Ana səhifə

İlham Əliyevə Cahangir Əsgərovun dosyesini kimlər çatdırıb?

    Tarix: 22-01-2017 22:04   
 İlham Əliyevə Cahangir Əsgərovun dosyesini kimlər çatdırıb?


Azərbaycanın ən odioz məmurlarından biri yenə də iqtidar mənsublarının hədəfindədir. Ölkənin baş pilotu, hakim elita içərisində birmənalı qarşılanmayan, kobud xarakterə malik olduğu deyilən AZAL prezidentinin xoşagəlməz avtoritetliyi yuxarı eşelonda qəbul edilmir.
Necə deyərlər, “sirkə nə qədər tünd olsa öz qabını çatladar”. Cahangir Əsgərovun saymazyana siyasəti, hakimiyyətdə əksər məmurları vecinə almamağı haqqında damla-damla göl yaradır.

Yəni, prezident İlham Əliyevin masasına heç də sərnişinlərdən ya da sıravi iş adamlarından yox, hakim komandadakı ayrı-ayrı adamlardan dosye çatdırılır.
Anaxeber.Az yazır ki, bu günlərdə Cahangir Əsgərovun otellərin birində keçirilən ziyafətdə ofisiant kobud müraciəti də mediada səs-küy qoparmış, hava nəqliyyatı imperatorunun xarakterini ifadə etmişdi.

Bu, onun ətrafındakılara münasibətini ehtiva edirdi. AZAL şefi indiyə qədər müsbət bir hadisə ilə gündəmə gəlməyib. Milli Məclisdə tez-tez tənqid atəşinə tutulan baş pilotdan hamı xirtədəyə qədər narazıdır.
Və hamı da prezidentə Cahangir Əsgərov barəsində şikayətlərini yazır. Bu sırada yüksək çinli məmurların da adı keçir. Məsələ təkcə monopoliya və qiymət bahalığı deyil, AZAL şefinin özünü ölkənin sahibi kimi aparması, tənqidləri qulaqardı etməsi, məmurları saymamasıdır.
Bir zamanlar bu yolu gedən nəqliyyat naziri Ziya Məmmədovun qol-qanadı sındırıldı, vəzifəliləri də xərac oturtmuş millit təhlükəsizlik naziri Eldar Mahmudov da sıradan çıxarıldı, iş adamlarının dərisinə saman təpmiş vergilər naziri Fazil Məmmədov da cəzalandırıldı...
İqtidarın siyasətində əndazəni aşmaq və qırmızı xətti keçmək bağışlanmaz xətadır və ağır cəzalandırma üsulları tətbiq olunur.
Vaxtilə yan-yörəsini saymayan və başı göydən aşağı enməyən Etibar Pirverdiyev, Kərəm Həsənov, Samir Şərifov da indi “ötən günlərimi qaytaraydlar” mahnısını oxuyur.

İndi bu yolun yolçusu olan Cahangir Əsgərovun cəzasız qalacağına arxayınlığı hakim elitanı hərəkətləndirib. İqtidar yetkililəri ən yuxarı səviyyədə narazılığı ifadə etməklə dövlət başçısının dosyeyə uyğun addım atacağına inanırlar.
Anaxeber.Az yazır ki, AZAL prezidenti ilə yola getməyən qüvvələr arasında iri fiqurlar var.
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov, prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov, baş dəmiryolçu Cavid Qurbanov, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adları baş siyahıda keçir.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) 2017-ci il yanvar ayının 12-dən etibarən Gəncəyə təyyarə reyslərinin ləğv edildiyini açıqlaması hakimiyyətin yüksək dairələrində də narazılıqla qarşılanıb 

Bu səbəbdən də AZAL “şef”i Cahangir Əsgərova bu qərarını yenidən gözdən keçirməsi tapşırılıb. Sıravi vətəndaşlardan tutmuş bir sıra indiki və keçmiş millət vəkilləri məlum addımına görə AZAL-ın ünvanına kəskin narazılığını bildirir. 
Əksəriyyət ölkənin ikinci böyük şəhərinə təyyarə reysinin ləğvini AZAL-ın yarıtmaz, monopolist fəaliyyətinin məntiqi sonluğu hesab edir. 
Maraqlıdır ki, Cahangir Əsgərovun rəhbərlik etdiyi şirkət sözügedən qərarı açıqladıqdan sonra ünvanına səslənən sərt tənqidlər və ağır ittihamlar qarşısında susqunluq nümayiş etdirir.
İstisna olunmur ki, bu, məhz həmin qərarın hökumət daxilində də etirazlar doğurması və ona görə də AZAL rəhbərliyinin əks mövqe sərgiləməkdən çəkinməsi ilə bağlıdır. 

Anaxeber.Az yazır ki, C.Əsgərovun şəxsi xarakteri çox ağırdır, hər adamla dil tapmır, ana dilində isə danışmır. AZAL şefi rəsmi tədbirlər istisna olmaqla hər yerdə rus dilində danışır.
Ölkə prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə dil məsələsinə xüsusi diqqət yetirib. Bu bizim müstəqil dövlətçiliyimizin ənənəsidir.  
Qeyd edək ki, Azərbaycanın bəzi məmurları danışanda Azərbaycan dilini pozmaqla qalmır, doğma dillərində normal danışa bilmirlər. Bəzi məmurların nitqlərində ən böyük problem danışanda rus sözlərini çox işlətmələridir. 

Məsələn, tanınmış vəkil Aslan İsmayılov bir müddət əvvəl AZAL şefi Cahangir Əsgərovla bağlı kəskin fikirlər səsləndirib:
“O, Azərbaycan dilində danışmağı da özünə rəva bilmir. İş yerində hamı rus dilində danışanlardır. Cahangir Əsgərov Azərbaycan dilində danışanlara ikinci sort adamlar kimi baxır, öz işçilərini ən ağır sözlərlə təhqir edir. Mənə bu barədə yazanlar var”.
Cahangir Əsgərovun ana dilinə qarşı soyuq münasibətinin haradan qaynaqlandığı bilinmir. Fikir versəniz görərsiniz ki, bu adam rəsmi dövlət tədbirlərində və hökumət üzvlərinin toplantılarında Azərbaycan dilində güclə danışır.
Bundan başqa, onun hakimiyyətdəki ikinci soyada yaxın olduğunu nəzərə aldıqda, bu o deməkdir ki, C.Əsgərov iqtidar daxilində ən ciddi dəstəyini də itirib.
İddialara görə, C. Əsgərovun məlum dəstəkdən məhrum edilməsinin əsas səbəblərindən biri qiymətlərin qaldırılması barədə iradlara AZAL-ın “Avropa Oyunlarına idmançıları pulsuz gətirmişik” izahatı olub.

Bu, iqtidarın son illər ən uğurlu projesi olan Avropa Oyunlarına “kölgə salmaq” kimi dəyərləndirilib və C.Əsgərovun özünün, necə deyərlər, “bileti kəsilib”. 
C.Əsgərovun hədəfə gəlməsinin daha bir mühüm səbəbi AZAL-ın vergi ödəmələrində maliyyə maxinasiyalarına yol verməsidir.
C. Əsgərovun “vurulmasının” səbəbləri sırasında onun baş nazirin keçmiş I müavini Abbas Abbasov və yəhudi əsilli milyarder Telman İsmayılovla dostluğunu hələ də davam etməsi ola bilər.
Xatırladaq ki, Cahangir Əsgərov vaxtilə “AST Telman”ın ad günündə ona üstü brilyant qaşlarla bəzədilmiş çox bahalı hədiyyə etməsi ilə yadda qalmışdı. 
ANAXEBER.AZ
Turan

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net