Ana səhifə

ABŞ və Fransa seçkilərinə barmaq edən Kremlin Bakı projesi: ölkə belə qarışa bilər - Sxem

    Tarix: 03-07-2017 08:44   
 ABŞ və Fransa seçkilərinə barmaq edən Kremlin Bakı projesi: ölkə belə qarışa bilər - Sxem

Azərbaycan hakimiyyəti xarici təhdidlərdən indiki qədər tərəddüd etmirdi. Elə bir vaxt varıydı ki, beynəlxalq güclərə meydan oxuyurdular, tənqidlərə sərt cavab verirdilər.
Məsələn, ABŞ-ın dövlət katibi Con Kerrini yıxıb-sürüməyə cəsarət etmişdilər, Almaniyada Fransaya qədər hər birində səhv tapırdılar.

AnaXeber.Az yazır ki, ən əsası əvvəlki illərdə keçirilən seçkilər ərəfəsində həyəcan və narahatlıq dolu mesajlar olmazdı. Ancaq 2013-cü ildə Rüstəm İbrahimbəyovla ciddi presedent yaratmış həmin qüvvələr hakimiyyətin gözünü bərk qorxudub.
Ona görə də 2017-ci il iqtidar üçün yaxşı başlamayıb. Hakimiyyət mənsubları hər fürsətdə xarici dairələrin təzyiqlərinin olmasından danışırlar.
2012-ci ildə isə seçkiyə bir il qalmış bu haqda ismarıclar yox idi. Deməli, vəziyyət çox dəyişib və pisliyə doğru irəliləyib. İndi hakimiyyətin kürkünə elə birə düşüb ki, qabaqcadan həyəcan təbili çalır.
Sadəcə, bu mesajlar hələ ki deputatların çıxışlarında sezilir. Qüdrət Həsənquliyevdən sonra Yevda Abramovun dilxor açıqlamaları əməlli-başlı qan qaraldıb.
Yəhudi əsilli deputat ikinci dəfədir ki, cəmiyyətə xəbərdarlıq edir. Onun sözlərinə görə, seçki vaxtı ölkədə qarışıqlıq ola bilər və seçki asan keçməyəcək.
Bundan əvvəl də Qubanın deputatı demişdi ki, Rusiyda seçkidə iştirak üçün namizəd axtarışına çıxıb. Y.Abramovun razılaşdırılmış və məqsədli görünən çıxışları sanki göz qorxutmağa hesablanıb.


Deputatın hansı ssenariyə xidmət etdiyini demək çətindir. Abramov ya hansısa dairələrin ismarıcını çatdırır, ya da Moskvadan gələn təlimatların oyunudur.
Yəni, deputatın hansı ələ oynadığını müəyyənləşdirmək olmur. Maraqlıdır ki, ondan başqa heç kim seçkilərdə qarışıqlıq olacağını söyləmir.
Onun sözlərində ən bayağı fikir müxalifət haqdadır. Guya zəifləmiş müxalifət yenə də nələrsə eləməyə qadirdir və aranı qatır.
Lakin bir çağa da gözəl bilir ki, ölkədə hakimiyyət üçün ən ciddi təhlükə mənbəyi xarici faktordur. Bu təhlükənin mənbəyi isə Azərbaycanı daima təhdid və şantaj altında saxlayan Rusiyadır - hələ ki...
AnaXeber.Az yazır ki, hakimiyyət Kremldən bərk qorxur. Rusiyanın indi “qılıncının dalı da, qabağı da kəsən” vaxtıdır.
Əliyev hakimiyyəti isə 2018 seçkisində Moskvanın bütün tələblərinə razılıq verməyə hazırdır, bir şərtlə Qarabağla bağlı təslimçi saziş olmasın. Çünki Azərbaycan hakimiyyəti üçün Dağlıq Qarabağ münaqişəsi ana xətdir.


Eyni zamanda Kremldəki anti-Azərbaycan dairələri də bilir ki, Bakını çox sıxmaq da olmaz. Əks təqdirdə, Azərbaycan korpus kimi yenidən ABŞ-ın yanına sığına bilər.
Rusiya rəhbərliyi Azərbaycan prezidentinin Qərbmeyilli olduğunu yaxşı anlayır. İlham Əliyev hər an ölkəni Avropaya inteqrasiya etməyə hazırdır, gəl ki buna Moskva mane olmasın. Moskva isə 2018-ə çox ciddi hazırlaşır desək, yanılmarıq.
Y.Abramov ölkədə qarışıqlıq olacağından görünür ki, məlumatlıdır. Onu da bilir ki, yeni namizəd ortalığa çıxa bilər.
Onun kimliyi açıqlanmır. Hər halda ənənəvi müxalifətdən olmayacaq. Bəs, qarışıqlıq hansı şəkildə ola bilər?
I hakimiyyət daxilində parçalanma
II itaətsizlik və iqtidara dönük çıxmaq
III şimal və cənub zonasında fəallıq
IV terror təhdidi və təxribat, mitinqlər
V 5-ci kolon üzvlərinin açıq separatçılığı

AnaXeber.Az yazır ki, Rusiyanın Azərbaycanda hakimiyyət dəyişikliyinə getmək planı yoxdur. Bu iynələmə siyasətinin alt qatında Bakını öz orbitində saxlamaq və Qərbə yaxınlaşmasını önləməkdir.
Məsələn, heç bir Avropa ölkəsində Azərbaycanın diaspor təşkilatının qeydiyyatı ləğv olunmayıb.
Rusiyada isə ÜAK ləğv olunur, sonra rus dilinin ikinci dövlət dili olması təklifləri səslənir, çox keçmir ki, Rusiyaya baş əyən məmurların olması haqda deputat Qüdrət Həsənquliyev söz açır, ardınca deputat Yevda Abramov YAP-ın seçki təxribatlarına qarşı hazırlaşdığını bəyan edir.
Kremlin Azərbaycanda seçkilərə müdaxiləsi çox asandır. ABŞ-da və Fransada keçirilən seçkilərdə rus barmağının olması haqda ciddi fikirlər səslənir. Əgər bu iki böyük dövlətin seçkilərində Moskvanın təsiri olubsa, Azərbaycan onun əlinin içindədir.
Belə vəziyyətdə isə seçkilərin 2020-də keçirilməsi də istisna edilmir. Hakimiyyət Moskva ilə əlaqələri yumşaldıb, sonra seçkiyə gedə bilər. Həm də iqtidarın öz içində də müəyyən problemlər var və klanlararası qarşıdurmada daşların yeri dəyişir. Hətta YAP-ın namizədinin kim olacağı da qətiləşməyib. Ona görə də sular durulmayınca, hansısa addımlar atılması gözlənilmir.

Üstəgəl, Son referendumda keçid müddəaları olmadığına qanuni qüvvəyə mindikdən sonra hüquqi qüvvəyə minmiş sayılır.
Yəni, 7 illik prezidentlik indiki prezidentə şamil oluna bilər. Qanunda yazılmayıb ki, bu indiki prezidentə şamil edilməsin. Qanunda belə bir boşluq var.
Ona görə də prezident seçkilərinin 2020-ci ilədək keçirilməmək imkanları böyükdür. Bunu keçmiş deputat İqbal Ağazadə bildirmişdi.
Azərbaycan insanı elə vəziyyətə gəlib ki, subyektiv səbəblər çoxdur, siyasətdən uzaqda qalmağı seçim edib. Bu halda kiçik qrupla təsir etmək imkanları məhdud olur. Nəticədə meydana xarici dairələr, qonşuların təzyiqləri çıxır. Bu təzyiqlər isə təkcə hakimiyyətin fəaliyyətinə deyil, xalqın da həyatına təsir edir.
AnaXeber.Az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net