Ana səhifə

Türkiyənin məşhur teleaparıcısı sevgilisi tərəfindən qətlə yetirilib- FOTO, VİDEO (YENİLƏNİB)

    Tarix: 28-08-2017 09:04   
 Türkiyənin məşhur teleaparıcısı sevgilisi tərəfindən qətlə yetirilib- FOTO, VİDEO (YENİLƏNİB)
43 yaşlı Vatan Şaşmaz keçmiş model, 55 yaşlı Filiz Akerin açdığı atəş nəticəsində ölüb. Filiz Aker daha sonra silahı başına dayayaraq özünü öldürüb.

İddiaya görə, Vatan Şaşmaz onu öldürən modellə sevgili olub və 1 aydır ki, onunla Beşiktaşdakı məşhur bir otelin 10-cu mərtəbəsində qalırmış. Məlumata görə, cütlük əvvəlcə otel otağında mübahisə etməyə başlayıb. Bu vaxt Filiz Aker otaqdan çıxmaq istəyən Vatan Şaşmaza 4 dəfə atəş açıb. Teleaparıcı hadisə yerində ölüb. Bundan sonra Filiz Aker silahı özünə tuşlayıb və atəş açıb.



Səsi eşidən otel işçiləri qapını qıraraq içəri girib və qorxunc mənzərə ilə qarşılaşıblar. Bildirilir ki, Vatan Şaşmazın cəsədi qapının yanında, Filiz Akerin cəsədi isə yataqda olub.



Qətl hadisəsi ilə bağlı bir nəfərin saxlanıldığı idda olunsa da, daha sonra bu iddia prokurorluq tərəfindən təkzib olunub. İstanbul Baş Prokurorluğu hadisə ilə bağlı açıqlama verərək, istintaq başlandığını, otel otağında araşdırma ağarıldığını bildirib.



Açıqlamada həmçinin cinayətlə bağlı şahidlərin ifadəsinin alındığı, cəsədlərin ekspertiza üçün tibbi ədliyyəyə göndərildiyi qeyd olunub.

Musavat.com

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net