Ana səhifə

ABŞ Putinin bütün yaxın adamlarını sanksiya siyahısına saldı

    Tarix: 30-01-2018 17:28   
ABŞ Putinin bütün yaxın adamlarını sanksiya siyahısına saldı
ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın baş naziri Dmitri Medvedevin və Federasiya Şurasının sədri Valentina Matviyenkonun adlarını da sanksiya siyahısına salıb.
Yeni sanksiya siyahısında D.Medvedev və V.Matviyenkodan başqa, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun, Rusiya Prezidenti Adminstrasiyasının rəhbəri Anton Vaynonun, Dövlət Dumasının sədri Vyaçeslav Volodinin, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun, prezidentin köməkçisi Vladislav Surkovun, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin, “LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərovun, “Rosneft”in İdarə Heyətinin sədri İqor Seçinin, “Qazprom” Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Aleksey Millerin, general Boris Qromovun, milyarder iş adamları Alşir Usmanovun, Roman Abramoviçin, Süleyman Kerimovun, Vladimir Potaninin, Pyotr Avenin, Arkadiy və Boris Rotenberqlərin, Gennadi Timçenkonun, Oleq Tinkovun və “Kasper laboratoriyası”nın qurucusu Yevgeni Kasperskinin də adları var.

Maliyyə Nazirliyinin Konqresə təqdim etdiyi “Kreml məruzəsi” böyük bir siyahıdan ibarətdir. Orada Rusiyanın 114 yüksək vəzifəli məmurunun, dövlət şirkəti rəhbərlərinin və 96 böyük biznesmenin adı var. Amma hələlik sanksiyaların nədən ibarət olduğu tam açıqlanmayıb.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net