Ana səhifə

TÜRKİYƏNİN AFRİN ƏMƏLİYYATININ GÖRÜNMƏYƏN HƏDƏFLƏRİ:neft, təbii qaz və nəqliyyat dəhlizləri... – TƏHLİL

    Tarix: 21-01-2018 05:40   


  TÜRKİYƏNİN AFRİN ƏMƏLİYYATININ GÖRÜNMƏYƏN HƏDƏFLƏRİ:neft, təbii qaz və nəqliyyat dəhlizləri... – TƏHLİL


Afrin yerləşmə baxımından Türkiyə üçün strateji dəyərə malikdir. Bu ərazilərə kimin nəzarət edəcəyi problemi Türkiyənin təkcə güvənlik sahəsində təşvişinə aid deyil. Daha nəsə var. Afrin iqtisadi baxımdan da önəmlidir.

Cənubunda İdlibin, şərqində Azezin yerləşdiyi Afrinin PKK terrorçularının işğalında qalmağı nə qədər davam edirsə, güvənliyimiz üçün həmişə təhlükə olacaq. Bu vəziyyətin iqtisadi yönü isə PKK-ı Afrində yerləşdirənlərin maraqlarına cavab verir. Həm də Türkiyənin iqtisadi maraqlarını birbaşa hədəfə götürür.

Şimali İraqın neft və təbii qazının Türkiyədən yan keçməklə Aralıq dənizinə ötürülməsini təmin etməyə hədəflənən layihə var. Afrin bu layihənin ayrılmaz hissəsidir. Türkiyə Azez və Cerablus şəhərləri arasındakı əraziləri öz nəzarətinə götürəndən bəri bu, Afrinin PKK-nın işğal etdiyi bölgələrlə birləşməsinə və terrorçuluq dəhlizinin yaradılmasına mane olub.

İdlibdəki əməliyyatla isə Afrindən cənubda Aralıq dənizinə çıxış kəsilib. Lakin PKK nə qədər Afrində qalırsa, bu iki maneəni aradan qaldırmaq üçün dalbadal həmlələr edəcək. O, məhz buna görə də orada yerləşib. Məqsəd – İraqın şimalından başlayaraq Suriyanın şimalından uzanacaq dəhliz üzrə PKK-nın Afrindən Aralıq dənizinə çıxışını təmin etməkdir. Amma Türkiyə 2016-da “Fərat qalxanı” əməliyyatı və 2017-də İdlib əməliyyatı nəticəsində bu hədəfə zərbə endirsə də, problem tam yox olmayıb. Afrin azad olunmasa, PKK orada qalacaq və özünə hər iki tərəfə – cənuba və şərqə çıxışı təmin etməkdən ötrü istənilən üsulu sınayacaq. Bunu edərək Türkiyənin həm güvənliyi, həm də iqitsadiyyatını təhdid edəck. Türkiyədən yan keçməklə təbii qaz və neft nəqli ehtimalı həmişə saxlanacaq.

Bununla yanaşı, Türkiyə ilə qonşuluqda ərəblər deyil, PKK terrorçuları yerləşəcəklər. Və bu, cənubda Türkiyənin quruyol ticarətini həmişə pozacaq. Bu dəhlizin bağlanması Türkiyəyə həm güvənlik, həm də iqtisadi baxımdan çox şey verəcək. Dəhlizi isə PKK-nı burada yeləşdirən güclər açarsa, əllərini yanlarına qoyub oturmayacaqlar.

Amerika koalisiyanın Afrin bölgəsində əməliyyatlar keçirmədiyini desə də, bu bölgənin dəyərini hamıdan daha yaxşı bilir. ABŞ Türkiyənin Afrin əməliyyatını dayandırmaq üçün hətta onu güzəştlərə getməyə çağıran bəyanatlardan da çəkinmir.

ABŞ-ın məqsədi Türkiyəni təkcə ticarət marşrutundan çıxarmaq deyil, həm də Suriyada öz hərbi qüvvələrini saxlamaq və artırmaqdır. Bütün hərbi və silah tədarükləri indiyədək hava yoluyla həyata keçirilib. Suriyanın şimalında Aralıq dənizinə bağlı dəhlizin açılması bir çox baxımdan ABŞ-ın əl-qolunu açacaq. Bu dəhliz sayəsində daha az məsrəfli dəniz yolundan istifadə oluna bilər. ABŞ Suriyaya dəniz yolu açaraq istifadə edə bilsə, bu, onun həm Suriya, həm də İraqın gələcəyinə yönəlmiş və hərbi baza və silahların yerləşdirilməsilə bağlı bütün layihələrinə zəmanət ifadə edəcək.

PKK-nın Afrinin cənubundan Aralıq dənizinə çıxışını nəzərdə tutan şimal dəhlizi enerji resursları, neft və təbii qazın nəqli üçün son dərəcə önəmlidir. Bu dəhliz hərbi dəstəyin təkcə havadan deyil, həm də dənizdən verilməsi üçün də qiymətlidir. Bununla yanaşı, bu dəhlizin rolu təkcə energetik və hərbi önəmlə məhdudlaşmır.

Axı ABŞ-ın yönəltdiyi, döyüş meydanında isə PKK-nın yerləşdiyi marşrut adamdan tutmuş narkotiklərə qədər hər cür qaçaqmalçılıq üçün istifadə olunacaq. Və budur, Türkiyə indi bu cür quruma qarşı mübarizə aparır.

ABŞ isə əlindən gələni edir ki, Türkiyə Afrinə girməsin…


Taha Dağlı
Tərcümə Strateq.az-ındır.шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net