Ana səhifə

ADR-in parlamentində qadınların işlədiyini bilirdizmi?

    Tarix: 21-03-2018 09:35   


Mart ayı qadınların tarix, elm və bir sıra digər sahələrdə nailiyyətlərinin qeyd olunduğu və tanındığı tarixi ay kimi qeyd olunur. Növbəti həftələr ərzində ABŞ-ın Azərbaycandakı səfirliyi hər kəs üçün nümunə olmuş güclü və müstəqil qadınların ruhlandırıcı hekayələrini bölüşəcək. Bu barədə ABŞ səfirliyi facebook səhifəsində yazıb.

Məlumatda deyilir ki, Azərbaycanın qadınlara səs vermə hüququ verən ilk müsəlman dövləti olduğunu və Azərbaycan Demokratik Respublikasının (ADR) Milli Məclisində qadınların işlədiyini bilirdiniz?

“ADR Azərbaycan ərazisində yaşayan bütün insanlar üçün bərabər hüquqlar və bərabər təmsilçilik elan etdi. Bununla yanaşı, ADR bütün vətəndaşlar üçün söz və ifadə azadlığı daxil olmaqla bütün vətəndaş və siyasi azadlıqları elan etdi. Bu il ABŞ Səfirliyi Azərbaycana qoşularaq ADR-in 100 illik yubileyini qeyd edir”, ABŞ səfriliyi bildirir.

Bildirək ki, ADR-in parlamentinin katibliyində və digər qurumlarında qadınlar təmsil olunub.

шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net