Ana səhifə

Azərbaycanın “Mişa”sı ilə Fərhad Əliyevi nələr bağlayır?- Eks-nazir Bakı klanı üçün “Domokl qılıncı” rolunu oynaya bilər

    Tarix: 12-06-2017 08:25   
Azərbaycanın “Mişa”sı ilə Fərhad Əliyevi nələr bağlayır?- Eks-nazir Bakı klanı üçün “Domokl qılıncı” rolunu oynaya bilər

Bir zamanlar “Sem dayının uşaqları” ifadəsi çox məşhuruydu. Çap mediasında bu ifadə tez-tez işlənirdi, ABŞ-ın Azərbaycandakı 5-ci kolonuna işarə edilirdi.

AnaXeber.az-ın Analitik Mərkəzi yazır ki, bu kolon müxalifət partiyalarından tutmuş QHT sektoruna, müxtəlif təşkilatlardan iqtidar içindəki bəzi qüvvələrə qədər arealı əhatə edirdi.
2005-ci ildə Qərbin yaratdığı şəbəkənin böyük bir qolu kəsilərək proje de-şifrə olundu. O dövrün hadisələrində “Sem dayının uşaqları”nın ideoloqu kimi iqtisadi inkişaf naziri Fərhad Əliyevin başı getdi.
Parlamentdə narıncı rəngli qalstukda gələrək hesabat verən nazir “narıncı inqilab”a eyham vururdu. Qırğızıstan, Gürcüstan, Ukraynadakı inqilablar dalğasının Azərbaycana sıçrayacağı gözlənilirdi.

Amma hakimiyyətlə olan bazarlıq nəticəsində “Sem dayı” F.Əliyevə axıra qədər dəstək vermədi - nazir həbsə göndərildi.
Onun dəmirbarmaqlıqlar arasına göndərilməsində isə yan-yörəsindəki “Sem dayının uşaqları”nın da rolu az olmamışdı.

Kimlər ki, sabiq nazir onlara çox böyük dəstək olmuşdu. Onlardan biri isə nazirin müavini olmuş, Qərb təhsilli, F.Əliyevin biznesində şərikliyi olan indiki təhsil naziri Mikayıl Cabbarov idi. M.Cabbarov F.Əliyev həbs olunana qədər iqtisadi inkişaf nazirinin müavini vəzifəsində çalışırdı.
Amma o, ictimaiyyətin gözünə girmirdi və yalnız təhsil naziri olanda məşhurlaşdı. Hətta İçərişəhər Dövlət Memarlıq Qoruğunda rəhbər işləyəndə də “Mişa”nı tanıyan yox idi.
Amma elə ki, F.Əliyev həbs olundu, M.Cabbarov da ona qarşı mövqedə dayandı, əleyhinə ifadə verdi. Bu yaxşılığına görə də hakimiyyət tərəfindən mükafatlandırıldı.

M.Cabbarov “Qərb layihəsi” oyunundan çıxaraq iqtidarın yanında möhkəmləndi, istintaqa verdiyi ifadənin təşəkkür əvəzi Fərhad Əliyevin qardaşı Əlipənah Əliyevin direktor olduğu İçərişəhər Dövlət Memarlıq Qoruğuna rəhbər təyin edildi.
Sabiq nazir həbs olunandan sonra qardaşı Əlipənah Əliyev vəzifəsindən çıxarıldı və Fərhad Əliyevin müavini işləmiş Mikayıl Cabbarov bu posta yiyələndi. Sonrası isə məlumdur - onu təhsil naziri vəzifəsinə qədər yüksəltdilər.
Bu, F.Əliyevin üzləşdiyi ikinci zərbə, siyasi xəyanət və məyusluq idi. O, M.Cabbarovdan bəlkə də bu hərəkəti gözləmirmiş.


AnaXeber.az-ın Analitik Mərkəzi yazır ki, mətbuatda F.Əlyev-M.Cabbarov işbirliyi barədə çox maraqlı məlumatlar var.
Arxivi eşələyərək, keçmişə bir ekskursiya edərkən məlum olur ki, Mikayıl Cabbarovun həyat yoldaşı Nigar xanım və baldızı Nailə xanım keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin məşhur "Prestij" mağazalar şəbəkəsinin qızıl sektoruna nəzarət edirmişlər. Bunun indi də belə olduğunu demək çətindir.
Amma faktiki nazir olduğu dövrdə müavinlə ortaq biznesləri varmış. Bu, hələ mətbuata məlum olan tərəfidir. Bu biznesin miqyası bəlli deyil.
İndi açıq qalan sual ondan ibarətdir ki, hakimiyyət Fərhad Əliyevin Azərbaycanda bizneslə məşğul olmasına “yaşıl işıq” yandırmasından sonra Mikayıl Cabbarovla münasibətləri necə olacaq? F.Əliyev,M.Cabbarovu əfv edəcəkmi? Onların biznes ortaqlığı qalırmı? Təbii ki, bu sualların cavabları da hər iki tərəfdə var...
Amma F.Əliyevin Ərdoğanın xahişi ilə Azərbaycanda biznes planlarını bərpa etməsi, Sumqayıtda zavodun başına keçməsi onun keçmişdəki dostları üçün arzuolunan hal deyil.
F.Əliyevin müxtəlif qüvvələrlə konfliktinin olması onun əhəmiyyətini artırır. Eks-nazir bu dəfə hakimiyyətin populyar qanadı üçün “Domokl qılıncı” rolunu oynaya bilər.


Kimin başını kəsmək, kimin kəlləsini gilyotina qoymaq, kimin qafasını kötükdə görmək lazımdırsa, F.Əliyev onun üzərində şimşək ola bilər.
Amma F.Əliyevlə M.Cabbarov qarşıdurmasının olacağı gözlənilən deyil. Çünki bu dəfə onların hər ikisi eyni siyasi klanın himayəsindədir. Bu, hakimiyyətdə möhkəmlənmiş qruplaşmanın yeni strategiyasıdır.
Çətin ki, bu qanad F.Əliyevlə M.Cabbarovun qovğasına imkan yaratsınlar. Sadəcə, ya onlar birgə biznes qura bilər, ya da şəxsi anlamda sabiq nazir indiki naziri əfv edə bilər.
Onu da deyək ki, təhsil naziri Mikayıl Cabbarov bu posta təyin olunanda özünü reformist, Qərbpərəst, xarici dil bilən intellektual, “Çto? Qde? Koqda?” yarışmasının intellegenti, liberal düşünən biri kimi təqdim etmişdi.
Cəmiyyətin gözləntisi Mikayıl Cabbarovun Mixail Saakaşvili kimi reformist olacağı idi. Amma olmadı, ola bilmədi, olmaq istəmədi.
O, Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini, bitirib. ABŞ-da Sakramento şəhərində (Muskie proqramı) hüquq məktəbində, daha sonra Azərbaycan Dövlət İqtisadiyyat Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

Belə ki, yeni nazir Nyu-York şəhərinin vəkillər kollegiyasının üzvüdür. O ilk əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb, 1999-2002-ci illərdə isə özəl sektorda hüquqşünas kimi işləyib.
2002-2003-cü illərdə İqtisadi İnkişaf nazirliyində məsləhətçi, 2003-2004-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifələrində çalışıb.
2004-cü ilin fevralın 20-də Azərbaycan iqtisadi inkişaf nazirinin, yəni hazırda həbsdə olan sabiq nazir Fərhad Əliyevin müavini təyin olunub.
AnaXeber.az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net