Ana səhifə

Kılıcdaroğlu Ərdoğanla bağlı verdiyi vədini yerinə yetirdi

    Tarix: 29-11-2017 08:43   
 Kılıcdaroğlu Ərdoğanla bağlı verdiyi vədini yerinə yetirdi


AK Parti təmsilçisi Kılıcdaroğlunun nümayiş etdirdiyi sənədləri saxta adlandırdı

Bir müddәt öncә Türkiyә ana müxalifәt partiyası CHP-nin sәdri Kamal Kılıçdaroğlu prezident Rәcәb Tayyib Әrdoğan vә ailәsi haqqında korrupsiya iddiaları ilә çıxış etmişdi. Türkiyә prezidenti Rәcәb Tayyib Ərdoğan CHP sədrinin iddialarını sübut edəcəyi təqdirdə, tutduğu vəzifədə 1 dəqiqə də qalmayacağını və siyasətdən gedəcəyini bildirmişdi.

Bu gün Türkiyənin ana müxalifәt partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Türkiyә Prezidenti Rəcəb Tayyib Ərdoğanın övladları və yaxın qohumlarının xaricdəki bank hesablarına pul göndərmələri ilə bağlı ortaya atdığı iddianı sübut etmək üçün sənədlər göstərib. Belә ki, CHP sədri partiyasının qrup iclasında çıxış edərək iddia edilən pul köçürmələri üzrə SWİFT sәnәdlәrinin əlində olduğunu deyib. Kamal Kılıçdaroğlu bildirib ki; “2011-ci il avqustun 1-də Men adlı ada dövlətində “Belvev Limited” şirkəti qurulub. Hәmin şirkətin qurulması ilə bağlı sənəd də bizdədir. Bu şirkət 1-2 avqust tarixlərində İdarə Heyətinin iclasını keçirib. İdarə Heyəti Sıtkı Ayan adlı bir şəxslә formalaşıb. Şirkәtin dәyәri 1 funt-sterlinq olub. Şirkәtin ona aid olduğuna dair Türkiyədə və Men adasında qeydiyyatlar var. Bu şәxs şirkəti 2011-ci il noyabrın 15-də Qasım Öztaşa təhvil verib”.

CHP sədri hər iki şəxsin Türkiyədə qaldıqları ünvanları söylәyәrәk əlavə edib ki, həmin şirkətin bütün qeydiyyatları üzə çıxarılıb. O, diqqətə çatdırıb ki, iddia etdiyi pul köçürmələri həmin şirkətə edilib: “Ziya İlgen (R. T. Ərdoğanın yeznəsi) 15.12.2011-ci il tarixində “Belvey” şirkətinə 2,5 milyon dollar pul göndərib. Mustafa Ərdoğan (R. T. Ərdoğanın qardaşı) 15.12.2011-ci il tarixində 2,5 milyon dollar pul göndərib. Z. İlgen 26.12.2011-ci il tarixində 1 milyon 250 min dollar, M. Ərdoğan isə 1 milyon 250 min dollar, Osman Ketenci (R. T. Ərdoğanın qudası) 27.12. 2011-ci il tarixində 1 milyon 250 min dollar, M. Gündoğan (R. T. Ərdoğanın keçmiş baş kargüzarı) 1 milyon 250 min dollar, O. Ketenci 28.12.2011-ci il tarixində 1 milyon dollar, Əhməd Burak Ərdoğan (R.T. Ərdoğanın oğlu) isə 1 milyon 450 min dollar məbləğində vəsait göndərib”.

CHP sədrinin sözlərinə görə, Ə.B.Ərdoğan 2 milyon 300 min dollar göndərib: “Bütün bu pulların SWİFT mesajları əlimizdədir. Xaricə dollar göndərəndə bu mesaj vasitəsilə göndərilir. Bu məni qane etməz dedim. Bankların qəbzlərini istədim. Pulun göndərildiyi qəbzləri. Bunların hamısı bankların rəsmi qeydiyyatında var. O şirkətlərin də qeydiyyatlarında mövcuddur. Mən iddiamı sübut etdim”.

CHP sәdri Kamal Kılıçdaroğlunun bu gün TBMM-dә qrup toplantısının iclasında sәslәndirdiyi iddialara vәkil Әhmәd Özәl prezident R.T.Әrdoğanın vә sәnәdlәrdә adı çәkilәn şәxslәrin vәkili olaraq yazılı açıqlama verib. Açıqlamada bildirilir ki, “Kamal Kılıçdaroğlu müvәkkillәrim haqqında sәslәndirdiyi iddialar bütünlükdә yalandır vә göstәrdiyi sәnәdlәrin dә hamsı saxtadır. Kılıçdaroğlu göstәrdiyi sәnәdlәri dәrhal ictimaiyyәtlә paylaşmalıdır. Әlavә olaraq deyim ki, Mustafa Gündoğan iş adamı olub vә heç bir zaman prezidentin baş kargüzarı vәzifәsindә olmayıb. Yenә әlavә oıaraq bildirim ki, Kılıçdaroğlu әlindәki sәnәdlәr bu gün iş vaxtı bitәnә qәdәr dәrhal prokurorluğa vermәlidir vә cinayәt işi açılmasını tәlәb etmәlidir. Sәnәdlәrdә adı keçәn şirkәtә müvәkkillәrim tәrәfindәn pul göndәrilmәyib. CHP sәdri Kamal Kılıçdaroğlu görünür onu o vәzifәyә gәtirәn “FETÖ”-yә borcunu ödәmәyә çalışır. “FETÖ” tәrәfindәn verilәn kağızları daha әvvәl dә ictimaiyyәtә açıqlayan vә saxta çıxandan sonra üzü qızarmayan Kılıçdaroğlu indi dә yeni bir skandala imza atıb. Kılıçdaroğlu bir daha “FETÖ” tәrәfindәn tәlәyә salınıb vә biabır edilib. Tәkrar edirәm ki, Kılıçdaroğlu әlindәki kağızları
dәrhal istәdiyi mediya qurumlarına vermәli, Respublika Prokurorluğuna tәqdim etmәli vә işin araşdırılması üçün şikayәt vermәlidir. Tәkrar olaraq qeyd edirәm ki, prezidentin vә ailәsinin ölkә xaricindә heç bir pulu yoxdur. Bütün bu şәrlәmә vә yalanlardan ötrü bütün qanuni yollardan istifadә edәcәyik.”

Daha sonra isә AKP sözcüsü Mahir Ünal jurnalistlәrin gündәmә dair suallarına cavab verib. Ünal CHP sәdri Kamal Kılıçdaroğlunun iddiaları ilә bağlı suallara aydınlıq gәtirib.
Mahir Ünal bildirib ki; ” şәr atmaqda, yalan danışmaqda sәrhәd tanımayan bir müxalifәt zehniyyәti ilә qarşı-qarşıyayıq. Bu gün ittihamda adı keçәn şәxslәrin vәkili açıqlama verib. Adı çәkilәn şәxslәrin vәkili CHP sәdrinә dә sәslәnib ki, әlindәki sәnәdlәr әgәr cinayәt tәrkiblidirsә, konstitusiya mәhkәmәsinә görә özündә saxlamaq cinayәtdir vә sәnәdlәri prokurorluğa tәqdim edilmәlidir. Bütün bunları vәkil mәtbuata verdiyi açıqlamada sәslәndirib. Siyasәt belә olmaz. Siyasәt yalan vә şәr üzәrindәn aparılmamalıdır. Siyasәt palçığı at, izi qalsın prinsipi ilә aparımamalıdır. Әn acısı isә odur ki, Türkiyәyә qarşı Amerikadakı bәzi dairәlәrin apardığı әmәliyyatların artıq danışıqdakı işbirliyindәn real addımlarda işbirliyinә keçmәsidir. Amerikada Türkiyәyә qarşı hazırlanan bәzi planların Türkiyәdә icraçısı Kamal Kılıçdaroğlunun sәdri olduğu CHP-dir.

Kamal Kılıçdaroğlu bir daha öz şәrindә, öz yalanında boğulacaq. Prezidentimizlә vә ailәsi ilә bağlı çirkin yalanların әsli ortaya çıxacaq. Kamal Kılıçdaroğlu vә onun siyasәt anlayışı siyasәt tariximizin zibilliyindәki yerini alacaq.”

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net