Ana səhifə

Bütün qüvvələr Bütün Qafqazın Şeyxinə qarşı...Əliyev Paşazadəni yenə qoruyacaqmı?

    Tarix: 20-09-2017 08:25   

 Bütün qüvvələr Bütün Qafqazın Şeyxinə qarşı...Əliyev Paşazadəni yenə qoruyacaqmı?
Bütün Qafqazın Şeyxinin ətrafındakı halqa daralır. Bu halqanın uzun ömrü və tarixi var. Hacı Allahşükür Paşazadə ilə olan çəkişmə dünən ya da bu gün yaranmayıb.

AnaXeber.Az-ın Siyasət Şöbəsi yazır ki, Şeyxə qarşı dəfələrlə kampaniyalar təşkil olunub. Lakin hər dəfəsində A.Paşazadə hücumları dəf edə bilib.
Bunun bir səbəbi kifayət qədər geniş spektrə və əlaqələrə malik olmasıdırsa, başqa bir faktor 1-ci şəxsə çıxış imkanıdır.
Ona görə də oğlunun varislik məsələsindən az sonra ölkəni birdəfəlik tərk etməsi, Çexiyada biznesi, qudasının oğlunun həbsi ilə hadisələrə səthi baxmaq olmaz.
Şeyx Meydan Hərəkatından bu yana fəaliyyəti olan ictimai xadimdir. O, bütün prezidentlərlə işləyib. Kifayət qədər zəngin informasiya baqajı var.
Kim bilir, sandıqçada gizli saxlanmış materialların çoxu da qəbirə gedəcək. Amma indiyə qədər keçmiş siyasətçilər, müxalifət liderləri A.Paşazadə əleyhinə bir kəlmə də danışmayıblar.
Şeyxin düşmənləri hakimiyyət əksər qanadlarında var. Onlar həmişə Qafqaz Müsəlmanları İdarəsi sədrini baltalayıblar.
İlk növbədə QMİ-nin onun əlindən alınması hədəf götürülüb, sədr postuna müxtəlif klanlar öz namizədlərini irəli çıxarmağa başlayıblar. Bu sahənin bir şəxsin inhisarında olması bütün qruplaşmaları demək olar ki, Şeyxə qarşı qoyub.
A.Paşazadə isə hər sıxışdırıldığını görəndə şəxsən prezident İlham Əliyevin yanına gedərək məsələni məruzə etmək imkanı olduğu söylənir.
Nazirlərin ona bata bilməməsi də məhz burdan qaynaqlanırdı. Lakin kampaniya güclənib, bütün tərəflər birləşib və QMİ-nin A.Paşazadədən alınması üçün səfərbər olunublar.
Artıq bu dəfə böyük fürsət yaranıb və hadisələrin gedişatı da Şeyxin qudasının dediyi kimi, onu pərişan edib.

AnaXeber.Az-a gələn məlumatlarda QMİ-nin ləğvinin də nəzərdə tutulduğu istisna edilmir.
Bu institutun demontaj edilərək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsi nəzərdən keçirilir. Təbii ki, bu elə də asan olmayacaq. Hətta baş tutmaya bilər.
Çünki İran amilinə diqqət yetirmək lazımdır. İran və Rusiya ilə yaxşı əlaqələrə malik olan Şeyxin idarəsinin ləğvinə nail olmaq güc tələb edir.
Həmçinin, İ.Əliyevin bu proseslərdə kimin yanında olduğunu demək tezdir. Əvvəla, prezident ABŞ-a gedib və bu vəziyyətdən yararlanıb sağdan da, soldan da Paşazadəyə döşüyürlər.
Doğrudur, 2003-cü ildə QMİ Nizamnaməsinə dəyişiklik edilərək, Şeyx ömürlük sədr elan edilib. Ancaq kompromatlar savaşı davam edərsə, oğlunun varisliyi üzərindən xətt çəkən Paşazadənin “səhhəti ilə əlaqədar” istefa verməsi belə gündəmə gələ bilər.
Nəzərə alsaq ki, Şeyxin hakimiyyətdəki əzəli düşmənləri üçün də böyük fürsət yaranıb. O zaman yaxın günlərdə həm daxildən, həm də xaricdən “vurulan” Paşazadənin geri çəkiləcəyi, yaxud hücuma keçəcəyi maraqla gözlənilir.
Onu unutmaq olmaz ki, A.Paşazadə topdağıtmaz biznes imperiyasını heç bir nazirlə bölüşmür.
Onun ayrıca “respublika” kimi fəaliyyəti yuxarılarda əksəriyyətini qane emtir. Şeyxin İran və Rusiyadakı əlaqələri də onunla mübarizə aparan dairələri narahat etməkdədir.
Hətta politoloq Zərdüşt Əlizadə də belə düşünür ki, Şeyx prezident İlham Əliyevə sadiq adamdır və onun vurulması sabitliyin pozulmasına çalışan qüvvələrin işinə yarayır.
Hələ bir müddət əvvəl Gəncədə Şeyxin nümayəndəsinə, İmamzadə məscidinin axunduna edilən həmlələr irimiqyaslı planın tərkib hissəsi kimi görünürdü.
Şeyxin devrilməsi asan əməliyyat deyil. Siyasi iradə, beynəlxalq səviyyədə razılaşma və iqtidar daxilində ən yüksək eşelonda qəti qərar olmalıdır.
Ona görə də Gəncənin icra başçısı Elmar Vəliyevin təmsil olunduğu siyasi klanın İmamzadənin axunduna hücumları ilə Şeyxi qorxutmaq istəkləri bəsit layihə idi.

AnaXeber.Az yazır ki, A.Paşazadə Azərbaycanda dini təriqətlər arasında məzhəb qarşıdurmasına zəmin yaratmayan fiqurdur.
Onun şiə olması və İranla əlaqələrinə baxmayaraq, digər təriqətlərə də münasibətində loyallıq, tolerantlıq var.
Həmçinin, erməni katalikosu ilə görüşdən tutmuş Roma papasına qədər dinlərarası münasibətlərdə fəaliyyət göstərmək üçün siyasi təcrübəyə malikdir. Bu amillər müəyyən qrupların ürəyincə deyil. Yəni, təkcə merkantil maraqlar, Şeyxin biznesinin əlindən alınması yox, siyasi mövqeyinin zəiflədilməsi hədəf götürülüb.
Şeyxin əlində bəzi media rıçaqlarının olması da sirr deyil. Paşazadə barədə kampaniya olanda tənqidçi KİV-də bəziləri qoşulmayıblar.
İndi QMİ sədri yaralanmış vəziyyətdədir. Onun özünü toparlayıb revanş götürməsi İ.Əliyevdən asılı olacaq. Prezidentin yanında Şeyxin yoxsa ona qarşı olan qüvvələrin sözünün keçərli olacağını zaman göstərəcək.
Bir müddət əvvəl də başlanmış kampaniyada Şeyxə ağır ittihamlar var idi. Neçə ay əvəl Nemət Pənahlı Paşazadəni “KQB”nin agenti adlandırmışdı.
Eyni zamanda bütün həyatı boyu sovet imperiyasına, onun allahsız ideologiyasına xidmət etdiyini bildirmişdi.
N.Pənahlının bu iddiasına Sərdar Cəlaloğlu da dəstək vermişdi. Onun sözlərinə görə, QMİ-nin saxlanılması müstəqilliyimizə zidd hərəkətdir.
Hər iki köhnə siyasətçilərin çıxışları bir ələ oynanmışdı. Odur ki, bundan sonra QMİ-nin taleyi ipdən asılı vəziyyətdədir.
AnaXeber.Az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net