Ana səhifə

Putin fərman imzaladı - Rusiya vətəndaşlığına qəbul olunanlar sədaqət andı içəcəklər

    Tarix: 24-10-2017 09:44   
 Putin fərman imzaladı - Rusiya vətəndaşlığına qəbul olunanlar sədaqət andı içəcəklər

Prezident Vladimir Putin Rusiya vətəndaşlığına qəbul haqda ilk fərman imzalayıb. Rusiya hüquqi məlumatların rəsmi portalına əsasən, təqdimat mərasimindən sonra rus pasportları 62 nəfərə və onların uşaqlarına veriləcək.

“Bu, 18 yaşa çatmamış şəxslər istisna olmaqla … onların and içdiyi gündən Rusiya vətəndaşlığı əldə edir”, – sənəddə deyilir.

Valideynlərinin and içdikləri gündən uşaqları da vətəndaşlıq alırlar.

Fərmana əsasən and içdikdən sonra Rusiyanın yeni vətəndaşları keçmiş sovet respublikaları və Əfqanıstanda anadan olmuş 62 nəfər olacaq.

Qanun artıq qüvvəyə minib. And içərkən namizədlərdən aşağıdakıları demək tələb olunur: “Mən, (tam adı) könüllü və şüurlu şəkildə Rusiya vətəndaşlığını qəbul edərkən and içirəm: Rusiya Federasiyasının Konstitusiyasına və qanunlarına əməl edəcək, onun vətəndaşlarının hüquq və haqlarına hörmət edəcək, dövlətin və cəmiyyətin xeyrinə vətəndaşlıq vəzifələrini yerinə yetirəcək, Rusiya Federasiyasının azadlığını və suverenliyini qoruyacaq, Rusiyaya sadiq qalacaq, mədəniyyətinə, tarixinə və ənənələrinə hörmətlə yanaşacağam.”

bastainfo.com

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net