Ana səhifə

Putin 11 generalı işdən qovub

    Tarix: 07-04-2018 10:24   


Rusiya prezidenti Vladimir Putin 11 generalı tutduğu vəzifədən azad edib.

Məlumatı Rusiya hökumətinin saytı yayıb.

Bildirilib ki, həmin generallar Rusiya Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Federal Penitensiar Xidmətdə və İstintaq Komitəsində işləyiblər.  Bunlar,

DİN yol hərəkəti təhlükəsizliyi baş idarəsinin rəis müavini general-mayor Pavel Buqaev,

DİN-in Ural Hüquq İnstitutunun rəisi general-mayor Aleksandr Quk,

FHN Yanğından mühafizə xidməti akademiyasının rəisi general-polkovnik Şamsutdin Dagirov,

Federal Penitensiar Xidmətin elmi-tədqiqat institutunun rəisi general-mayor Andrey Bıkov,

Federal Penitensiar Xidmətin Udmurtiya Respublikası üzrə idarə rəisi Vladimir Doronin,

İstintaq Komitəsinin Sverdlovski oblastı üzrə idarə rəisi general-leytenant Valeri Zadorin,

İstintaq Komitəsinin Krasoyarsk diyarı üzrə idarə rəisi general-leytenant İqor Napalkov,

Udmurtiya Respublikasının daxili işlər naziri general-mayor Aleksandr Pervuxin,

İstintaq Komitəsinin Penza baş idarəsinin rəisi general-leytenant Oleq Troşin,

İstintaq Komitəsinin Belqorod vilayəti üzrə baş istintaq idarəsinin rəisi general-mayor Aleksandr Sergeyev,

İstintaq Komitəsinin Pskov vilayəti baş istintaq idarəsinin rəisi general-mayor Oleq Tuşmalov,

DİN-in Volqoqrad vilayəti baş idarəsinin rəis müavini general mayor Vitali Şevçenkodur.

V.Putin işdən çıxarılan generalların tutduqları vəzifələrə yeni təyinatlar barədə də sərəncam imzalayıb.

шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net