Ana səhifə

“Bu, postsovet məkanında keçirilən ən çirkin seçkilər idi”

    Tarix: 19-03-2018 09:36   


“Hamıya məlumdur ki, Rusiyada prezident seçkiləri ədalətli  keçmədi”. Bunu Kommunist Partiyasının Rusiya prezidentliyinə namizədi, Lenin adına sovxozun direktoru Pavel Qrudinin keçirdiyi mətbuat konfransında bildirib.

“Təəssüflər olsun ki, Aleksey Navalnı haqlı idi. Doğurdan da bir adam bir neçə dəfə səs vermiş olub. Belə hallara biz Moskva vilayətində rast gəldik. Aydındır ki, səslərin hesablanması ədalətli aparılmır. Biz özümümüz səsləri sayandan sonra qərar verəcəyik. Bircə şey aydındır. Mənə qarşı bütün bu çirkin kampaniyalara baxmayaraq, biz seçkini layiqincə keçirdik. Bizim proqrama dəstək verən hər kəsə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, prezident seçkilərində qalib gələn namizəd üzünü xalqa tərəf döndərəcək. Xalq dəyişiklik istəyir”,-deyə Pavel Qrudinin seçkinin ilkin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında vurğulayıb.

O, hakimiyyətin və KİV-lərin seçki qanunvericiliyini pozduğunu söyləyib: “Bu, postsovet məkanında keçirilən ən çirkin seçkilər idi. Mən təəssüflənmirəm. Təəssüflənirəm ki, rəqiblərim, seçkini təşkil edən insanlar, hakimiyyət bu seçkidən çirkin siyasi şou düzəltdilər. Gördünüz, debatlar necə keçdi, namizədlər necə seçildi. Bu mənim günahım deyil. Olsa-olsa, bu mənim ağrımdı”.

(apa)

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxebe[email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net