Ana səhifə

5-ci kolon “mətbəx”ində rus dili ssenarisi...hakimiyyət Kremlə qarşı millətçiləri çıxarır!!!

    Tarix: 01-07-2017 08:22   
5-ci kolon “mətbəx”ində rus dili ssenarisi...hakimiyyət Kremlə qarşı millətçiləri çıxarır!!!
Son zamanlar Azərbaycanda rus dili ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Millət vəkilləri və alimlər rus dilinin vacibliyini vurğulayırlar.

AnaXeber.Az yazır ki, bundan ilhamlananlar isə daha da irəli gedərək rus dilinin Azərbaycanda ikinci rəsmi dil olmasını təklif edirlər.
Bu ssenarilərin hansı siyasi “mətbəx”lərdə hazırlandığı gün kimi aydındır. Ölkədə xərçəng kimi yayılıb hər nöqtədə mənzillənmiş ruspərəst qüvvələr 5-ci kolonun fikirlərini sətiraltından yeridirlər.
O baxımdan Moskvanın yeni nəbz yoxlamaları davam etməkdədir. Kreml öyrənmək istəyir ki, Azərbaycanda ictimai rəy ikinci dövlət dilinin rus olmasını necə qarşılayır.

Və...siyasi laboratoriyadan çıxan nəticələr ondan ibarətdir ki, ölkədə bir neçə ay ərzində rus dilini ikinci dövlət dilinə çevirmək də olar.
Hətta yeri gəlsə Azərbaycanın Rusiya Federasiyasının tərkibinə daxil edilməsi üçün referendum təşkil etmək də...Yəni, ictima rəy o dərəcə qarışıq, xaotikdir.
Hətta Qərbərəstlərin indiki dövrdə mövqeləri kifcayət qədər zəifləyib və bu, seçki ərəfəsində Azərbaycan üçün olduqca lazımlıdır.
Təəssüf ki, Qərbmeyilli qüvvələrin siyasi təzyiqlər nəticəsində bloklanması, resurslarının əlindən çıxması Rusiya üçün Azərbaycanda öz maraqlarını təmin etmək üçün daha böyük imkanlar yaradıb.
Yəni, bir-birinə antoqonist olan supergüclərdən birinin mövqeyinin Azərbaycanda təbliğat savaşında zəifləməsi, əks tərəfin olmayan gücünü də ikiqat artıq nümayiş etdirmək fürsəti yaradıb.
Bu baxımdan indiyə qədər gündəmə gəlməyən rus dilinin ikinci dövlət dili olması belə müzakirəyə çıxarılır. Deməli, təhlükəli tendensiya var.
Bunun qarşısını alacaq yeganə alternativ qüvvə və təbliğat isə millətçilikdir. Yalnız Azərbaycanda türk millətçilərinin fəallaşması ilə Rusiyanın 5-ci kolonunun qabağına çıxmaq mümkündür.

Necə ki, bu günlərdə sabiq maliyyə naziri Saleh Məmmədovun rus dili ilə bağlı təklifinə kəskin şəkildə etiraz edən persona Sabir Rüstəmxanlı oldu. Yəni, qonşudan gələn anormal təbliğatın qabağını millətçiliklə almaq olur, sonra yenidən növbə liberalların nəzarətinə keçir.
2018-ci il prezident seçkiləri ərəfəsində də Moskvanın aktivləşməsi Azərbaycanda dövlətçilik maraqlarından çıxış edən müxalifət partiyalarından tutmuş millətçilərə qədər hamısını bir çətir altında toplaşıb 5-ci kolona qarşı dirəniş göstərməyi aktuallaşdırır.

Ölkəmizə qarşı Rusiyanın mütəmadi şəkildə hansı mövqedə olduğu ortadadır. Azərbaycan tərəfi birmənalı şəkildə nə qədər xoş münasibət göstərsə də, əməkdaşlıqda maraqlı olduğunu büruzə versə də, əməldə Rusiya ilə yaxşı münasibətləri sübut etsə də, xeyri yoxdur.
Son zamanlar Azərbaycanın konkret dostlarını müəyyən etməsinin, Qərb institutları ilə əlaqələrini yüksək səviyyədə qurmasının, Amerika ilə münasibətlərin normal hala salmasının, NATO ilə əlaqələri inkişaf etdirməsinin fonunda Rusiya ölkəmizi bu qədər güclü görmək istəmir.
Bütün bunların fonunda Rusiyanın münasibəti aydındır. Azərbaycan tərəfi bu istiqamətdə müəyyən işlər görməlidir. “5-ci kolon”dan yenə də istifadə etmək istəyəcəklər.
Parlament və başqa strukturlarda Rusiyaya birləşmək yönündə sərsəm fikirlər olacaqsa, buna ən sərt şəkildə cavab verilməlidir.
AnaXeber.Az yazır ki, rus dilinə meylin artması "5-ci kolon"un yeritdiyi gizlin siyasətin nəticəsidir. Sadəcə, bu, Sovetlər dövründə təhsil almış insanların cəmiyyətə təsiridir.

Onlar rus dilində təhsil alıblar və rus dilini bilirlər, ona görə də övladlarını da rus məktəblərinə göndərirlər. İnsanlar köhnə vərdişlərdən yaxa qurtara bilmirlər.
Hətta iş o yerə çatıb ki, Milli Məclisin bəzi üzvləri, bəzi tanınmış şəxslərinin dilindən də bu yöndə mesajların verildiyinin şahidi oluruq.
Sanki bu bədbəxtlər müstəqilliyimizin ən ali nemət olduğunu, tarix boyu Rusiyanın Azərbaycanın başına gətirdiyi bəlaları, ən azından ötən əsrin əvvəllərindən sonlarına qədər başımıza gətirdiyi müsibətləri unudublar.
Nə qədər unutqan olasan ki, 25 il öncə 20% torpaqlarımızın məhz rusların hərtərəfli dəstəyi ilə ermənilər tərəfindən təcavüzə məruz qaldığını, Xocalıda rus alayının iştirakı ilə törədilən tarixi soyqırımı qulaqardı edəsən.
Belə vaxtda isə dediyimiz ki, sağlam müxalifətə ehtiyac var. Necə ki, prezident İlham Əliyev də müxalifətə eyham vurmuşdu. Rusiya ÜAK-ı onun üçün ləğv etdi ki, ələbaxan bir qurum yaratsınlar.
Lakin hazırda Azərbaycana qarşı qurulan ssenariləri, təzyiq planlarını birlikdə poza bilərik. Bu günə kimi də hakimiyyət Moskvadan gələn planları vaxtında pozmağa nail olub. Amma 2018 əvvəlki dövrlərdən çox fərqlənəcək.
Bu dəfə Rusiyanın daha güclü təzyiqlərinin olacağı şəksizdir. Əliyevlə Trampın isti münasibətləri və Qərbə yaxın müxalifətin zəiflədilməsi ruspərəstlərin əl-qolunu açmaqdadır.

Başqa tərəfdən də, bəzi məmurlar İ.Əliyevdən yox, bağlı olduqlarını ölkələrdən qorxurlar. Sabah dar məqamda iqtidara arxa çevirməyə hazır olan qüvvələr var ki, hökumətin içində yer alıblar. O nöqteyi-nəzərdən 2018-ci il hakimiyyət üçün asan olmayacaq.
Artıq bir sıra məmurlar hakimiyyətdən, dövlət başçısından daha çox müxtəlif xarici dairələrə bağlıdır. Bu halda hakimiyyətə qarşı bir narazı məmur batalyonu yetişir ki, onlar yeni müxalifət ola bilər.
AnaXeber.Az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net