Ana səhifə

Hakimiyyət daxilində 5-ci kolon üzvləri hücuma keçiblər- Anti-Qərb koalisiyasından Əliyevə son zərbənin - Detalları

    Tarix: 03-05-2017 08:51   
Hakimiyyət  daxilində  5-ci kolon üzvləri  hücuma keçiblər-  Anti-Qərb koalisiyasından Əliyevə son zərbənin  - Detalları

Azərbaycan hakimiyyətinin daxilində qol-budaq, kök salmış 5-ci kolon üzvləri rəsmən hücuma keçiblər.

AnaXeber.Az-ın Analitik Qrupu yazır ki, Kremlə söykənən şəbəkə açıq şəkildə Qərblə savaşa getməkdədir.
Avropa Şurasının Türkiyəyə qarşı ədalətsiz münasibətini pisləmək hər nə qədər strateji baxımdan rəsmi Bakı üçün mühüm olsa da, bu kampaniyanın arxasında Moskva meyilli qüvvələrin olduğu iddia edilir.
Anti-Qərb koalisiyası təkcə AŞ-na yox, ümumilikdə Avropa strukturlarına qarşı səfərbər olunub. Bu, prezident İlham Əliyevi Qərblə üz-göz etmək, tənqidləri gülləboran kimi yağdırmağa təhrik etmək siyasətidir.
Hakimiyyət daxilindəki anti-qərbçilər, ruspərəst qüvvələr, ölkənin siyasi kursunu Moskvadan alanlar, Kremlin ovcundan su içənlər Azərbaycanı Avropa ilə düşmən etmək provokasiyasını davam etdirməkdədir.

Bu siyasət siyasi məhbusların artması, Qərbə yaxın mediaya basqıların şiddətlənməsi, Avropada mənzillənmiş elektron medianın məhkəməyə verilməsi, İslamiada ərəfəsində ev söküntüsü, məscid yıxılması və ayrı-ayrı yerlərdə etirazların olması 5-ci kolonun iqtidardakı nüfuzunu, gücünü göstərmək cəhdləridir.
Rusiyanın siyasi diversantları itirilmiş mövqelərini möhkəmləndirmək, bərpa etmək və referendumdan sonra aldıqları zərbələrin əvəzini çıxmaq üçün çırmanıblar.
İ.Əliyevə zərbə vurmaq, onun siyasi kursunun axarını dəyişməklə öz ambisiyalarını diktə etmək məqsədi güdən Kremlpərəstlərin yuxarıda sadaladığımız son cəhdlərini qeyd etmək olar.

Bununla da islahatçı və Qərbpərəst qanad olan Paşayevlərə dirəniş göstərən qruplaşmanın apardığı kampaniyanın yekun nəticələri belə ola bilər: hakimiyyətin yenidən bölüşdürülməsində bəzi mövqelərin ələ keçirilməsi, vitse-prezident təyinatında köhnə qvardiyanın əsas fiqurlarından birinin reallaşması, merkantil maraqların təmin olunmasında, əmlak bölgüsündə yeni səhifənin açılması baş tuta bilər.
Bu zamanda 5-ci kolonun təzyiqləri bu klanın iqtidarda yüksəlişini qismən təmin edə bilər. Lakin reformist qanad Kreml tərəfdarlarının müqavimətini qırmış ikən bundan sonra ələ keçirilən mövqeləri təkrar təhvil vermək istəmirlər.
AnaXeber.Az-ın Analitik Qrupu yazır ki, hakimiyyət daxilində heç vaxt olmadığı qədər ilk dəfə belə qütbləşmə dərinləşməkdədir.
Müxalifətin çoxdan pərakəndə və parçalanmış vəziyyətini müşahidə edənlər indi iqtidardakı bölünməni çılpaq şəkildə görürlər.
Bu müharibə parlament tribunasında, media müstəvisində, iqtisadi arsenalda, təyinatların fonunda, kadrların dəyişməsində mənzərə açıq-aydındır.
Son olaraq da Avropa Şurasına qarşı kampaniya şəklində hücum göstərdi ki, 5-ci kolon ikiqat aktivləşib.
Bundan əlavə, AŞ PA Azərbaycanla bağlı sərt bəyanatlar verəndə rəsmi Bakı belə aqressiv reaksiya sərgiləmirdi.
Amma Ankaraya qarşı monitorinqlərin bərpası məsələsinə kampaniya şəklində hücuma start verildi. Onu da demək yerinə düşər ki, Ankaranın mövqeyini dəstəkləməkdə haqlı görünən Azərbaycan həmişə qardaş ölkəyə yardım əlini uzadıb.

Sadəcə, Türkiyə-Rusiya yaxınlaşması fonunda baş verənlər çox mətləblərdən xəbər verir. Moskva Ankaranı ABŞ və Avropadan qoparmaq, öz yanına çəkmək siyasəti yürüdür. Bu baxımdan Bakıda 5-ci kolonun AŞ-na sərt təpkiləri də başadüşüləndir.
Rusiya əsas təhlükə mənbəyi olaraq qalmaqdadır. SSRİ-ni bərpa etmək niyyətində olan Rusiya dünyadakı nizamı da qarışdırmağa cəhd göstərir. Lakin bütün bunların fonunda Moskva Ankara ilə münasibətlərini sahmana salmaq niyyətindədir.
Lakin vəziyyət o dərəcədə gərgindir ki, Rusiya Türkiyənin özü üçün də əsas təhlükə mənbəyi olaraq qalır. Dünya gücləri AKP iqtidarını küncə sıxmaqda davam edirlər. Lakin Türkiyə bölgədə olduqca mühüm oyunçuya çevrilmək şansına malikdir.
Hazırkı ağır vəziyyətdə müstəqilliyimizi qorumağın yeganə yolu kimi güclü hərbi müttəfiqə ehtiyac yaranır. Bu məsələdə Türkiyədən yaxın (sözün hər mənasında) Azərbaycana kim ola bilər.
Türkiyənin Azərbaycanı Rusiya hücumundan bu və ya digər şəkildə qoruması Qərbin də işinə yarayır. ABŞ hazırda Türkiyənin bölgədə güclənməsində və Rusiyaya meydan oxumasında maraqlıdır.

Ümumiyyətlə, Rusiyanın Azərbaycandakı təsir imkanları, ölkədəki rusiyapərəstlərin fəaliyyəti hər zaman hiss olunub. İctimaiyyətin tanıdığı şəxslər arasında kimlərin qərbpərəst, kimlərin ruspərəst olduğunu da göstərmək olar.
Azərbaycan bu ölkədə marağı olan qüvvələrin kəşfiyyat poliqonudur və ölkədə güclü şəbəkələşmə prosesi gedir. Mövcud hakimiyyətin bütün dövrlərində Azərbaycanın Kremldən idarə olunmasına dair kifayət qədər əsaslar var.
Azərbaycan hər hansı bir beynəlxalq müqaviləyə imza atanda, ya bizim emissarlar Moskvaya gedir, ya da onlar bura təşrif buyurur. Hər bir addım Rusiyanın senzurasından keçir.

Sirr deyil ki, ölkədə rusiyapərəst qüvvələr var və zaman-zaman bunu hiss etdirirlər. Rusiyada 2.5 milyondan artıq Azərbaycan vətəndaşı var.
Digər tərəfdən Azərbaycanın şimal bölgəsində Rusiya meylli qüvvələr var. Yəni, Rusiyanın Azərbaycana təsir imkanları çoxdur.
Hakimiyyət komandasında həm rus, həm də qərb yönümlü kadrlar var. Başqa bir məqam ondan ibarətdir ki, Azərbaycan özünə uyğun siyasi tərəfdaş axtarır. Bu dəfə baxaq necə olacaq...
AnaXeber.Az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net