Ana səhifə

ABŞ Senatı Rusiyaya qarşı sanksiyaları təsdiqlədi

    Tarix: 16-06-2017 10:57   
ABŞ Senatı Rusiyaya qarşı sanksiyaları təsdiqlədi

ABŞ Senatının 98:2 səslə Rusiya əleyhinə geniş sankisyalar paketini təsdiqləməsi Prezident Donald Trampın Moskva əleyhinə cəza tədbirlərini yumşaltmaq imkanlarını məhdudlaşdıra bilər.

"Bizim itirməyə vaxtımız yoxdur," deyə Arizona ştatından Respublikaçı Senator Con Makkeyn bildirib. "ABŞ Vladimir Putinə və istənilən başqa aqressora güclü mesaj göndərməlidir ki, biz demokratiyamıza edilən hücumlara dözməyəcəyik."

Prezident sanksiyaları Konqresə bildiriş vermədən və onun nəzərindən keçirmədən aradan qaldıra bilməz.
“Biz seçkilərimizə bu cür müdaxiləyə icazə verməməliyik,” Demokrat Senator Jeanne Şahin bildirib.

İrana tətbiq edilən sankisya paketinə düzəliş olaraq yeni dəyşikliklər Rusiyanın kiber casus təsisatları, enerji sektoru, maliyyə maraqları və Moskvadan Suriyaya silah axınını hədəf alır.

“Siyahısı genişlənən sankisyalar enerji layihələrinə və xarici maliyyə təsisatlarına tətbiq edilə bilər.” Xarici Əlaqələr Komitəsinin Demokrat üzvü Ben Kardin bildirib.

Bu ölçülər Konqresin Ağ Evin Rusiya ilə bağlı siyasətindəki mövqeyini gücləndirir,

"Prezident sanksiyaları Konqresə bildiriş vermədən və onun nəzərindən keçirmədən aradan qaldıra bilməz," Kardin deyib.

Tramp adminisrasiyası deyilənlərə görə Obama administrasiyası dönəmində Rusiyadan alınmış diplomatik iqamətgahları geri qaytarmağı nəzərdən keçirir. Prezident Tramp dəfələrlə Rusiyanın kiber fəaliyyətlərini qabartmayaraq, Moskva ilə daha yaxşı münasibətlərə can atdığını ifadə edib ("Amerikanın səsi").

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net