Ana səhifə

“Strateji Xəritə”dən silinənlər: iqtidarı parçalayan nazirlər kimlərdir? - Təfsilat

    Tarix: 14-01-2017 11:28   
“Strateji Xəritə”dən silinənlər: iqtidarı parçalayan nazirlər kimlərdir? - Təfsilat



İqtidardakı qüvvələr arasında iqtisadi böhran çaxnaşmalar yaradır. Bu minvalla hakimiyyət içində qarşıdurmalar getdikcə dərinləşə bilər.

Anaxeber.az yazır ki, böhran qeyri-ixtiyari olaraq merkantil maraqları ön plana çəkməkdədir. Mövcud komanda içərisində monopolistlərin konflikti qızışır. Nəticədə onların toqquşmaları bazarların, ərazilərin ələ keçirilməsində dərin çatlar əmələ gətirir.

Hökumət içində parçalanmalar daha irimiqyaslı proseslərin başlanğıcı kimi qiymətləndirilir. Mövcud sistemin yeni iqtisadi islahatlarla ayaqlaşması adekvat deyil.

Prezidentin “Strateji Yol Xəritəsi” ilə paralel olaraq korrupsiya aparatının hərəkətdə olması heç cürə uyğun gəlmir. Bu baxımdan qüvvələrin qarşıdurması, intriqaları dərinləşir.

Bu qovğalar sistemə xidmət edən qüvvələri aqressivləşdirir. Onlar xidmət qarşılığında qabaqkı nəticələri əldə edə bilmir. Qrupların çəkişməsi getdikcə dərinləşir. 

İqtisadi böhran və kəsilən maliyyə məmurları da aqressivləşdirib. Hakim qrupların bir-biri əleyhinə iş aparmasından əlavə mövqelərin bölüşdürülməsi davası qızışır. 

Böhran həm də iqtidarda siyasi təlatümlərə səbəb olur. Bir çox ölkələrdə maliyyə krizisləri onların hakimiyyətlərində siyasi proseslərə təsir edir. 

Bəzi məmurlar gedişatdan narazıdır. Onlar hesab edir ki, idarəolunmaz və xaotik iqtisadi vəziyyət yaranıb. Burdan çıxış olmasa iqtisadi böhran siyasi böhranla əvəzlənə bilər. 

Dünənə kimi dotasiya, “paket” sistemi və büdcə pullarının idarə olunması hesabına oliqarxlaşan yüksək çinli məmurlar indi ciddi itkilərə yol verməkdədir. 

Onlar yaxşı başa düşür ki, neftin dünya bazarında təzədən 150 dollar olması qeyri-mümkündür və hər keçən gün iqtisadi sabitlik pozulmaqdadır.

Bu baxımdan tərəflərin arasında siyasi dayaqların güclənməsi müstəvisində mübarizə alovlanıb. Ölkədə sosial-iqtisadi böhran gündən-günə dərinləşməkdədir.

Dünya bazarında neftin qiymətinin davamlı şəkildə düşməsi korrupsiya və inhisarçılığın, səriştəsizlik və bərbad idarəçiliyin girovuna çevrilmiş Azərbaycanda fəlakətli bir vəziyyət yaradıb.

***

Anaxeber.az yazır ki, hakimiyyət daxilində odioz nazirlər qalmaqdadır. Eləcə də xarici rıçaqlara malik və aparatdan asılılığı az olan qüvvələr möhkəmlənib. Onlar iqtidarın minalanmış müxalifəti də hesab edilə bilər.
Məsələn, nəqliyyat naziri Ziya Məmmədovun Rusiya ilə geniş əlaqələri, hətta himayəçiləri var. Onun nazir postunda indiyə qədər saxlanması da Kremldəki dayaqları hesabına mümkün olub.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun beynəlxaq arenaya çıxışı daha genişmiqyaslıdır. Fövqəlgüc olaraq tanınan Heydərovun ABŞ-da Demokratlarla, Türkiyədə hakim partiya ilə, Rusiyada müəyyən kanallarla bağlılığı var.
Ən vacib məqam fövqəlnazirin dünyanın siyasi beyninin mərkəzi olan Londonla sıx əlaqələridir. Oğlu Tale Heydərovun İngiltərə paytaxında fəaliyyəti də xüsusi deyilməlidir.

Maliyyə naziri Samir Şərifovun üç ölkənin agenti olması iddiaları onun da xarici dairələrdə dayaqlarının olduğunu xəbər verir.
Eyni sözləri vergiləri naziri Fazil Məmmədov, Qafqaz Müsəlmanlar İdarəsinin sədri Allahşükür Paşazadə, ləğv edilmiş MTN şefi Eldar Mahmudov haqda da söyləmək olar.
Həmçinin, Kremlin “5-ci kolon”u fəallıq nümayiş etdirir. Onlar istənilən zaman təxribatlara yarada, böhran dövründə ölkə rəhbərliyini sabotaj edə bilər. Məqsəd - sistemin saxlanması, strateji xəritədə nəzərdə tutulan dəyişikliklərin həyata keçirilməsini qabaqlamaqdır.
Yuxarıda dediyimiz kimi, bəzi məmurlar gedişatdan narazıdır. Onlar hesab edir ki, idarəolunmaz və xaotik iqtisadi vəziyyət yaranıb. Burdan çıxış olmasa iqtisadi böhran siyasi böhranla əvəzlənə bilər. 

Əslində, siyahını uzatmaq mümkündür. Bu xüsusda Serbiyadakı səfir, sabiq baş prokuror Eldar Həsənov, eks-deputat Hüseyn Abdullayev, deputat Səməd Seyidov, həbsdəki bankir Cahangir Hacıyevin xarici əlaqələrini demək lazımdır.
İqtisadi böhranın siyasi böhranla əvəzlənməsi olacağı halda müxtəlif marginal qruplar və provokativ dəstələr meydana çıxa bilər.
Onlar anarxiya arzuları dövlətçiliyin və siyasi hakimiyyətin əsas dayaqlarını sarsıtmağa yönələ bilər. Habelə, radikal islam tendensiyası müşahidə edilməkdədir.
Böhranın iri pəncələri ölkənin üstünə çökdükcə yatmış hüceyrələrin oyanması istisna edilmir. Hər halda prezident yanında yaradılmış Strateji Araşdırma Mərkəzi gedişatı təhlil edir.

Bir tərəfdən isə baxanda mənzərə ondan ibarətdir ki, saraydaxili çəkişmələrdə bir-birini al qana boyayan odioz məmurların mənfəət çəkişməsi hökumətin siyasi kursuna zərbələr endirməkdədir.
İqtidar daxilində müxalifətçilik edən, dövlətin iqtisadi konsepsiyasını tapdalayan və prezidentin sosial-iqtisadi siyasətinə qarşı gedən korrupsiyalaşmış inhisarçı nazirlər öz istəklərini diktə etməyə çalışır. 

Korrupsiyalaşmış və intriqaya meyllənmiş qüvvələr xalqın mənafeyinə əks olan qərarlar verməklə öz biznes mühitini yaxşılaşdırırlar. 
Prezident iqtisadi vəziyyətin tarazlaşdırılması, böhrandan daha az itki ilə çıxılması, işsizliyin qarşısının alınması, o cümlədən əhalinin düşdüyü vəziyyətdən çıxarılması üçün sosial islahatlar həyata keçirir. Hakimiyyət daxilində gedən çəkişmələr isə özlərinə mənfəət verməklə yanaşı xalqa və prezidentə qarşı bir təxribatdır. 

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net