Ana səhifə

Bir başçı nələr edərmiş?!...Çovdarov, Zeynalov, vəhhabi işbirliyi, məmur ölümü - Kürdəmir manifesti

    Tarix: 12-02-2017 23:22   
 Bir başçı nələr edərmiş?!...Çovdarov, Zeynalov, vəhhabi işbirliyi, məmur ölümü - Kürdəmir manifesti

Bir icra başçısının başı bu qədər bəlalı olarmı?! Nə sirri-xudadırsa nə hikmətdirsə hər daş altından onun məxfi işləri çıxır. İstintaq da bilir, ictimaiyyət də...
Anaxeber.Az-ın verdiyi xəbərə görə, söhbət Kürdəmir rayon icra hakimi Ceyhun Cəfərovun siyasi maskasının yırtılması və deşifrə olunaraq əslində, hansı qruplaşmanın üzvü olması faktlarından gedir.

Bir daş altda, bir daş üstdə gah rabitə bandasının üzvü Vidadi Zeynalovla, gah MTN-nin odioz generalı Akif Çovdarovla min oyundan, gizli əməliyyatlardan çıxmış icra başçısı demə, icra hakimi yox, şəbəkə adamı imiş.

Heç bir icra başçısının adı bu qədər MTN işinə qarışmamışdı. Təpədən dırnağa qədər hansı arxivi qaldırsan Ceyhun Cəfərovun əməlləri açılır. Kürdəmirə rəhbərlik etmiş İrşad Əliyevin onun kimi master-klass qanunsuzluqları olmamışdı.
Ancaq yenə də nə hikmətdirsə, sehrli əllər MTN hadisələrindən sonra Kürdəmir “əmir”ini qorumaqdadır. Bu faktı siyasi girovluq kimi də qiymətləndirmək olar.
Yəni, Ceyhun Cəfərov bildiyi nələr varsa, hamısını lazımi formada danışıb. Onun nələr edib sualı yersizdir, nələr etməyib deyə soruşmaq lazımdır.
Anaxeber.Az-ın verdiyi xəbərə görə, Ceyhun Cəfərov Vidadi Zeynalovla Akif Çovdarovun əsirinə çevrilib. Elə onların çiyinlərində də Kürdəmir rəhbəri postuna gətirilməsi istisna edilmir.

Hətta havadarları ona Yasamalın icra başçısı vəzifəsini vəd ediblərmiş. Fələyin çərxi çönüb, Zeynalovla Çovdarov dəmirbarmaqlıqlar arasına göndərilib, Cəfərov Kürdəmirdə şahid kimi saxlanıb.
Məsələn, Çovdarovun təsisçisi olduğu “RAF-2006” MMC Kürdəmirdə fəaliyyət göstərib. Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi rəisi Əhliman Kərimovun da bu işdə əməlləri faş olub.
Müəyyən edilib ki, İstismarı idarəsinin balansındakı texnikalar “2006-RAF” MMC şirkətinin Kürdəmirdəki göldə yaradılmış balıqçılıq təsərrüfatının sifarişlərinin icrasına yönəlib.

Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun da bu işlərdə xüsusi canfəşanlıq nümayiş etdirdiyi ortaya çıxıb. O zaman balıçılıq təsərrüfatı başçının adına çıxarılıb.
Lakin Çovdarova aid olduğu aydınlaşıb. İcra başçısı məqsədli şəkildə Çovdarovun üzərindən şimşəkləri çəkmək üçün öz adına çıxarırmış.
Həmin təsərrüfatın fəaliyyətinə nəzarəti Çovdarovun yaxın adamı olan Fəttah adlı bir şəxs həyata keçirib. Sadəlövh vətəndaşlar isə Əhliman Kərimovun törətdiyi qanunsuzluqlar barədə məlumatları MTN-ə yollamaqla bu problemlərin həll olunacağını gözləyirmişlər.
Anaxeber.Az-ın verdiyi xəbərə görə, 1999 - 2000-ci il tarixli saxta sərəncamla MTN generalı Akif Çovdarova və 2005-ci tarixli saxta sənədlə isə adı sadalanan şəxslərə Mərdəkan-Şüvəlan sərhədində Bağlar İdarəsinin balansında olan torpaq sahələrindən 1 hektar torpaq sahəsi verilib.
Ərazi rabitə naziri Əli Abbasov, Kürdəmirin icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev arasında bölünüb.
Bu fakt vəkil Ramiz Zeynalov tərəfindən açıqlanıb. Yəni, bu bir qəzetin mülahizə və iddiası yox, hüquqşünasın təqdim etdiyi siyahıdır. Göründüyü kimi, yenə də Ceyhun Cəfərov bu klanla bir hərəkət edirmiş.

V.Zeynalov Kürdəmirin icra başçısı Ceyhun Cəfərovla yeznə-qayındır və aparat rəhbərinin icra başçısı ilə ortaq biznesinin olduğu da iddia olunur.
Daxil olan məlumata görə, V.Zeynalovun saxlanmasından bir neçə saat sonra Kürdəmir RİH başçısı Ceyhun Cəfərov da Prezident Administrasiyasına çağırılıb.
517 cildlik cinayət işi, 205 şahidi olan Vidadi Zeynalov rəsmi olaraq dövlətin 8 milyon manatını mənimsəməkdə ittiham olunur. Əldə etdiyimiz məlumata görə, sabiq aparat rəhbərinin cinayət işində şahid qismində tanınanlardan biri də Ceyhun Cəfərovdur.
Anaxeber.Az-ın verdiyi xəbərə görə, bir neçə il qabaq Ceyhun Cəfərovun adı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri Gülbala Əsədovun müəmmalı şəkildə ölməsi ilə bağlı hallanıb.
İcra başçısı mərhum şöbə müdiri ilə kifayət qədər sərt danışıb və onun rəhbərlik etdiyi qurumun fəaliyyətinin Baş Prokurorluq tərəfindən yoxlanmasının vacibliyini dilə gətirib.

İcra başçısı ilə mərhum şöbə müdiri arasında buna qədər də anoloji problemlər yaranıb. Belə ki, bir müddət öncə rayondakı tikinti və abadlıq işlərinə görə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri, mərhum Gülbala Əsədov Bakıdakı və Kürdəmirdəki evlərini banka girov qoyaraq küllü miqdarda kredit götürüb.

Həmin məbləğin əhəmiyyətli hissəsini rayondakı abadlıq işlərinə sərf edən şöbə müdiri bundan sonra maddi cəhətdən iflasa uğrayıb.
Amma bütün bunlar da yekun deyil. C.Cəfərovun Kürdəmirə rəhbər təyin olunmasından sonra bu rayonda dini zəmində də xoşagəlməz olaylar yaşanır. İcra başçısı hansısa səbəbdən rayondakı bütün işləri öz qohumu olan radikal dini müxalifətçiyə həvalə edib.
Ceyhun Cəfərov rayona rəhbər gələndən vəhabi qruplaşmaları həqiqətən də, oyanış əldə ediblər. Cəfərovun Tərtər rayonunda rəhbər işlədiyi vaxtda da baş vermişdi.
Uzun zaman, xüsusilə də Tərtərin icra başçısı işlədiyi dönəmlərdə Ceyhun Cəfərovun adı vəhabilərlə yaxın işbirliyində çəkilirdi.
Anaxeber.Az

Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov       Təsisçi: Əhmədov Şahin
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 (050) 614 94 33       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net