc, müasir Milli Məclisinin formalaşması üçün seçki təyin etsin. Bunun ilkin mərhələsi isə Aqramunt skandalında iştirakı olan deputatların mandatının ləğvidir.
Onsuz da 4 deputat nazir gedib, 2 deputat dünyasını dəyişib, bir çoxları xalqı qıcıqlandıran çıxışları ilə hakimiyyətlə camaat arasında gərginlik yaradırlar.
Odur ki, AŞPA qalmaqalı mövcud parlamentin kökündən dəyişməsi üçün kulminasiya nöqtəsi oldu.
Anaxeber.Az
 Turanшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net