Ana səhifə

İlham Əliyev Bəşər Əsədin devrilməsinə dəstək verəcəkmi? - Trampla Putin dilemması...

    Tarix: 17-04-2017 08:38   
 İlham Əliyev Bəşər Əsədin devrilməsinə dəstək verəcəkmi? - Trampla Putin dilemması...

Azərbaycan-Suriya münasibətləri həmişə yüksək səviyyədə olub. İki ölkə arasında diplomatik əlaqələrdə indiyə kimi bir axsaqlıq müşahidə edilməyib.

Anaxeber.az-ın Analitik Qrupu yazır ki, bunun bir səbəbi coğrafi uzaqlıqdırsa, digər səbəbi ölkələr arasında ticari, iqtisdi, enerji əməkdaşlıqlarının bir o qədər də olmamasıdır.
Yəni, Suriyanın Azərbaycandan, Bakının da Dəməşqdən bir asılılığı, keçərli sözü olmayıb. Eyni zamanda hər iki ölkənin syasi talelələri oxşardır:
Hafiz Əsəddən sonra iqtidara oğlu Bəşər Əsəd, Heydər Əliyevdən sonra İlham Əliyev hakimiyyətə gəlib. Və nə Azərbaycanda, nə Suriyada məzhəblərarası qarşıdurma yaşamayıb, təriqətlərin münaqişəsi olmayıb.
Yəni Qafqazın sabit ölkəsi Azərbaycan, ərəb bölgəsinin ən tolerant, sabit dövləti Suriya idi. Bu, ayrı məsələdir ki, Suriyada hakimiyyət atadan oğula ötürülüb.
Faktiki olaraq Liviya, Misir və s. ərəb dövlətlərində olduğu kimi Suriyada tayfalar, məzhəblər qırğını olmayıb. Əksinə, şəriət hökmləri ilə də ölkə idarə edilməyib. Suriyada qadınlar azad, sərbəstdirlər.

Kəsəsi, 2011-ci ilə qədər B.Əsəd hakimiyyətindən xalqın narazılığı olsa da, ölkənin viran qoyulub qan çanağına çevrilməsini də arzulamayıblar.
Lakin şərqin qapısı olan Suriyanın parçalanması məhz Qərb dövlətlərinin, başda ABŞ imperializminin çoxdan çizilmiş projesi idi.
Anaxeber.az-ın Analitik Qrupu yazır ki, Suriyada 6 ilə yaxındır terror rüzgarı əsir. İŞİD ölkənin müxtəlif ərazilərinə nəzarət edir. Əl Nusra, Azad Suriya ordusu, YPG və başqa silahlı birləşmələr Suriya içərisində döyüşür.
Elə Azərbaycandan da döyüşməyə gedənlər az olmayıb. Belə olan halda Suriya xalqının indiki vəziyyətdə qarantı, dövlətin vahidliyinin yeganə təminatçısı B.Əsəddir. Əsədin siyasi varlığına dayaq olan isə İran və Rusiyadır.
ABŞ, Səudiyyə Ərəbistanı, Türkiyə, Böyük Britaniya Suriyada hakimiyyətin dəyişməsi və öz maraqlarını təmin etmək arzusundadır.
Bu regiondakı mürəkkəb situasiyada rəsmi Bakı hər zaman neytral olub və vahid Suriya dövlətinin suverenliyini dəstəkləyir.
Ancaq indi Bakını konkret seçimini etməyə çağırırlar. ABŞ-ın Bakıdakı səfirinin açıqlaması da məhz İ.Əliyevin Kremlin yoxsa Vaşinqtonun yanında olmalıdır mesajı idi.
Sitat: “Azərbaycan Suriyada dinc təşəbbüslərə dəstək verməlidir. Bizim gözləntimiz bundan ibarətdir.

Biz istəyirik ki, Suriyada Bəşər Əsədin həyata keçirdiyi mənfur siyasətinin qarşısının alınmasında Azərbaycan da köməklik etsin”.
Suriya böhranı ölkələri dilemma qarşısında qoyub. Bəşər Əsəd rejiminin, yəni Suriya dövlətinin bütövlüyünü dəstəkləyənlərlə ona qarşı gedənlər ikiyə bölünüb
Anaxeber.az-ın Analitik Qrupu yazır ki, rəsmi Bakı da seçim qarşısında qalıb. Çünki Suriya siyasətində ABŞ-la Rusiyanın maraqları üst-üstə düşmür.
Bu günə kimi vahid Suriya dövlətinin mövqeyini dəstəkləyən Azərbaycan hakimiyyəti artıq seçim etməli olacaq.
Ya Kreml, ya da Vaşinqtonun yanında olmalısan. Elə bunu diplomatik şəkildə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da dilə gətirib. Səfir rəsmi Bakının Suriya ilə bağlı tutmalı olduğu mövqeyindən danışıb.
Rəsmi Bakı üçün çox çətin bir sınaqdır və artıq Vaşinqton Azərbaycan hakimiyyətindən dostlarını və düşmənlərini müəyyənləşdirməyi tələb edir.
Bu situasiyada Putinin qəzəbinə tuş gəlmək ağılsızlıq olardı. Ukrayna böhranında rəsmi Bakı ABŞ və Rusiyanın arasında seçim etmədi, Suriya müharibəsində də rəsmi Bakı tərəf saxlamayıb.
Amma zaman yetişib, Trampın rəhbərliyi dövründə Əsədin devrilməsinə qərar verilib. Bu, yeni müharibənin alovlanacağı deməkdir.
Putin şərqin qapısını əldən vermək istəmir. İlk dəfə Azərbaycan hakimiyyəti qəti seçim etməlidir. Əgər Bakı AĞ evin çağırışına qoşulsa, Putinin və Rusiyanı üstünə qaldırmış olacaq.
Əslində səfirin dili ilə ifadə olunan bu fikir ABŞ-ın regionda həyata keçirəcəyi yeni siyasət doktrinasının mahiyyətini diplomatik dillə ölkəmizə çatdırmaqdır.

Anaxeber.az-ın Analitik Qrupu yazır ki, ABŞ bununla öz tərəfdaşlarına seçim çağırışı edir.
Heç kəsə sirr deyil ki, Azərbaycanın Suriya məsələsində ABŞ-ın yanında və ya qarşısında olmasından ABŞ heç nə itirməyəcək. Bizim köməyimiz olmadan da, o öz siyasətini həyata keçirəcək. Lakin Azərbaycan hökumətinin seçimi ona itkilər gətirə bilər.
ABŞ Orta Şərqdə yeni və qətiyyətli siyasət yürüdəcəyini artıq açıq şəkildə bəyan edir. Suriyada Əsəd rejiminin hərbi arsenalına gözlənilmədən sarsıdıcı zərbə vuran ABŞ ordusu bir anda bu münaqişədə güclü şəkildə iştiraka hazır olduğunu ortaya qoydu.
İndiyə kimi Suriyadakı proseslərə əsasən Rusiya ilə İran maraq müttəfiqliyinə, Türkiyə isə təhlükəsizlik baxımından qoşulmuşdusa, indi artıq münaqişəyə yeni və güclü tərəf kimi ABŞ da daxil olub.

Səfirin Azərbaycandan açıq dəstək istəməsi faktiki olaraq diplomatik dillə olkəmizə ciddi mesajdır. Azərbaycandan kömək istədiklərini açıq dillə hər kəsə bəyan etməklə, sonrakı davranışların məsuliyyətini özlərindən uzaqlaşdırırlar.
Nəzərə alsaq ki, ABŞ-ın yeni Administrasiyası gözlənilməz siyasəti ilə dünya birliyini də tez-tez təəcübləndirir, deməli olduqca düşünülmüş siyasət sərgiləmək lazım gələcək.
ABŞ-la müttəfiqlikdən imtina etmək nə qədər təhlükəlidirsə, onunla əməkdaşlıq da bir o qədər riskli olacaq. Hər halda qarşı duran nəhəng güclər regionda öz tərəfdaşlarını müəyyən etmək üçün açıq hərəkətə keçib.
AnaXeber.Az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net