Ana səhifə

İRAN NARAHAT DÖNƏMƏ QƏDƏM BASIR –Bu dəfə qiyama sollar başçılıq edəcək – Təhlil

    Tarix: 07-02-2018 09:02   

İRAN NARAHAT DÖNƏMƏ QƏDƏM BASIR –Bu dəfə qiyama sollar başçılıq edəcək – Təhlil







İrandakı durum təcrübəsiz müşahidəçi üçün sabitliyə daxil olub. Kütləvi etirazlar başa çatıb, etirazlar sayca az idi və məhəlli xarakter daşıyırdı. Lakin ekspertlərin çoxu iddia edir ki, etirazların indiki gedişi bir çox baxımdan İslam inqilabının gedişindəki durumu təkrarlayır.

Yanğın torf batalığındakı kimi dibə çəkilib və hər an üzə çıxa bilər. İranda 2017 dekabr-2018 yanvar hadisələrinin hələlik ayrıntılı təhlili yoxdur.

Deyilməsi qəbul olunub ki, çıxışlar istisnasız olaraq iqtisadi səbəblərdən, xüsusən də əsas ərzaqlar və yanacağın qiymətinin qalxmasından doğub. Bu amillər, həqiqətən də, var idi, amma bunlar başlıcaydımı?

Burada hansısa analiz gərəkdir.

Qərb sanksiyaları İranı iqtisadi durğunluğa salıb və son bir ildə iqtisadi artıma baxmayaraq, ölkə iqtisadiyyatı durğunluqdan çıxa bilmir. Və bu durum hər şeydən əvvəl gəncliyə zərbə vurur – Ümümdünya Bankının məlumatına əsasən, 2017-ci ilin yazında İranda gənclər arasında işsizlərin sayı işsizliyin 11,3 faizi səviyyəsində, demək olar, 30%-ə çatıb.

Bununla belə, bu il İran əhalisi 82 milyon nəfər təşkil etməlidir, hər il isə 1 milyon nəfər artır.

Eyni zamanda “qəzəblənmiş iranlı gənclərdən” çoxu o cümlədən xaricdə ali təhsil alıb, amma çağdaş İran cəmiyyətində özünə yer tapa bilmir. Paradoksdur, amma müasir hökumətin özü İranın son şahı Rza Pəhləvinin ayaq basdığı cığıra ayaq qoyub: “ağ inqilab” adlı hadisə nəticəsində iranlı gənclərin əksəriyyəti ali təhsil alıb, amma layiqli iş tapa bilmir və nəticədə 1978-1979 hadisələrində, az qala, həlledici qüvvə olub.

Hazırda İranda sosial liftlər şah dönəmindəki kimi praktik olaraq bağlıdır. İİKK-in (İslam İnqilabı Keşikçiləri Korpusu) kölgəsi bu və ya başqa formada bütün iqtisadiyyatın üzərində hakimdir.

Gənclər fəal şəkildə alternativ arayırlar və olduqca səciyyəvidir ki, bu yaxınlardakı iğtişaşlar zamanı birinci növbədə dini məktəblər – mədrəsələr hücum obyekti olub. Artıq təkcə (qonşu Türkiyədəkindən xeyli aşağı olan) həyat səviyyəsi deyil, həm də ideoloji təsislər qane etmir.

70-ci illərin sonundakı nəsil üçün bütün sualların (hər şeydən öncə sosial bərabərsizliyin aradan qaldırılması məsələsi) cavabı İslam idisə, bu, indiki nəsil üçün inkişafa maneədir.

Təsadüfi deyil ki, İran hökumətin hazırda etirazın ümumi ideologiyasının formalaşmaması üçün İran universitetlərində önləyici əməliyyatlar keçirir.

Bu necə ola bilər?

Liberalizm ideyası İranda çoxdan məlumdur və “İslam inqilabı” bir çox baxımdan ABŞ-ın dəstəklədiyi məhz narazı liberalların hərəkatı kimi başlanıb. Lakin indi İranda bu doktrinanın ardıcılları azdır, Qərbə inamsızlıq ümummilli özəllik olaraq qalır.

Etirazlaırn ön cinahına qaçılmaz şəkildə sollar çıxacaq, dünyəvi hakimiyyət şüarı altında hərəkət edəcəklər.

Tez-tez eşitmək mümkündür ki, İranda etirazların bütün strukturları çoxdan darmadağın edilib. Həqiqətən də, İran Kommunist Partiyası (TUDƏ) 1992-ci ildən ölkədən qıraqda fəaliyyətdədir və son hadisələrə ciddi təsir göstərməyib. Amma İranda solçu etiraz ənənələri həmişə güclü olub və burada aparıcı qüvvə İran Xalqının Mücahidləri Təşkilatı (İXMT) olub.

İXMT birinci olaraq ayətullahlar rejiminə qarşı müxalif çıxıb və 1981-ci ildə ayətullah Xomeyninin aradan götürmək qəsdilə terakt keçirib. İran hökuməti İXMT strukturlarının darmadağın edilməsi haqda 1981-ci ildə rəsmən bildirib, amma son olaylar göstərir ki, bir çox fəallar gizli şəraitdə qoruna biliblər.

Qərb İXMT-i artıq çoxdan terorçu təşkilat kimi tanımaqdan imtina edib və İranın rəsmi müxalifəti kimi onunla danışıqlar aparmağa hazırdır. İXMT Səudiyyə Ərəbistanı və Frs körfəzi ölkələrindən maliyyə yardımı aldığı haqda məlumatı qəti şəkildə təkzib edib və özünü birinci növbədə İranın fəhlə sinfi və tələbələrinin marağında hərəkət edən vətənsevər təşkilat kimi təqdim etməyə çalışır. Rəsmi Tehran tərəfindən qəddar basqı da onların imicinə oynayır.

İranda etirazların lideri roluna başqa iddiaçılar da var. Və bunların içində hər şeydən əvvəl “İran xalq mücahidləri” (yaxud MKO) – ölkədə qadağan edilmiş, marksizmlə islamçılığın necəsə əcaib qarışığına etiqad edən radikallar qruplaşmasıdır.

Rəsmi Tehran onları ölkədəki əsas teraktlarda ittiham edir. Tehran rəsmilərinin hesab etdikləri kimi, 1994-cü ildən başlayaraq kamikadze özünü İmam Rza məscidində partladandan bəri son dövrlərin bütün teraktlarının arxasında məhz MKO döyüşçüləri dururlar. O zaman 20-dən çox adam həlak olub, hökumət bundan sonra MKO terrorçularına qarşı olduqca dəyişkən uğurla aparılan əsil ov elan edib – heç bir il keçmir ki, islamçı marksistlər növbəti partlayışla özlərini yada salırlar. MKO şəhər liberallarıyla birlikdə 2009-cu ildə Əhmədinejadın təkrar seçilməsinə qarşı çıxışların əsas zərbə gücü idi.

Onların hərbi strukturları haqda məlumatlar fərqlidir.

İran hökuməti hazırda etirazlardan sonra gərginliyi götürməyə cəhd edir: məsələn, İİKK üçün imtiyazların azaldılması haqda rəsmən bildirilib. Amma bu tədbirlər açıq şəkildə yetərsizdir və təşvişə salınmış İran cəmiyyətini sakitləşdirə bilməz.

Sanksiyaların götürülməsi və prezident Ruhaninin liberal islahatlar keçirməsi qaçılmazcasına sosial gərginliyin yüksəlməsi və etirazların yeni qığılcımlarına səbəb olacaq.

Görünür, bu etirazları sollar (solçu qüvvələr) yönəldəcək.

Bir şey aydındır – İran son dərəcə narahat dönəmə daxil olur.

İnnokenti Adyasov
Tərcümə Strateq.az-ındır.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net