Ana səhifə

Lavrov Bakıda Qərb ölkələrini asıb kəsdi

    Tarix: 20-11-2017 23:49   
 Lavrov Bakıda Qərb ölkələrini asıb kəsdi


RF XİN başçısı Sergey Lavrov Bakıda ADA universitetində bugünki çıxışının böyük hissəsini Qərbin tənqidinə həsr edib.

Lavrov iddia edir ki, “başda ABŞ olmaqla, bir qrup Qərb ölkələrinin beynəlxalq həyatın bütün istiqamətləri üzrə öz üstünlüyünü qoruyub saxlamaq cəhdi dövlətlərarası ünsiyyətin həqiqətən demokratikləşməsi, bərabərhüquqluluq, qarşılıqlı hörmət, bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında inkişafı yolunda əsas maneə olaraq qalır”.

“Bundan bir neçə əsr əvvəl “tarixi Qərb” bütün dünyaya rəhbərlik edirdi, “musiqi sifariş verirdi” və əlbəttə ki, bir sıra Qərb ölkələrinin rəhbərliyində, yəqin ki, genetik olaraq kök salmış bu adətlərdən əl çəkmək çox çətindir.

Buna görə onlar əvvəlki kimi öz iradələrini diktə etmək, bizim torpaqlarımızda başqaları hesabına öz rifahlarını təmin etmək istəyirlər. Şübhəsiz, suveren dövlətlərin daxili işlərinə müdaxilə, BMT TŞ-dən yan keçməklə gücdən istifadə, birtərəfli sanksiyaların tətbiq edilməsi, öz qanunvericiliklərinin eksterritorial tətbiqi, “soyuq müharibə” institutlarının müasir reallıqlara uyğunlaşdırılması cəhdləri – bütün bunlar əsasən beynəlxalq hüququn və bir çox çoxtərəfli institutların rolunun azalmasına gətirib çıxarıb, qlobal və regional təhlükəsizliyə və sabitliyə ciddi ziyan vurub”, deyə Lavrov gileylənib.

Onun fikrincə, birqütblü dünya modeli qurmaq cəhdləri xaos və qeyri-müəyyənliyin artmasına gətirib çıxarıb. Bununla birlikdə, Lavrovun fikrincə, bu gün yeni, daha ədalətli və demokratik çoxqütblü dünya sisteminin qurulması prosesi gedir.

Lavrov belə fəaliyyəti üçün meydan kimi BRHÇC, ŞƏT, Avrasiya İqtisadi Birliyi, KTMT, MDB və digər beynəlxalq təşkilatları göstərir.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net