Ana səhifə

“Azərbaycanı nə Suriyaya, nə də Türkiyəyə dəvət edən yoxdur”

    Tarix: 28-06-2017 11:49   
 “Azərbaycanı  nə Suriyaya, nə də Türkiyəyə dəvət edən yoxdur”

İlqar Vəlizadə: “Belə olan halda ordumuzun bu ölkələrdə anti-terror əməlliyyatı keçirməsi mümkünsüzdür”

PKK-nın Ermənistanla əməkdaşlığı, düşmən dövlətin ordumuza qarşı təşkil edilən diversiya əməliyyatlarında bu terror təşkilatının imkanlarından istifadə cəhdləri haqqında ölkə mətbuatında kifayət qədər informasiya mövcuddur.
Maraqlıdır, Azərbaycanın Ermənistanla əməkdaşlığı iddia olunan PKK-ya qarşı Qarabağ cəbhəsində olmasa da, Türkiyənin İraq və Suriyada apardığı əməliyyatlarda iştirak edə bilərmi? Belə bir iştirak həm Türkiyəyə dəstək vermək, həm ordumuzun praktiki döyüş hazırlığını yüksəltmək, həm də PKK-nı zəiflətmək baxımından məqsədəuyğun sayıla bilərmi?
Anaxeber.az-a açıqlama verən politoloq İlqar Vəlizadə bu ehtimalı indiki şəraitdə real hesab etmədiyini vurğuladı:
“Azərbaycanın Suriyadakı əməliyyatlarda hər hansı şəkildə iştirakını real hesab etmirəm. Xüsusilə də Türkiyə tərəfindən proseslərə qoşulması inandırıcı deyil. Çünki ortada xeyli sayda qarışıq və müəmmalı məsələlər var. Azərbaycanın Suriyadakı əməliyyatlarda iştirakı üçün onu bu ölkəyə dəvət edən tərəf olmalıdır. Bu da Türkiyə ola bilməz. Bu təklif Suriya hökumətindən gəlməlidir. Azərbaycan bütün xalqların suveren hüquqlarını tanıyır və buna hörmət edir. Rəsmi dəvət olmadan hər hansı ölkənin işinə qarışmaq olmaz. Belə bir dəvət olmadan hər hansı ölkədə gedən prosesə müdaxilə etmək düzgün deyil.
PKK təbii ki, terror təşkilatıdır. Azəbaycan Türkiyəyə bir çox sahədə, eləcə də PKK ilə mübarizədə dəstək verməyə hazıdır. Amma Türkiyə daxilində PKK-ya qarşı mübarizədən söhbət gedirsə, Türkiyə Azərbayanın bu prosesdə iştirakını istəyirsə, ona dəvət göndərmidir. Lakin Türkiyədən də belə bir dəvət yoxdur. Türkiyə bildirir ki, onlarınPKK-ya qarşı öz qüvvəri ilə mübarizə aparmaq imkanları yetərincədir. Bu səbəbdən də Azərbaycanın hansısa regionda PKK-ya qarşı mübarizədə iştirak perspektivi yoxdur”.

Seymur Əliyev

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net