Ana səhifə

LİSSABONDAN VLADİVOSTOKA UZANAN BİRLİK:qərbli populistləri Putinlə hansı dəyərlər birləşdirir?

    Tarix: 28-06-2018 08:52   


Robert Skidelski

“Project Syndicate”

 

Avropa və ABŞ-dan təxminən bir milyon xarici azarkeşin Moskvaya və Rusiyanın digər şəhərlərinə axını ilə davam edən Dünya çempionatı ilə Rusiya və Qərb bir-birinə zidliyi maskalayıblar. Əslində, iki tərəf arasındakı münasibətlər hazırda tamamilə funksionaldır; Yeni Soyuq müharibə başlayıb.

Postsovet Rusiyasının “Qərbə qoşulması” ümidi yanlış idimi?

Bəziləri rus tarixinin dərinliklərinə dalaraq bu qənaətə gəldikdə, monqol-tatar əsarəti və “maarifçilik dövrü”nün yoxluğuna istinad edirlər. Digərləri Qərbdən uzaqlaşmanı şərti sayırlar.

Məsələn, “Çin və Rusiya: yeni yaxınlaşma” kitabının müəllifi, politoloq Aleksandr Lukin iddia edir ki, digər ölkəyə nisbətən Çinin Rusiyaya daha çox ərazi iddiaları olsa da, Kremlin ona yönlənməsi “təbii nəticə”dir. Qüdrətli super güc kimi, Rusiya qalibə qarşı ağırlıq gücü yaratmaq istəyir.

Bu qaçılmaz idi. Lukin yazır ki, Sovet İttifaqı dağıldıqdan sonra Qərbin iki seçənəyi vardı: Rusiyanı NATO səfinə gətirmək və yeni Marşal Planı təklif etməklə, Rusiyanı Qərb dünyasına inteqrasiya etmək üçün ciddi cəhd göstərmək və ya bu “mərkəz”i tikə-tikə doğramaq. Lukinin fikrincə, Qərb liderləri bu siyasətlə rus avtoritarlığının güclənəcəyi xəbərdarlığı edən Rusiya liberallarına diqqət yetirməyib, NATO və Avropa Birliyini genişləndirərək ikinci variantı seçib.

Bu halda rus təpkisi əsasən müdafiəçi olaraq görülməlidir.

Beləliklə, “Rusiya öz sərhədlərinə çox yaxın hərəkət edən və Rusiya donanmasını Qara dənizdən çıxarmağa açıq-aşkar cəhdə cavab olaraq… Krımı ilhaq edib”. Ancaq bu məsələ müzakirə üçün açıqdır: NATO içində heç bir əsas güc Ukraynanın Alyans üzvlü olması tərəfdarı deyil və Ukrayna liderləri də əvvəldən bunu istəməyib.

Lukin beynəlxalq əlaqələrin “realist” doktrinasının göstəricisidir, bu doktrinada suveren dövlətlər hər zaman hakimiyyət balansı prinsipi üçün öz münasibətlərini tənzimləməyə çalışacaqlar; Qərbin Soyuq müharibə zəfərini sementləşdirmək səyləri Rusiyanın onu geri qaytarma səyindən daha az proqnozlaşdırılandır.

Əslində, əksinədir, Qərbdəki ümumi baxış dövlətlərin indi beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq davranmasıdır.

Bu müzakirələr köhnədir. Tarixçi E. H. Karr 1939-cu ildə hazırladığı klassik tədqiqatında – “İyirmi illik böhran”da  iddia edir ki, beynəlxalq hüququn həmişə “razı ” qüvvələr tərəfindən dəstəklənir, lakin beynəlxalq sistemi öz xeyrinə dəyişməyə ümid edən güclər tərəfindən daim etirazla qarşılanır.

Bu gün Qərb Rusiyanı beynəlxalq hüquq normalarını pozduğuna görə sanksiyalara məruz qoyur, Rusiya isə Qərbi “onun” maraq məkanını parçalamağa çalışmaqda təqsirləndirir. Yeni Soyuq müharibə istər Qərb, istərsə də Rusiyaya öz ambisiyalarından imtina etməyənədək və ya hər iki tərəf əhəmiyyətli ümumi rəyi qəbul etməyə başlayana qədər sona çatmayacaq.

Ukraynalı alim Anton Şexovstov Rusiyanın Qərbdən uzaqlaşması üçün fərqli, lakin bərabər şərti bir şərh təqdim edir. O, bunu Qərbin Ukrayna və Gürcüstan kimi yeni suveren dövlətlərin müstəqilliyini müdafiə etmək üçün çox güclü cəhdlərinə Rusiyanın “avtoritar kleptokratiya”sının paranoyak cavabı olaraq nəzərdən keçirir. Şexovtsovun fikrincə, prezident Vladimir Putin rejimi bu səyləri vahid Rusiya məkanına və ruhuna təhlükə kimi təsvir edir.

Putin üçün dönüş nöqtəsi 2004 və 2008-ci illərdə Ukrayna və Gürcüstanda “rəngli inqilablar” baş verərkən olub.

Şexovstovun açıqlamadığı “avtoritar kleptokratiya”nın necə qurulduğu və rusların əksəriyyəti arasında niyə populyar olmasıdır.

Səbəbin bir hissəsi iqtisadi olmalıdır. Rusiya islahatçıları 1980-ci illərin sonunda iqtisadi liberalizmi şövqlə qəbul etdilər. Bu, 1950-ci və 1960-cı illərdəki köhnə Keynes iqtisadiyyatı deyil, Milton Fridman və Marqaret Tetçerin neoliberalizmi idi. Rusiyada bu doktrinaların həyata keçirilməsinə başlamağın nəticəsi iqtisadi böhran oldu.

Əlbəttə, postsovet kommunist rejimin ilk baş naziri Yeqor Qaydarın başçılığı altında olan islahatçılar sonradan kommunist dövləti parçalandıqdan sonra qorxulu seçimlərlə qarşılaşmışdılar. Buna baxmayaraq, özəlləşdirmə, azad bazar və monetarizmə inancları çox becid aktiv satışları, qaçaraq qeyri-tənzimləmə və vəhşi deflyasiyaya gətirib çıxardı. Bu iqtisadi fəlakətdən Putin kleptokratiyası doğuldu.

İqtisadi neoliberalizmi kompromissiz seçənək kimi qəbul edərək, rus siyasi liberalları kommunizmin sələfiliyini bütünlüklə rədd etdi. Liberalların çox az vaxtı var idi. Hər halda, onların liberalizmə verdikləri siyasi ziyan o qədər böyük idi ki, sonrakı iqtisadi bərpa ilə dirilməyə ümid saxlamadı.

Şexovstovun kitabı xüsusilə Putin rejimi və Avropanın sağçı populistlərinin Birləşmiş Ştatların başçılıq etdiyi və Avropa Birliyi tərəfindən təhrik olunan qlobal nizamın ortaq düşmənini necə yaratması baxımından çox maraqlıdır. Populistlər tərəfindən təsvir edilən Putinin hörümçək torunun mərkəzində “maliyyə kapitalizmi” adlı bir canlı var. O, sərhədlərdən və iş yerindən asılı olmayaraq, eyni cinslilərin nikahı və digər “iyrəncliklər”lə gündəmə gələn azad elita ilə birləşir.

Şexovstov Avropadakı populist partiyaların yüksəlməsinin ilk dəfə Putinin rejiminə Qərbdə güclü həmsöhbətlər verdiyini iddia edir. İtaliya Liqası Partiyasının lideri Matteo Salvini, İtaliyanın koalisiya hökumətinin daxili işlər naziri 2014-cü ildə Putinlə görüşün rahat atmosferini xatırladır: “Biz Rusiyaya qarşı absurd sanksiyalardan danışdıq. Bu sanksiyalar milli vətəndaşı yox, daha çox iqtisadi oliqarxların maraqlarını qoruyur. Onunla miqrantlara qarşı mübarizəyə və ənənəvi dəyərlərin qorunmasına qədər dəyişən mühüm mövzuları nəzərdən keçirdik”.

Rus və Qərb dəyərləri ən azı Qərbdəki bəzi insanlar arasında yaxınlaşma mənbəyidir. 2008-2009-cu illərin iqtisadi böhranından sonra qloballıq, onu dəstəkləyən iqtisadi qaydalar və normaları yalnız ABŞ prezidenti Donald Tramp deyil, Avropa populistləri də etirazla qarşılayıb. Bu nizama səs verənlər yalnız iqtisadi cəhətdən deyil, həm də mədəni cəhətdən “geridə qalır”. Beləliklə, biz himayəçilik və xristian mühafizəkarlığı arasında maraqlı birləşməni müşahidə edirik.

Bütün bunlar Putinin qulağına xoş gələn musiqidir, çünki artıq onun rejiminin praktikalarına qarşı çıxmayan Qərb formalaşır. Odur ki, Kremlin avropadakı populist partiyaları maliyyələşdirməsi təəccüblü deyil.

Kreml və populistlər arasındakı taktik ittifaq “Lissabondan Vladivostoka” uzanan ideoloji birlik yuxusunu çin edir; o, Qərb deyil, “Avrasiya” dəyərlərinə əsaslanır. Belə geosiyasi layihələrin saçaqlardan ana kökə hərəkət etməsi təhlükəlidir.

 

Tərcümə: Strateq.az

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net