Ana səhifə

İlham Əliyevin Lələtəpədən Lapşinə qədər “5-ci kolon” savaşının - Pərdəarxası

    Tarix: 09-02-2017 08:42   
İlham Əliyevin Lələtəpədən Lapşinə qədər “5-ci kolon” savaşının - Pərdəarxası

Prezident İlham Əliyev keçirdiyi son konfransda əslində, böyük projenin ismarıcını vermişdi. Anaxeber.Az yazır ki, bu mesajla bir neçə hədəfi nişan almışdı.
Və nişangaha gəldilər. Ondan əvvəl isə “səbrimiz tükənir” bəyanatı xarici dairələrə edilmiş çox böyük xəbərdarlıq etdi.

Elə çox çəkmədi ki, Azərbaycan ordusu apreldə Mazagirdə-Cəbrayıla qədər irəlilədi. Cəmi 10 gün yetərliydi ki, antiterror əməliyyatları zamanı separatçı qüvvələr Qarabağ ərazilərindən təmizlənsin. Yenə təzyiq, yenə təhdid...

İlham Əliyevin siyasi iradəsi və cəmiyyətdən, habelə müxalifətdən gələn dəstək prezidentin ruhlandırmışdı. Prezidentin ən sərt tənqidçisi AXCP lideri Əli Kərimli belə milli məsələdə hakimiyyətə dəstəyini əsirgəmədi.
Kəsəsi, aprel müharibəsi müasir Qarabağ münaqişəsində ən yeni və fərqli səhifə idi. Beynəlxalq qüvvələr də şahid oldu ki, İlham Əliyevin siyasi rəqibləri də onunla həmrəydir, çiyin-çiyinədir. Bəli, ötən ilin aprelində Azərbaycan ayaqda idi...
***

Anaxeber.Az yazır ki, İlham Əliyev son konfranda qətiyyətli çıxış etdi və “Bizə kimsə öz istəklərini diktə edə bilməz” bəyanatını verdi. Və yenə də az sonra Kremlini iri pəncələrini göz görə-görə üstünə yeridi: şəhid Çingiz Qurbanovun nəşi düşmən girovluğundan alınar-alınmaz Qarabağ bir neçə pasportla qanunsuz səfər etmiş bloqqer Aleksandr Lapşin ekstradisiya edildi.
Axı biz İlham Əliyevi tanıyırıq?! O, barışmazdır, qətiyyətlidir: Ramil Səfərov, Mübariz İbrahimov hadisələrindən tanıyırıq.
“Bizə bağlı qapılar arxasında təzyiq edirlər, Qarabağa müstəqillik verməyimizi istəyirlər. Bu, o halda olacaq ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapacaq” - bu sətirlərin müəllifi də İlham Əliyevdir.
Əlqərəz, vəziyyət çoxdan mürəkkəb bir fazaya daxil olmuşdu və rəsmi Bakı Qarabağ siyasətində minalanmış zonalar üstündə yeriyərək öz prinspial, milli maraqlara uyğun siyasətini davam etdirirdi: ya olum, ya ölüm...
***

Anaxeber.Az yazır ki, bütün bu cərəyan edən hadisələr Kremli qıcıqlandırmaya bilməz. Ən son - Lapşinin gətirilməsi “ağ ayı”nın pəncəsini tapdamaqdır. Amma İlham Əliyev buna da getdi.
Lakin incə bir məsələ diqqətdən yayına bilməz. Söhbət hakimiyyətin içərisində “5-ci kolon” və Qərb dairələrindəki “5-ci kolon”ndan gedir. Hər iki şəbəkə fəaliyyətdədir.
Moskvanın saray daxilindəki missionerləri, seçki işindən tutmuş Qarabağ məsələsinə qədər ruspərəst mövqedən çıxış edən qruplaşma Qərb lojası ilə kəllə-kəlləyədir.

İqtidarda kök atmış “5-ci kolon” üzvləri zaman-zaman Moskvanın ağzı ilə Milli Məclisdə çıxışlar da edirlər. Son günlərdəki açıqlamalar və qalmaqallar da göz qabağındadır. İlham Əliyev isə bu siyasətin tən ortasında öz müstəqil mövqeyini qoruyur.
Rəhmətlik Vəfa Quluzadənin dediklərini xatırlamaq yerinə düşər: “5-ci kolon” çox incə məsələdir. Orada xidmət edənlərin xidmətlərinin 90 faizi qanunidir. Necə qanunidir?

Kəşfiyyat işinin əsas məğzi nədən ibarətdir? İnformasiya yığmaqdan. Tutaq ki, mən Azərbaycanın Neftayırma zavodunda işləyirəm, oradakı əhval-ruhiyyəni, baş verən hadisələri səfirliyin müəyyən işçisinə çatdırıram”.
***

Anaxeber.Az yazır ki, “5-ci kolon” ölkə daxilində düşmənə işləyən xəyanətkar qüvvəyə deyilir. Faşist Franko Madridi dörd tərəfdən mühasirəyə alarkən şəhərdəki müdafiə xuntası onun tərəfinə keçmişdi.
“5-ci kalon” ifadəsi ilk dəfə məhz onda onların ünvanına işlədilmişdi. Biz də isə… xəyanətkarların kimliyi artıq hamıya bəllidir.
Ümumiyyətlə, Azərbaycana ərəb ölkələrindən idxal olunan qeyri-ənənəvi radikal dini ideologiyalara qarşı mübarizə ilə paralel “5-ci kolon”la və İran agenturasıyla da savaş getməkdədir.
Ölkənin xüsusi xidmət orqanları hər zaman sərhədlərdə ayıq-sayıqdır. Çünki şimal və cənub qonşular müxtəlif zərərli vərdişlər təbliğ etməklə yanaşı agentura şəbəkələri də işləməkdədir.

İndi 5-ci kolon hakimiyyətin içərisində öz planlarını diktə etməyə çalışır. Bu xain və məkrli qüvvələrin ifşası zamanı da deyil və hakimiyyət həssas vaxtda hansısa gizli əməliyyata hazır deyil.
Sadəcə, ən yaxşı halda kolon üzvlərinin rəsmi Bakının siyasətində təsirini zərərsizləşdirmək olar. Görsənir ki, İlham Əliyev buna doğru gedir və Lapşinin gətirilməsi Rusiyaya ciddi şəkildə mesajdır. Bundan sonra Qarabağda savaşın alovlanması qaçılmazdır.
***

Anaxeber.Az yazır ki, Lələtəpədən Lapşinə kimi gedib çıxan “5-ci kolon”la mübarizə artıq siyasi motiv daşıyır.
Vladimir Putin İlham Əliyevlə dostluqdan razı ikən rəsmi Bakının siyasətinə də nəzər yetirmək lazımdır. Azərbaycan Rusiyanın Donbas savaşında Moskvanın yanında olmadı və Ukraynanın ərazi bütövlüyünü tanıdı.

Azərbaycan Suriya siyasətində də analoji mövqeyində dayandı - nə Qərb, nə rus tərəfə əyildi. Gürcüstan siyasətində də Bakı müstəqil hərəkət etdi. Lələtəpə döyüşündə də Azərbaycan Rusiya faktorunu nəzərə almadı və öz maraqlarından çıxış etdi.
Əvəzində Lavrov “Qarabağ Azərbaycanın daxili işi deyil”, Jirnosvki “Keçmiş respublikalar Rusiyanın tərkibinə qayıtmalıdır” kimi mesajlar verilirdi.
Yəni heç də Əliyev administrasiyasının Moskva siyasətində uzlaşma və mehribanlıq müşahidə edilmirdi. Və bunun yekun möhrü - Lapşin olayına vuruldu.
Bundan sonrasını proqnozlaşdırmaq çətindir. Yalnız onu demək olar ki, Kreml Bakıdan narazıdır, onun orbitinə daxil olmadığı üçün Əliyevdən gileylidir və Qarabağda növbəti aprel savaşı istisna olunmur...
Anaxeber.Az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net