Ana səhifə

ABŞ Ermənistan iqtidarı ilə savaşa başladı - xəbərdarlıq və ittiham

    Tarix: 08-03-2018 09:14   


Sərkisyan rejimini korrupsiya və inhisarçılıqda suçlayan Amerika səfiri: “Ermənistan gələcək siyasi taleyi, hərbi əlaqələri barədə özü, sərbəst qərar verməlidir”; hakim partiyanın rəsmisi isə ABŞ-ı korrupsiyada ittiham elədi - nonsens...

Ermənistanda getdikcə daha da gərginləşən ABŞ-Rusiya münasibətlərindən dolayı təlaş artıb. Təlaşın əsas motivi də işğalçı ölkənin regionda Kremlin 1 nömrəli dayağı və hərbi qalası olmaqla bağlıdır. Aydındır ki, bu amil Qərbin aparıcı dövləti kimi Birləşmiş Ştatların Güney Qafqaza təsirini yaymaq önündə ciddi əngəl olaraq qalır.

Okeanın o tayından bu reallıqları təbii ki, görməzlikdən gələ bilməzlər. İrəvanın əsas müttəfiqi Rusiya həmçinin qonşu Gürcüstanın ərazisinin bir hissəsini işğal altında saxlayır ki, buna görə Ermənistan da məsuliyyət daşıyır. O üzdən son vaxtlar Rusiyaya qarşı yönələn sanksiyalar haqda danışarkən Ermənistanın adı daha tez-tez hallanmaqdadır.

*****

ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz ile ilgili görsel sonucu

Bu arada ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz 1 in.am erməni nəşrinə geniş müsahibə verib. Gözlənildiyi kimi, yuxarıda qeyd edilən tezislər müsahibədə “qırmızı xətt” kimi keçib. “Yeni Müsavat”ın məlumatına görə, diplomat işğalçı ölkədə hökm sürən korrupsiyadan, ədalətsiz rəqabət mühitindən də danışıb və Ermənistan hökumətinə xəbərdarlıq xarakterli mesajlar verib.

Səfir bu xüsusda deyib: “Korrupsiyanın həyəcan doğuran və Amerika sərmayəsinin qarşısını alan bir forması da odur ki, onun nəticəsində bazarlar bağlanır, ədalətsiz rəqabət mühiti formalaşır. Məhz o zaman iqtisadi və siyasi əlaqələri olan nüfuzlu adamlar öz maraqlarını həyata keçirməkdən ötrü imkanlarını və rıçaqlarını işə salırlar. Nəticə etibarilə ədalətsiz mühit yaranır, hamı üçün bərabər oyun qaydaları bərqərar ola bilmir. Fikrimcə, korrupsiyanın bu tipi və hakimiyyətdən sui-istifadə Ermənistan üçün ən böyük bəla, ölkənin ticarət və investisiyalara açılması önündə ən böyük əngəl olaraq qalır”.

Diplomat Rusiya amilindən də danışıb. “Biz Rusiyaya meydan oxuyan, dünyada Amerika təsirini azaltmağa çalışan dövlət kimi baxırıq. Bu ölkə təkcə Suriyada deyil, Avropada da təxribatçı hərəkətlər edib. Rusiyanın Gürcüstan ərazisinə soxulması, Ukrayna ərazilərinin işğalı, İkinci Dünya müharibəsindən sonra Avropanın təhlükəsizliyi üçün ən böyük hədədir”, - deyə səfir qeyd edib.

kreml ile ilgili görsel sonucu

Diplomat ABŞ-Rusiya münasibətləri fonunda Ermənistanın tutduğu mövqeyə, Moskva ilə ifrat yaxınlaşmağa diplomatik tərzdə etiraz edib: “ABŞ-la Rusiya arasında bütün cari problemlərə və çətinliklərə baxmayaraq, Amerika hökuməti anlayır ki, Ermənistan Rusiya ilə iqtisadi, diplomatik, mədəni və başqa sahələrdə yaxşı əlaqələrə malik olmalıdır. Biz Ermənistanı dilemma qarşısında qoymuruq, demirik ki, siz bizimlə Rusiya arasında seçim eləməlisiniz. Biz deyirik ki, ABŞ, Rusiya, Çin və Avropa Birliyi ilə əlaqələr bir-birinə zidd deyil. Birləşmiş Ştatların hədəfi odur ki, Ermənistan gələcəkdə siyasi olaraq necə inkişaf eləməsi, öz iqtisadiyyatını necə irəli aparması, kiminlə HƏRBİ ƏLAQƏLƏR QURMASI (seçdirmə bizimdir - ”YM") qurması ilə bağlı özü, suveren qərar versin. Biz sizə sərbəst qərarlar qəbul eləmək qədər müstəqıl olmağa kömək eləməyə hazırıq".

Armenia ile ilgili görsel sonucu

Rusiyaya qarşı Amerika sanksiyalarına toxunan Riçard Millz deyib: “Nəhayət, mən sizə bildirmək istəyirəm ki, ABŞ Konqresinin qəbul elədiyi sanksiyalar Rusiyanın özünü pis aparması, onun Ukraynaya təcavüzü, ABŞ-dakı prezident seçkilərinə və Avropadakı müttəfiqlərimizə qarşı davranışı əleyhinə yönəlib. Siyahı da Konqresin sifarişi əsasında tərtib olunub. Ora Putinin yaxın ətrafını təmsil edən adamlar, oliqarxlar, məmurlar daxildir. Və bu xəbərdarlıq Rusiya hökuməti və Rusiya şirkətləri ilə işi olan hər kəsə xəbərdarlıqdır. Əlbəttə ki, mən gələcək üçün zəmanət verə bilmərəm, amma əgər gələcəkdə bu strukturlardan biri ilə hansısa anlaşma olarsa, onlara qarşı da sanksiyalar tətbiq edilə bilər. Rusiyaya qarşı tətbiq olunan sanksiyalarda müddəalar var və orada deyilir ki, sanksiyalar Rusiya qaynaqlarından böyük həcmdə silah və döyüş sursatları alan hökumətlərə və ya təşkilatlara da şamil oluna bilər”.

Ermənistan isə məlum olduğu kimi, ən ucuz qiymətə və kiçik faizli kreditlər hesabına Rusiyadan ən çox silah alan, öz işğalçı ordusunu müstəsna olaraq rus hərbi döyüş sistemləri və silah-sursatı hesabına komplektləşdirən bir təcavüzkar ölkədir...  

*****

Maraqlıdır ki, amerikalı diplomatın ittihamlarına rəsmi İrəvanın qəzəbli cavabı gecikməyib. “Yeni Müsavat” xəbər verir ki, parlamentdə çoxluqda olan hakim Respublikaçılar Partiyası fraksiyasının rəhbəri Vaqram Baqdasaryan deyib:“Məsələ Ermənistana yatırılacaq milyonlarda deyil, korrupsiya ilə mübarizə üçün siyasi iradədədir. Biz təəssüf edirik ki, korrupsiya haqda korrupsiya ilə üzləşmiş ölkələrin nümayəndələri danışır. Avropa ölkələrində nələr baş verdiyinə baxın. ABŞ-da da korrupsiya riskləri var. Mən əlbəttə ki, cənab Millzə minnətdaram ki, o, bizim ölkədəki vəziyyətə görə narahatdır. Aydındır ki, o, səfir olduğu müddətdə hansısa uğura çatmaq istəyir. Ancaq o başa düşməlidir: o ölkələr ki, korrupsiyadan danışır, onlar özləri korrupsiyanı azaltmalı və bununla nümunə olmalıdır”.

Ermənistana Amerika sərmayələrinə qarşı korrupsiyanın səviyyəsinin və inhisarçılığın əngəl olması barədə diplomatın dediklərinə münasibət bildirən hakim partiya rəsmisi səfiri konkret faktlar göstərməyə çağırıb...

*****

Əlavə edək ki, az öncə səfir Riçard Millz Ermənistan hökumətini Rusiyaya qarşı sanksiyaların təsiri altına düşə biləcəyi barədə xəbərdar eləmişdi. Yeri gəlmişkən, ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin direktoru Deniel Kouts dünən növbəti həftə ərzində Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdiriləcəyi anonsunu verib. Demək, işğalçı Ermənistan da öz payını götürməlidir...

“Yeni Müsavat”ın analitik xidməti

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net