Ana səhifə

Vitse-prezidentlik iqtidar sarayında daşların yerini dəyişir...- hansı nazir hansı klandadır? - adlar

    Tarix: 05-05-2017 08:38   
Vitse-prezidentlik iqtidar sarayında daşların yerini  dəyişir...- hansı nazir hansı klandadır?  -  adlar
Referendumdan sonra hakimiyyətin bölüşdürülməsi siyasətinə yenidən baxıldığı göz qabağındadır. I vitse-prezident təyinatı iqtidarda hans qüvvənin yüksəlişdə olduğunu nümayiş etdirdi.
Bu isə öz növbəsində hakim komandada siyasi elitadan kimin yanında olmağı şərtləndirir. Çünki yaxın 8 il Azərbaycanda hakim elitanın yeni klan olacağı şübhə doğurmur.
O baxımdan nazirlərin və məmurların, o cümlədən icra başçılarının, deputatların hansı klanda təmsil olunacağı, transferlərin reallaşacağı, Bakı qruplaşması ilə necə işləyəcəkləri maraq doğurur.

Anaxeber.Az yazır ki, bəzi nazirlərin köhnə qvardiyanı tərk edib yeni klanla işləməsi asan olmayacaq.
Mehdiyev qruplaşmasından qopmalar iki halda baş verə bilər: prezidentin siyasi iradəsi və ənənəvi klanın tamam zəifləməsi ilə...
Lakin bəzi nazirlərin və yüksək çinli məmurların hakimiyyətin Paşayevlər eşelonunda yer aldığını söyləmək olar.
I vitse-prezidentinin təyinatı zamanı verilən reaksiyalar da göstərdi ki, kim kimin yanındadır. 2018-ci ilə qədər hakim elitanın yenidən formalaşması prosesi gedəcəyi də müşahidə olunur.

Daşların yeri dəyişir və sarayda qüvvələr nisbəti bir-birini əvəzləyir. Bu mərhələdə hansı nazirin hansı klanda olması mühüm əhəmiyyət kəsb edəcək.
Məsələn - Dövlət Sərhəd Qoşunları Xidməti rəisi Elçin Quliyev, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Azərbaycan Dəmir Yolları QSC sədri Cavid Qurbanov, Milli Məclisin spikeri Oqtay Əsədov, ASAN Xidmət rəhbəri İnam Kərimov, Maliyyə Bazarlarına Nəzarət Palatası sədri Rüfət Aslanlı eyni siyasi blokda təmsil olunurlar.

Bu siyahını uzatmaq da mümkündür - ədliyyə naziri Fikrət Məmmədov, nəqliyyat, rabitə və yüksək texologiyalar naziri Ramin Quluzadə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, təhsil naziri Mikayıl Cabbarov, səhiyyə naziri Oqtay Şirəliyev, gənclər və idman naziri Azad Rəhimov, mədəiyyət və turizm naziri Əbülfəs Qaayev siyasi kluarlarda eyni klana bağlı məmurlar kimi təqdim olunur.
Təbii ki, siyasi hakimiyyətin bölüşdürülməsində çox ciddi fiqurların yeni islahatçı komandada olduğunu görürük. Lakin heç də ənənəvi qruplaşmanın zəif olduğunu söyləmək olmaz.

Anaxeber.Az yazır ki, Mehdiyev qruplaşmasının olduqca güclü, qüdrətli, nüfuzlu nazirləri var.
Onlar həm də dövlət idarəçiliyində kifayət qədər təcrübəli kadrlardır. Bu illər ərzində hakim komandanın parlaq nümayəndələri kimi sədaqətlilik nümayiş etdiriblər.
Gerçəkdən də Heydər Əliyev iqtidarından bu günə qədər vəzifədə qalanların demək olar ki, hamısı hakimiyyətə sadiq olub.
Bu xüsusatda istisna kimi Əli İnsanov, Fərhad Əliyev, Eldar Həsənovu ayırmaq olar. Ancaq Misir Mərdanov, İsmət Abbasov, Səfər Əbiyev, Ziya Məmmədov, Füzuli Ələkbərov siyasi iqtidara xəyanət etməyiblər.

Sonuncu xainlərdən biri Eldar Mahmudov və ona itaət edən Əli Abbasov çıxıb ki, onu ən yüksək səviyyədə cəzalandırıblar. Bütövlükdə köhnə qvardiya hakimiyətin qorunub saxlanmasında çox ciddi fəaliyyət göstəriblər.

Onların dövlət idarəçiliyində müstəsna xidmətləri var. Həmçinin, PA rəhbəri Ramiz Mehdiyev və baş nazir Artur Rasi-zadə altından qırmızı xətt çəkiləcək adlardır.
Novruz Məmmədov, Vahid Əliyev, Məhərrəm Əliyev - Naxçıvan klanının güclü fiqurları sırasında aparıcı cərgədə yer alır. Onlar 2013-cü prezident seçkiləri ərəfəsində PA-ya gətirilərək mühüm postlara yerləşdiriliblər.

Habelə, Qaçqınkom sədri Əli Həsənov, vergilər naziri Fazil Məmmədov, iqtisadiyyat naziri Şahin Mustafayev, baş nazirin müavinləri Abid Şərifov, Yaqub Eyyubov, Əli Əhmədov, müdafiə sənayesi naziri Yavər Camalov, energetika naziri Natiq Əliyev, Əmlak Komitəsinin sədri Kərtəm Həsənov bir siyasi mərkəzdə mənzilləniblər.
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov, prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov, İqtidarda fövqəladə hallar naziri Kəmaləddin Heydərov, maliyyə naziri Samir Şərifov, kənd təsərrüfatı naziri Heydər Əsədov, Mərkəzi Bank sədri Elman Rüstəmov isə fərqli profillərə sahib güclü fiqurlar hesab olunur.
Xatırladaq ki, Naxçıvan qruplaşmasında təmsil olunan, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev referendum elan olunan kimi prezident İlham Əliyevin vitse-prezidentin kimliyini açıqlamalı olması ilə bağlı müsahibə verdi.
Müsahibədə ölkənin birinci xanımı Mehriban Əliyeva ilə yanaşı Naxçıvan klanının lideri Ramiz Mehdiyevin, Vasif Talıbovun, Bəylər Eyyubovun adını çəkdi.
Daha sonra Naxçıvan qruplaşmasının nəzarətində olan media qurumlarında vitse-prezidentliyə ən layiq namizədin Naxçıvan Ali Məclisin sədri Vasif Talıbovun olduğunu təbliğ etməyə başladılar.
Bundan sonra bir sual qalır: Qərb və Kremlə bu güclərdən hansı ilə işləməyə üstünlük verəcək. Hələ ki Paşayevlər 2018-ci ilə qədər komanda olaraq tam formalaşma xəttini seçib...
AnaXeber.Az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net