Ana səhifə

Samir Şərifovun İlham Əliyevə siyasi xəyanətinin şifrələri: maliyyə şefinin məxfi - Dosyesi

    Tarix: 27-01-2017 11:17   
  Samir Şərifovun İlham Əliyevə siyasi xəyanətinin şifrələri: maliyyə şefinin məxfi - Dosyesi
Maliyyə naziri Samir Şərifovun prezident İlham Əliyevə siyasi xəyanətinin deşifrə olunması onu küncə sıxışdırıb. İqtidardakı dayaqlarını və etimadını itirmiş nazir media emissarlarının hesabına bu məsələni gündəmdən çıxarmağa çalışır.

Anaxeber.Az-ın verdiyi xəbərə görə, nazir sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin yolunun yarısından dönməklə “sudan quru” çıxmaqdadır.
Maliyyə naziri bir vaxtlar Qərbin çiyinlərində hakimiyyətdə yüksəlişinə inanırdı. Onun məxfi agentliyi barəsində hakim dairələrə sızan kəşfiyyat məlumatından sonra S.Şərifov “zərərsizləşdirildi”.

O, F.Əliyev kimi “narıncı inqilab” ideyasını davam etdirmək niyyətində idi. Lakin hakimiyyətin siyasi təcrübəsi və beynəlxalq arenadakı əlaqələri S.Şərifovun arzularını qursağında qoydu.
Nazirin üç ölkənin agenti kimi ifşa olunmasına baxmayaraq, əslində, maliyyə şefi daha çox Qərb dairələrinə meylli idi. Onun siyasi dosyesinin indinin özündə də İ.Əliyevin masası üstündə olduğu xəbər verilir. Ölkə rəhbərliyi hələ də maliyyə nazirinə güvənmir.
Manatın devalvasiyası, bank sektorunun çöküşü və maliyyə sabitliyinin pozulmasında nazirin məsuliyyəti olsa da, ona bu problemlərə görə o dərəcədə də qəzəb yoxdur.

Böhran iri pəncələri ilə ölkəni tapdalayır və bir nazirin fəaliyyəti ilə mübarizə aparmaq mümkün deyil. S.Şərifova qəzəbin səbəbi məhz Qərb dairələrində apardığı gizli danışıqlardır.
Anaxeber.Az-ın verdiyi xəbərə görə, indi maliyyə naziri böyük bir media kampaniyasına start verərək arxayınlaşıb. O, media emissarlarının sayəsində İ.Əliyevə etdiyi siyasi xəyanətin mətbuat səhifələrindən yığışdırılmasına, ört-basdır olunmasına cəhd edir.
Bir vaxtlar Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov MTN işində adının hallanmasını istəmədiyi üçün bu addımları atırdı. İndi görünür ki, Samir Şərifovun “quyruğu qapı arasında” qalıb.
Maliyyə naziri iqtidar rəhbərliyinin gözündən elə düşüb ki, hər an vəzifəsini itirmək təhlükəsi var. Buna görə də işi mediaya düşüb.
Fakt isə ondan ibarətdir ki, maliyyə naziri hakimiyyətdə yüksəlişini təmin etmək üçün Qərb dairələri ilə razılaşmalar aparıb. Sonunda proje iflas edib və nazir faş olub.

Gələn xəbərlərə görə, onun vəzifədən getməsindənsə, mərhələli şəkildə zəiflədilməsi kursu götürülüb. Hətta nazir son hadisələrin ardınca istefa verməyə hazır olduğunu da açıqlayıb. Amma hakim dairələr onun gedişinə imkan verməyib.
Nazirin qələmi qırılsa da, qırılmış qələmlə fəaliyyət göstərməyə məhkum edilib. Nəticədə maliyyə naziri nəqliyyat nazirinin aqibətini yaşamaqla məşğuldur.
Baxmayaraq ki, S.Şərifov spekulyasiyalar edərək mövqeyini möhkəmləndirməyə can atıb. Bununla belə, onun iqtidardakı dayaqları zəiflədilib və nazir mediada barəsində gedən materialları dayandırmaq niyyətindədir.
Anaxeber.Az-ın verdiyi xəbərə görə, adı üç ölkənin casusu, manat qatili, Cahangir Hacıyev işi, Dubayda 12 min dollarlıq oteldə gecələmək və vitse-prezidentlik iddialarına qədər hallanmış S.Şərifovun kölgəyə çəkilmək istəkləri var.
Onsuz da halqası daralan və səlahiyyətlərinin azaldılması planalaşdırılan bir ərəfədə vəziyyətdən ayrı çıxış yolu qalmayıb. Odur ki, media ilə dil tapmaq xətti götürülüb.

Bu informasiyalar içərisində sızan iddialara görə, maliyyə nazirinin hədəfə alınmasında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun da iştirakı var. Ölkənin ən qüdrətli nazirlərindən olan FHN şefi maliyyə sahəsini də öz əlində cəmləşdirmək istəyindədir.
Fərhad Əliyevin devrilməsi ilə İqtisadiyyat Nazirliyini ələ keçirən və öz kadrı olan Şahin Mustafayevi nazir postuna gətirən K.Heydərov Maliyyə Nazirliyini də ələ almağa çalışır.

Bu çəkişmənin təfərrüatını növbəti yazıda təhlil edəcəyik. Reallıq budur ki, fövqəlnazir Şərifovun “vurulması” əməliyyatında öz payını götürməyi hesablayıb.
Maliyyə nazirinin isə ona batmaq imkanları məhduddur. Bu baxımdan yeganə çıxış yolu media emissarlarını hərəkətləndirmək olub. Hazırda maliyyə naziri günahlarını yumaq üçün sudan quru çıxmağa çalışır.

Anaxeber.az yada salır ki, vaxtilə Samir Şərifov qüdrətli fiqur idi. Onun siyasi ranqı var idi. Hətta Hesablama Palatasının sədri postu uğrunda maliyyə naziri Samir Şərifovla bu qurumun keçmiş rəhbəri, hazırda kənd təsərrüfatı naziri olan Heydər Əsədov arasında mübarizə gedirdi.
Palatanın sədrliyinə namizədlər müəyyənləşdirilərkən iki şəxsin üzərində dayanılmışdı: maliyyə nazirinin müavini İlqar Fətiyev və Hesablama Palatası Aparatının Xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri Vüqar Gülməmmədov.
İlqar Fətiyev Samir Şərifovun, Vüqar Gülməmmədov isə Heydər Əsədovun kadrı idi. Bu mübarizədə Heydər Əsədov qalib gəldi.
Məlumatlara görə, Samir Şərifovla Heydər Əsədov arasındakı bu mübarizə maliyyə naziri üçün həm də sınaq xarakteri daşıyırdı. O dövrdə Samir Şərifov baş nazirliyə iddialı məmurlardan biri idi.
Anaxeber.az
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov       Təsisçi: Əhmədov Şahin
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 (050) 614 94 33       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net