Ana səhifə

Putinin nüvə mühərrikli raketi və torpedosu: fiziklər və hərbi ekspertlər çaş-baş qalıb

    Tarix: 05-03-2018 08:18   


Rusiya prezidenti Vladimir Putinin federal Məclis qarşısında ənənəvi illik hesabatı zamanı anons etdiyi yeni strateji silah növləri barədə deyilənlər hərbi ekspertləri və alimləri çaş-baş salıb. Xüsusən də nüvə mühərrikli, saatda 20 min kilometr sürətlə uça bilən qanadlı raket və yenə də nüvə mühərrikli pilotsuz sualtı aparat, yaxud okeanın bu başından o başına ildırım sürəti ilı şığıya bilən torpedo barədə günlərdir müzakirələr səngimir. Çünki nüvə yanacağı ilə işləyən mühərrik elə həcmdə olmalıdır ki, onu raketə, yaxud torpedoya yerləşdirmək mümkün olsun. Elmə isə belə mühərrik məlum deyil. Çünki nüvə mühərriki nüvə reaktoru deməkdir və bunun da çəkisi ən yaxşı halda onlarla tondur. Çəkisi onlarla ton olan reaktoru isə raketə yerləşdirmək mümkün deyil.

Fiziklər deyirlər ki, raket üçün nüvə mühərriki hazırlamaq  texnologiyası yoxdur və ümumiyyətlə, əgər mühərrik mövcud olsa belə onu illərlə sınaqdan keçirmək, yalnız bundan sonra raketə bərkitmək lazım gələrdi.

Lakin Rusiya prezidenti bildirir ki, kiçik qabaritli nüvə mühərrikini hazırlamaq onun alimlərinə müyəssər olub. Çünki yeni tip materialların əldə edilməsi belə mühərriki hazırlamağa imkan verib.

Virtualaz.org xəbər verir ki, hərbi ekspert Pavel Felgenhauer həmin silahların əslində uran-232 əsaslı atom batareyası ilə təchiz edildiyini təxmin edir. Ekspert bu bataeriyanı istehsal və istismar baxımından olduqca təhlükəli, onların təchiz edildiyi raketləri isə “uçan Çernobl” adlandırır. Deyir ki, belə raketlər Rusiyanın özü üçün daha çox təhlükə yaradardı, nəinki Birləşmiş Ştatlara.

Felgenhauer hesab edir ki, Putin hələ SSRİ dövründə məlum olan texnologiyadan danışıb. “Söhbət “atom batareyasından” və ya enerjinin zəncirvari reaksiya olmadan nüvə parçalanması sayəsində ayrıldığı radioizotop mənbədən gedir. Atom batareyaları çoxdan ABŞ-da və Rusiyada, digər ölkələrdə istehsal olunur. Məsələn, kosmik aparatlar üçün”-ekspert deyir.

Felgenhauerə görə ola bilsin Rusiya bu texnologiya əsasında daha güclü batareyalar əldə edə bilib. Əgər belədirsə həmin batareyaya Putinin elan etdiyi altı yeni silah növündən üçünü-qanadlı raketi, sualtı dronu və mobil lazer qurğusunu bərkitmək olar. Lakin nəzərə almaq lazımdır ki, Uran-232 həm istehsal, həm onunla işləyən personal üçün olduqca təhlükəli radioaktiv maddədir. Üstəlik belə mühərriklə təchiz edilmiş raketi qamma-şüalanma sayəsində asanlıqla izləmək olar. “Bu aparat Amerikdan çox Rusiyanı təhdid edərdi”-o bildirib.


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net