Ana səhifə

Erkən seçkiyə erkən təxribatlar? - dəhşətli yanğınların izi ilə...

    Tarix: 05-03-2018 08:08   
  

...Müdafiə Sənayesi Nazirliyinin silah zavodlarında partlayışlar və yanğınlar, Neft Akademiyasının yaxınlığındakı binanın zirzəmisində partlayış və bir nəfərin yanaraq ölməsi, son olaraq isə Narkoloji Dispanserdə qalxan alov 25 nəfərin külünü havaya sovurur.
Nə baş verir ölkədə? Bütün bunlar təsadüfdürmü? Faciədirmi? Məmur özbaşınalığı, biganəliyinin, ayrılan pulların talan olunmasının, məsuliyyətsizliyin vətəndaşlar üzərində yaratdığı fəsadlardımı? Bəs, təxribat, təhdid, hansısa qüvvələrin seçkiqabağı mesajları ola bilərmi?
Anaxeber.Az-ın Analitik Qrupu bu müəmmalı və dəhşət dolu hadisələrə işıq salaraq baş verənləri təhlil edib.
Təhlilçi qrupun qənaətincə, yanğın hadisələri dünya siyasətində təhdid mesajlarından biri hesab olunur. Əlbəttə, birmənalı olaraq bu olaylarda təxribat izi axtarmaq çətindir.
Lakin yanğınların olduğu ünvanlara diqqət etmək zərurəti yaranır:
1. Silah zavodlarındakı partlayış və yanğınlar düşündürücüdür. Bu vaxta qədər nazirliyin zavodlarında silsilə partlayışlar olmazdı.
Ancaq bir ildə 4 zavodda yanğın qalxıb. Rəsmi Bakı isə dünyada silahlanma, ordunun güclənməsi, texnikası ilə öyünür, ordunun büdcəsinin Ermənistanın ümumi büdcəsindən çox olmaqla qürrələnir, İsrail, Rusiyadan silahlar aldıqlarını elan edir. Və rəsmi Bakını dünya və Azərbaycanı gözü götürməyən qüvvələr seyr edir.
2. Adı neftlə bağlı olan məntəqəyə yaxın yerdə yenə partlayış olur və bir nəfər yanaraq canını tapşırır.
Kommunal qurumlar məsuliyyəti üzərindən atırlar. 2009-cu ildə isə akademiyaya girən silahlı Fərda Qədirov 12 nəfəri öldürərək intihar etmişdi.
3. Xətaidə isə Naxçıvanksi hərbi məktəbin yaxınlığndakı narkoloji xəstəxanada 25 nəfər külə dönür.
Konspiroloqlar və analitiklər hələ ki bu hadisədə yalnız faciə və bərbad şəraiti olan xəstəxananı qabardırlar. Yerli KİV hadisədə hansısa təxribat izinin olmasını yazmayıb.
Medianın və politoloqların siyasi kursu hansı xəttə uyğun quraraq hərəkət etdiklərini nəzərə alsaq, bu amilləri istisna versiya kim yazmaqda tərəddüd etmələri anlaşılandır.
Amma 25 nəfərin öldüyü hadisə yerinə prezident və generallar getmişdilər. Qəribədir ki, ADNA-dakı silahlı basqın olan günü əraziyə nə prezident, nə generallar getmişdilər.
Əksinə, müxalifət Cəfər Cabbarlı heykəli qarşısına gəncliyi toplayaraq çağırışlar etmişdi. O zaman Tural Abbaslı və İlqar Məmmədov tribunada idi. Parlament o hadisəni terror kimi qiymətləndirməmişdi.
Amma dispanserdəki faciə günü siyasi rəhbərlik hadisə yerində göründülər, araşdırılması üçün Komissiya yaradıldı.
Anaxeber.Az-ın Analitik Qrupu yazır ki, Azərbaycanda seçki gününə az qalsa da, siyasi canlanma müşahidə olunmur. Martın 10-da müxalifətin mitinqi gözlənilir, seçkiyə qatılan partiyaların isə başı imza toplamağa qarışıb.
Hakimiyyət seçkinin taleyini çoxdan həll edib. Xalq da, müxalifət də nəticə ilə hesablaşıb. Beynəlxalq təşkilatlar növbədənkənar seçkini sükutla qarşılayıblar.
ABŞ konkret münasibət bildirməyib. Əgər iqtidar dünyanın xeyir-duasını alıbsa, o zaman bu yanğınlar nədən qaynaqlanır? Doğurdanmı idarəetmənin fəsadlarıdır?
Təbii ki, idarəetmədəki dərin boşluqlar və korrupsiya cəmiyyətin bütün sferalarına təsir edir: səhiyyə, məktəblər, idarələr, gömrük, ümumən hər yer rüşvətə bulaşıb. Bu da idarəetmədəki fəsadlara səbəb olur.
Ancaq silah zavodlarındakı yanğınlar, 25 adamın öldüyü yanğın...bu qədər təsadüf ola bilməz. Əgər idarəetmənin fəsadlarıdırsa, başqa-başqa formalarda özünü göstərməlidir.
Rəsmi Bakı təxribat olsa belə, dilə gətirməyəcək. Cəmiyyətdə panika yaratmağa ehtiyac yoxdur. Ancaq analitiklər baş verənləri təhlil etməlidirlər. Azərbaycanın hansı təhdidlərlə üzbəüz qaldığından ahag olmalıyıq.
Bu təhdidlər təkcə yanğınlarla məhdudlaşmır, müxalifətdə olmamış, heç kəsin tanımadığı fiqurlar meydana çıxır və Avropadan hakimiyyətə ən dəhşətli sözləri yazırlar.
Və bir günün içərisində məşhurlaşan adamların eyni mərkəzdən idarə olunması istisna deyil. Həmin anti-hakimiyyətçilər Qərbdə güclü maliyyə resurslarına malik fondlardır.
Onlar pulları birbaşa müxalifətə, onun mediasına və QHT-lərə daha ayırmırlar, keçmişdə baş verənlərə dərs olub., indi bu maliyyə marginallara yönəldilir. Çünki mövsümi xarakter daşıyan kampaniyalarda xaotik taktikalar lazım gəlir.
Beləliklə, seçkiqabağı mistik oyunların getdiyi, pərdəarxasında bilmədiyimiz proseslərin yaşandığı deyilə bilər. Bu gizlinlərin ilk açarı elə növbədənkənar seçkilərin təyin edilməsi oldu.
Yalnız İlham Əliyev bilir ki, niyə erkən seçkiyə gedir. Və onun üzərinə Zahid Orucla Qüdrət Həsənquliyevin fikirlərini xatırlamaq yerinə düşər ki, oktyabrda təxribatlar planlaşdırılıbmış...
Anaxeber.Az-ın Analitik Qrupuшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net