Ana səhifə

İlham Əliyevi növbədənkənar seçkiyə aparan gizlinlər – Pərdəarxası AnaXeber.Az da

    Tarix: 06-02-2018 11:04   
 İlham Əliyevi növbədənkənar seçkiyə aparan gizlinlər – Pərdəarxası AnaXeber.Az dak dəfə növbədənkənar prezident seçkiləri 1992-1993-cü illərdə olmuşdu. O zaman ölkədə siyasi böhran mövcud idi və detalları xatırlamağa ehtiyac yoxdur.

AnaXeber.Az-ın Siyasət Şöbəsi xəbər verir ki, 25 il sonra, 2018-ci ilin prezident seçkilərinin növbədənkənar keçirilməsi cəmiyyətdə bir ajiotaja səbəb olub.
Hakimiyyət kütləvi tədbirlərlə bunu izah edir, müxalifət iqtidar daxilində səbəblər axtarır, analitiklər isə xarici amillərlə əlaqələndirir.
Əslində, növbədənkənar seçkilərin olacağı öncədən hiss edilirdi. ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı martda seçkilərin keçiriləcəyini açıqlamışdı.
O zaman deputat Siyavuş Novruzov bunu təxribat adlandırmışdı. Ardınca iki ay qabaq deputat Zahid Oruc seçkilərin qabağa çəkilməsini təklif etmişdi.
Görünür ki, həm Z.Oruc, həm S.Osmanqızı informasiyalı olublar. Lakin hakim partiya namizədini açıqlamayana qədər seçkilərin erkən keçiriləcəyi gözlənilmirdi.
Ötən gün imzalanan sərəncam isə yazdıqlarımızın təsdiqi oldu. Z.Orucun iqtidarın ənənəvi qvardiyasının siyasi “mətbəxi”ndən sızan məlumatı cəmiyyətə təklif şəklində ötürdüyünü xəbər vermişdik.
Naxçıvan qruplaşması tələm-tələsik seçkilər keçirilməsinin tərəfdarıydı. Çünki I vitse-prezidentin namizədliyi məsələsi gündəmdə idi və bu variant köhnə qvardiya üçün arzuolunmaz idi.
Mehriban Əliyevanın prezidentliyi köhnə kadrları komandadan təmizləməklə nəticələnəcəkdi. Ona görə YAP tez-tələsik İlham Əliyevin namizədliyini elan etdi və seçkilərin tarixi dəyişdirildi.

Amma belə demək olmaz ki, bu proses köhnə qruplaşmanın diktəsi ilə baş tutdu. Sadəcə, onların ürəyincə olan gedişatdır və daha 7 illik limit götürülür.
Bu limit isə Bakı qruplaşmasının heç də zəifləməsi ilə müşahidə olunmayacaq. Əksinə, qarşdakı dövrdə islahatçı qanadın siyasi mövqeyi daha da möhkəmlənəcək, kadrları qabağa çəkiləcək, 7 il ərzində komanda tamamilə içində dəyişəcək.
Hakimiyyətin növbədənkənar seçkilərə getməsi isə daha çox beynəlxalq amillərlə əlaqəli ola bilər. Analitiklər də məhz xarici faktorları qabardırlar.
Siyasi şərhçi Azər Rəşidoğlunun fikrincə, ölkə daxilində baş verənlər dövlət başçısını tələsməyə vadar edə bilməzdi:
“Deməli, bu məsələdə xarici amillər mövcuddur. Martda Rusiyada prezident seçkisidir. Putin qələbə qazanacaq, bu birmənalıdır. Lakin Rusiyada anti-amerikanizmlə yanaşı, anti-Putin əhvalı güclənir.

Əbədi Vladimir hər seçkidən sonra xarici düşmən tapıb, reytinqini gücləndirib. Martda qalib gələcək Putinin payıza qədər mövqelərinin zəifləyəcəyini anlayır, o, rusların ağır sosial durumunu və ABŞ-ın sanksiyalarının nələrə gətirib çıxaracağını başa düşür.
Yayda Rusiyada futbol üzrə dünya çempionatıdır, deməli, onun üçün yaydan payıza qədər zamanı olacaq ki, xarici qələbə qazansın. 2008-ci il seçkilərindən sonra Rusiya Gürcüstana hərbi müdaxilə etdi.
Olimpiya oyunlarından sonra 2014- cü ildə Kreml Krımı işğal etdi. Bu dəfə hədəfin Azərbaycan olmayacağını kim deyə bilər?”

AnaXeber.Az-ın Analitik Qrupu yazır ki, payızda və ilin sonunda ABŞ-da konqressə seçkidir və təzyiqlər bir qədər də artacaq. Heç bir baxımdan payız prezident seçkiləri üçün əlverişli deyildi.

Deməli, narahatlıq daxili amillə bağlı deyil. Əksinə, aprelə keçirilən seçkilər müxalifətin belini qırdı.
Namizədlər imzatoplama kampaniyasını belə təşkil etməyi vaxt cəhətdən çatdıra bilməyəcəklər.
Bundan başqa, manatın buraxılacağı da inandırıcı deyil. Neft qalxır, seçkilərə qədər manatın kursunu saxlamaq mümkün olacaq. Qalır Moskva amili.
Deməli, payızda Rusiya Azərbaycana diş qıcıda bilər. Paralel olaraq isə Qərb birmənalı NATOpərəst mövqe tələb edə bilər. Odur ki, payız seçki üçün əlverişli vaxt deyi.
Hakimiyyətdaxili “razborkalar” da seçkinin vaxtını tezləşdirmək üçün əsas deyil, İlham Əliyev birləşdirici fiqurdur və onlar müxalifətin dili ilə bir-birinə təzyiq edir.
Qərb Azərbaycanda hakimiyyəti laxlatmaq istəsəydi, güclü media yaradardı. Bu yoxdur. Mövcud olan, qərbpərəst media örtüyü olan balaca KİV isə müxalifətin bir qanadını təmsil edir və təsir imkanı olduqca zəifdir.

Artıq qrantlar vasitəsilə də müxalifəti gücləndirmək taktikası yoxdur. Olan qalan pullar da ümumi işə sərf edilmir.
Bir sözlə, hakimiyyət daha münasib vaxt seçib və asanlqıla qələbə qazanmağı planlaşdırıb. Müxalifət zəif durumda yaxalandı, vəziyyəti dəyişməyə nə vaxt, nə güc var, yenə də seytnot təhlükəsi mövcuddur.
Lakin seçkidən sonra hakimiyyətin ciddi dəyişikliklərə gedəcəyi gözləniləndir. Əsasən, yeni kadrlar I vitse-prezidentin ətrafında toplaşacaq.
Onun komandasının formalaşması davam edəcək, bu komandanın üzvləri mühüm vəzifələrə gətiriləcək. Getdikcə köhnə kadrların yeniləri ilə əvəzlənməsi prosesi gedəcək.

AnaXeber.Az
шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net