Ana səhifə

Yaxın Şərqin alovu Kreml sərhədlərində - Putinin Səudiyyə ilə müqaviləsinin - Pərdəarxası...

    Tarix: 20-12-2017 08:46   
 Yaxın Şərqin alovu Kreml sərhədlərində - Putinin Səudiyyə ilə müqaviləsinin - Pərdəarxası...


Putin Yaxın Şərq siyasətini gücləndirmə xəttini yürüdür. Anaxeber.Az-ın Siyasət Şöbəsinin məlumatına görə, Rusiya son illərdə Misir, Yəmən, Suriya konfliktlərində fəal iştirak edir.
Liviyada ciddi səhvə yol verdiyini və Qəzzafini ABŞ-a qurban getdiyini anlayan Putin Şərq siyasətində ciddi dönüş elədi.
Rusiya və Səudiyyə Ərəbistanının nüvə gücünün sülh üçün istifadəsi barədə saziş imzalanması da buna növbəti faktdır.
Rusiya belə bir müqaviləni daha əvvəl Misirlə imzalayıb. Misirin Səudiyyəyə nəzərən çox perspektivli olması və ilk baxışdan ümidverici planlar cızılması təsadüfi deyil.
Səudiyyə öz göstəricilərinə görə, əlbəttə ki, Yaxın Şərqdə olan mühüm ölkələrdən sayılır, ancaq Rusiya ilə nüvə sahəsində əməkdaşlıq siyasi məqsədlidir.
Rusiya nüvə dövləti kimi Yaxın Şərqdə atom silahının yayılmasında heç də maraqlı deyil.
Rusiyanın nüvə silahının əldə olunması istiqamətində Səudiyyəyə dəstək verəcəyi gözlənilmir.

Bir tərəfdən Yaxın Şərq Rusiyanın sərhədlərinə yaxındır, digər tərəfdən isə təhlükəli hazırlıqların hansı fəlakətlərlə nəticələnə biləcəyi bəllidir.
Bu baxımdan Rusiya və Çin ABŞ-ın cızdığı təhlükəli planlara qarşı çıxır. Rusiya Türkiyə və Misirdən sonra Səudiyyə ilə anlaşsa da, hələ ki durum çox kövrəkdir.
Bölgədə risklərin sayı artarsa, Rusiya bu prosesdən boyun qaçıracaq və Ər-Riyada köməklik göstərməyəcək. Çünki Səudiyyə açıq-aşkar ABŞ və İsraillə müttəfiqlik münasibətlərinə girib.
Maraqlıdır ki, Rusiya Səudiyyə ilə bu müqaviləni Qüds böhranı ərəfəsində imzaladı. Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanına, Qətər və İordaniyaya son illərdə ziyarətlər edib.
Bu ziyarətlərdən sonra Rusiya bölgədə üç böyük hədəfi gerçəkləşdirmək üçün ciddi addımlar atacağını göstərdi.
Bu hədəflərdən birincisi Rusiyanın super güc olduğunu ABŞ-ın təsirində olan Orta Şərq ölkələrinə göstərməkdir.
İkinci hədəf bölgədəki iqtisadi potensialdan istifadə edərək Rusiyanın qeyri-neft sektorunu inkişaf etdirmək və üçüncüsü Çeçen mübarizəsinə qarşı Ərəb,Türk və İran dəstəyini azaltmaqdır.

Səudiyyə Ərəbistanı Ərəb yarımadasındakı ən böyük və ən güclü dövlətdir. Eyni zamanda sürətlə inkişaf edir.
Səudiyyə Ərəbistanı təxminən 25,7 milyon nəfərlik əhalisi ilə Ərəb yarımadasının ortasında 2,150 milyon km2 ərazini əhatə edir.
Bu çox geniş hissənin əsas ərazisi (655 000 km2) boş ərazi (Rub Əl-Xali-Səssizliyin Kərpici ) olaraq tanınan Fransa və ya Texasdan böyük bir çöldür.

Anaxeber.Az-ın Siyasət Şöbəsinin məlumatına görə, Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətləri nəzərdən keçirəndə bunlara diqqət yetirmək lazımdır.
Rusiya və Səudiyyə Ərəbistanı dünyada ən çox neft və qaz yataqlarına sahib olan iki ölkədir.
İki dövlət arasında son vaxtlarda hərbi və texnoloji sahələrdə əlaqələr genişlənib ki, burada da ABŞ-a alternativ olaraq Səudiyyə Ərəbistanının hərbi əməkdaşlığı diqqəti cəlb edir.

Sovetlər birliyi ilk dəfə Səudiyyə Ərəbistanını tanıyan ölkə olub. SSRİ dövründə iki ölkə arasında əlaqələr çox da geniş deyildi.
Ancaq SSRİ dağıldıqdan və Rusiya Federasiyası yarandıqdan sonra bu əlaqələr genişlənir.
Səudiyyə Ərəbistanının kralı Abdullah 2003-cü ildə Rusiya Federasiyasını ziyarət etmiş və tərəflər enerji sahəsində müqavilə imzalayıblar.
Bundan əlavə Rusiya prezidenti V. Putin Səudiyyə Krallığına 11.12.2007-ci il tarixində səyahət edən ilk rus lideridir.
Bu səfər bölgədəki təhlükəsizlik problemlərinin həlli, enerji, ticarət, elmi sahələrdə əməkdaşlıq baxımından iki tərəf üçün də bir fürsət idi.
Putin görüş zamanı iki ölkənin neft və təbii qaz sahəsində rəqib deyil, əksinə bir-birilərinin ortağı olduğunu bildirib.
2008-ci ildə Rusiya- Gürcüstan münaqişəsi zamanı Abxaziya və Şimali Osetiyanın müstəqillik istəyini başa düşdüyünü bildirib.
Ancaq hər iki bölgəni beynəlxalq arenada rəsmi şəkildə tanımayıb. Suriyadakı daxili münaqişələrdən sonra da əlaqələr daha da gərginləşməyə başlayıb.
Rusiya Suriyada Əsəd rejimini dəstəkləyərkən, Səudiyyə Ərəbistanı Qətər və Türkiyə kimi dövlətlərin yanında yer alaraq bu bölgələri dəstəkləməkdədir.
Əksər Qərb ekspertləri Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın dünya liderliyini zəiflətməyə can atmasından danışırlar.

Sakit okean əməkdaşlığı və Paris İqlim Müqaviləsindən ABŞ-ın çıxması ekoloji sektorda Çinə lider rolu oynamağa imkan yaratdı.
Siyası icmalçılar həmçinin hesab edirlər ki, Suriyanın gələcəyi ilə bağlı Soçidə aparılan müzakirələr ABŞ-ı ikinci plana itələyir.
Fransanın “AgoraVox” nəşri diqqəti ona yönəldir ki, son illər Vladimir Putin Suriya böhranının siyasi yolla həll olunması üçün diplomatik aktivlik göstərib.
Putin Suriyadakı terrorizmin məğlubiyyətə uğradığını və ölkənin 98% ərazisinin İŞİD-dən azad olunduğunu elan edib.
Rusiyanın Yaxın Şərqdəki təsirinin genişlənməsinin təzahürlərindən biri də Sudan prezidenti Ömar əl Bəşərin Moskvaya ilk dəfə rəsmi səfərə gəlməsidir.
Görüş zamanı Sudandakı yeni neft və qızıl yataqlarında kəşfiyyat işlərinin görülməsi üçün Rusiya şirkətləri ilə müqavilənin imzalanması da daxil olmaqla, bir çox məsələlər müzakirə olunub.
Belə görünür ki, ABŞ-ın zəifləyən xarici siyasəti fonunda Rusiyanın xarici siyasəti daha çox təsir imkanları əldə etməyə başlayıb...
Anaxeber.Az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net