Ana səhifə

Saakaşvili Kiyevdə həbs olundu

    Tarix: 09-12-2017 03:12   
Saakaşvili Kiyevdə həbs olundu

Dekabrın 8-dən 9-a keçən gecə, təxminən saat 12 radələridə Ukrayna xüsusi xidmət orqanları Gürcüstanın sabiq prezidenti, Odessanın(Ukrayna) keçmiş qubernatoru Mixail Saakaşvilini həbs edib.

Musavat.com-un məlumatına görə, bu barədə Saakaşvilinin tərəfdarı, Azərbaycanın Ukraynadakı diaspor liderlərindən olan Hikmət Cavadov facebook səhifəsində məlumat yayıb. O, bildirib ki, hazırda Saakaşvilinin tərəfdarları onun saxlanıldığı idarəyə doğru yürüş edirlər.

Qeyd edək ki, Saakaşvilinin liderliyi ilə 3 gün öncə Ukrayna prezidenti Poroşenkonun impiçment edilməsi ilə bağlı Kiyevdə davamlı aksiyalar başlayıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net